TDT-nin sammitində verilən qərarlar...
12.11.2022 [10:32]
Təşkilatın daha da güclənməsinə müsbət təsir göstərəcək
NARDAR
Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə bir sıra önəmli qərarlar verilib. Belə ki, Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi üzv statusunda qəbul edilib. Eyni zamanda TDT-nin Baş katibi də dəyişib. Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib. Qeyd edək ki, Kubanıçbek Ömüraliyev Qırğız Respublikasının Belarus, Estoniya, Latviya, Litva, Türkiyə və İsraildə fövqəladə və səlahiyyətli səfiri və Qırğız Respublikasının Müstəqil Dövlətlər Birliyində daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2022-ci ildə “2022-ci ilin ən uğurlu səfiri”, 2020-ci ildə TÜRKSOY-un “Cengiz Aytmatov” medalı, 2019-cu ildə “Qırğızıstan Xarici İşlər Nazirliyinin 75 illiyi” medalı, “Xüsusi 2018-ci ildə Çingiz Aytmatov Beynəlxalq Klubunun döş nişanı, 2017-ci ildə “Müstəqil Dövlətlər Birliyinin Fəxri Fərmanı” və 2006-cı ildə “Qırğızıstan Respublikasının Fəxri Fərmanı” ilə təltif edilib. Noyabrın 14-də İstanbulda TDT Katibliyinin Baş Ofisində keçiriləcək təhvil-təslim mərasimi ilə yeni Baş katib Kubanıçbek Ömüraliyev vəzifəsini sələfi Bağdad Amreyevdən alacaq.
TDT-nin Səmərqənd sammitində qəbul olunan qərarların əhəmiyyətini qəzetimizə şərh edən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatının ən vacib ölkəsidir. Onun sözlərinə görə, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı zəfər və torpaqlarımızda işğal faktorunun sona çatması TDT-nin daha da güclənməsinə böyük töhfələr verdi: “Eyni zamanda Prezident İlham Əliyevin siyasi ustalığı nəticəsində Azərbaycan regional gücdən qlobal gücə çevrilib. TDT daxilində koordinasiyanın daha da möhkəmlənməyi Azərbaycan-Türkiyə tandeminin nə qədər vacib olduğunu bir daha göstərir. Azərbaycan liderinin türk ölkələrinə gerçəkləşən səfərləri, TDT üzvü olan ölkələrlə ayrı-ayrılıqda mühüm sənədlərin imzalanması nəticəsində artıq təşkilatın mövqeləri kifayət qədər önəmli nöqtələrə gəlib”.
Politoloqun fikrincə, təşkilatın strukturunda edilən müəyyən pozitiv dəyişikliklər TDT-nin daha da güclənməyinə böyük töhfələr verəcək: “TDT bir çox sahələr üzrə vahid mövqeyi olan vacib bir quruma çevrilib. Dünyanın siyasi qütbləri TDT faktoru ilə razılaşmalı olacaqlar. Həmçinin Şimali Kiprin TDT-yə müşahidəçi kimi qatılmağı ŞKTC-nin gələcək legitimliyinə ciddi töhfə verəcək. ŞKTC uzun illərdir beynəlxalq birliyin ədalətsizliyi ilə üz-üzə qalmışdı. ŞKTC reallığını qəbul etməyən güc mərkəzləri yunan faktorundan türk dünyası əleyhinə vasitə kimi istifadə edirdi. ŞKTC-nin TDT müşahidəçiliyi onun müstəqilliyinin qlobal arenada tanınmağı üçün vacib və önəmli addımdır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22

