Azərbaycanın növbəti addımı nə ola bilər?
11.12.2022 [13:38]
Son xəbərdarlıq, ardından isə…
Anti-terror əməliyyatları aktuallığını qoruyur
Məlum olduğu kimi 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi. Amma Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb. Belə ki, sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib. Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.
Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərlə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və Şuşa şəhərinə qayıdıb.
Qeyd edək ki, üçtərəfli bəyanata əsasən Azərbaycan torpaqlarını tərk etməli olan erməni silahlı birləşmələri hələ də bu öhdəliyi yerinə yetirməyiblər. Sülhməramlıların arxasında gizlənərək Azərbaycana qarşı təxribatlar törədən erməni silahları ilə bağlı Azərbaycan hansı ölçüləri götürməlidir. Başqa sözlə, proses necə inkişaf edəcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirib ki, 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Bəyanata əsasən, Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq öhdəliyi götürüb. Təəssüf ki, münaqişənin bitməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir: "Bunun səbəbləri isə məlumdur. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazisində yaratdığı qondarma rejimin “ömrünü uzatmağa” çalışır. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara əl atır. Rəsmi İrəvan qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərir. Onların məqsədi ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasıdır ki, bu məsələdə Azərbaycanın mövqeyi qətidir. Prezident İlham Əliyev də bildirdi ki, onların Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyi baş tutmayacaq. Vardanyan isə Qarabağ ermənilərinin "nümayəndəsi" kimi prosesə qatılmaq istəyir. Bu da baş verməyəcək. Bu məsələdə də dövlətimizin mövqeyi bəllidir. Cənab Prezident də bildirib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi barədə biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. Bu mənada monitorinq aparacaq Azərbaycan nümayəndə heyətinin hərəkəti də alqışlanasıdır. Çünki onlar Vardanyanla heç nə müzakirə etməyiblər".
Q.Hüseynli bildirib ki, Vardanyanın başçılıq etdiyi dəstənin monitorinqə mane olmaq niyyətləri də sülh prosesini pozmağa yönəlib. Onlar dərk edirlər ki, hər şey bitib, sadəcə olaraq bu kimi hallarla yenidən təxribatlar törətmək, vəziyyəti gərginləşdirmək istəyirlər. "Təbii ki, Azərbaycan hər zaman BMT Nizamnaməsinin 51-ci maddəsi ilə ona tanınan hüququ özündə saxlayır. Bununla belə, fikrimcə, məsələ əvvəlcə masada müzairə olunmalıdır. Əvvəlcə ultimativ formada xəbərdarlıq edilməlidir. Onsuz da anti-terror əməliyyatı məsələsi hər zaman aktualdır və hazırdır. Düşünürəm ki, ilin sonuna planlaşdırıldığı ehtimal edilən sülh prosesi ilə bağlı növbəti görüşdə bu məsələ müzakirə edilməlidir. Və Azərbaycan bununla bağlı son xəbərdarlığını irəli sürməlidi. Əks halda yenə də anti-terror əməliyyatı keçirmək hüququmuzdan istifadə edəcəyik", - deyə Q.Hüseynli əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33

