Müxalifət şok içindədir
13.04.2011 [13:46]
ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi inkişaf bütün dünyanın diqqət mərkəzindədir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş, lider dövlətinə çevrilməsi, ölkəmizin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu bütün dünya dövlətləri ilə ikitərəfli əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində əsas rola malikdir. Təəssüf ki, Azərbaycanın bu cür müstəqil xarici siyasət yürütməsi, o cümlədən, iqtisadi-siyasi müstəvidə mühüm uğurlar əldə etməsi bir sıra maraqlı xarici dairələrin ürəyincə deyil. öz şəxsi maraqlarının təmini baxımından bu, onlara sərf etmir. Yəni, ölkəmizdəki siyasi sabitlik və iqtisadi inkişaf onların maraqlarına cavab vermir.
O baxımdan da, ölkəmizdə siyasi sabitliyi pozmağa çalışan, Azərbaycan hakimiyyətinə təzyiq göstərmək yolları axtaran həmin bəzi xarici dairələr öz məkrli niyyətlərini həyata keçirmək üçün bütün vasitələrə əl atırlar. Hətta onlar bu işdə Azərbaycanda heç bir nüfuza malik olmayan, seçkilərdə xalqın etimadını qazana bilməyən bəzi radikal siyasi qüvvələrlə də əməkdaşlıq etməkdən çəkinmirlər. Sivil vasitələrlə hakimiyyətə gələ bilməyin mümkünsüzlüyünü dərk edən həmin radikal müxalifət qüvvələri isə ölkə daxilində qarışıqlıq, xaos yaratmağa çalışır, bir sıra qeyri-qanuni addımlarla insanlar arasına çaşqınlıq salmağa cəhd göstərirlər. Şəxsi və maddi maraq qarşılığında Azərbaycanın milli maraqlarına qarşı olan bütün xarici güclərlə əməkdaşlığa hazır olan belə “siyasi qüvvələr” bəzi dövlətlərdə baş verən hadisələrdən ruhlanaraq ölkədə müəyyən vasitələrlə xaos yaratmaq istəyinə düşdüklərini nümayiş etdirməyə çalışırlar. Məhz bu səbəbdən də həmin xarici dairələrin mənafeyi naminə öz xalqına və dövlətinə düşmən kəsilmiş radikal müxalifət “kütləvi” aksiyalar keçirməyə qərar verib.
Bir neçə gün öncə radikal müxalifətin bəzi xarici dairələrin nümayəndələri ilə keçirilən görüşündən sonra isə müxalifətə yalnız onlara verilən “doza” qədər irəli gedə bilmək imkanında olduqlarını başa salıblar. Yəni, radikal müxalifətin yalançı, arxasında heç bir siyasi elektoratın dayanmadığı, xalqın dəstəkləmədiyi bu “çığır-bağır”ının kökündə nəyin dayandığı onlara bir daha anladılıb.
Bildirilib ki, radikal müxalifət hakimiyyətə təzyiq göstərməli və bununla da Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində həmin beynəlxalq güclərin niyyətlərinə uyğun-güzəştli mövqe sərgiləməlidir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, həmin beynəlxalq güclər Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində tutduğu qəti mövqeni yumşaltmaq üçün dəfələrlə müəyyən cəhdlər göstəriblər və fərqli təzyiq metodları seçiblər. Bununla belə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz və qəti mövqenin nümayişində, problemin yaxın müddətdə həlli məsələsində israr göstərib, hətta lazım gələcəyi anda digər həll metodlarına (məsələn, müharibə yolu -P.S) belə əl atılacağını istisna etməyib. Bu isə bir sıra beynəlxalq güclərin bölgədə aparmaq istədiyi məkrli siyasətin tərkib hissəsinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “sakit” şəkildə, yəni onların arzuladıqları şəkildə həlli ilə bağlı planlarına uyğun gəlmir.
Bu baxımdan, həmin beynəlxalq dairələr radikal müxalifətə göstəriş veriblər ki, onlar Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ məsələsində güzəştə gedənə qədər öz “mübarizələrini” davam etdirsinlər. Bu xəyanətə isə “demokratiya” donu geyindirmək, onu beynəlxalq müstəvidə məhz yalandan “demokratiya” uğrunda “siyasi mübarizə” kimi təqdim etmək də həmin beynəlxalq güclərin üzərinə düşən məsuliyyətdir. Yəni, radikal müxalifət bu planın birinci hissəsini həyata keçirməyə çalışır, ikinci mərhələ isə (xaricdə yalan təbliğat-P.S) həmin xarici dairələrin öhdəsinə buraxılır.
Göründüyü kimi, bu gün xalqının, millətinin dərdini alver predmetinə çevirən, bu qədər enməyi “bacaran” radikal müxalifət bilir ki, onların hakimiyyətə gəlməsi, həmçinin, bu kimi xülyaları yalnız arzu və istəkdən o yana keçmir. çünki öz xalqının mənafeyini hər addımda satan, öz millətinin dərdi ilə alver edən və ən əsası xalqın etimadını tam şəkildə itirən radikal müxalifət yalnız barmaq əmrləri ilə oturub-qalxır. Xarici dairələr isə onlardan yalnız xəyanət planlarından istifadə olunması mümkünlüyünü dərk edir və bundan da məharətlə istifadə edir. Beynəlxalq güclərin əmri ilə küçələrə tökülüb xalqının milli marağını tapdayan qüvvələr də bunun qarşılığında yalnız maddiyyat uğrunda mübarizə apardıqlarını bir daha ortaya qoyurlar...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

