Lavrovun Bakı səfəri...
24.02.2023 [10:01]
Kreml susqunluğunu necə pozacaq?
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana nə vaxt rəsmi səfər edəcəyinə aydınlıq gəlib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, rusiyalı nazir fevralın 27-28-i Bakıda səfərdə olacaq. Xatırladaq ki, M.Zaxarova ötən həftə Lavrovun Bakıya səfərinə hazırlıq getdiyini açıqlayıb. Zaxarova onu da qeyd edib ki Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas amil olaraq qalır. “Biz əminik ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır. Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat blokadasının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar regionda vəziyyətin yaxşılaşdırılması üçün birbaşa yoldur. Rusiya buna hər cür töhfə verməyə hazırdır”.
Rusiya “tələsir” - hərəkətsizlik uğur gətirmir
Lavrovun Bakı səfərinin əsas məqsədi qeyd edildiyi kimi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesidir. Ötən ilin sonlarından etibarən baş tutmayan Brüssel prosesinin fonunda Rusiya da taym-aut götürmüş kimi görünür - ötən ilin oktyabrın 31-dən sonrakı müddətdə Rusiyanın proseslə bağlı hər hansı bir aktivliyinin şahidi olmamışıq. Bu mənada, Lavrovun Bakı səfəri hazırki durğunluğun pozulması kimi də qiymətləndirilə bilər. Eyni zamanda, bu ilin əvvəlindən etibarən sülh prosesinə Tbilisi formatının da əlavə olunması Rusiyanı bir az daha “tələsdirir”. Belə ki, sülhə fərqli formatda nail olunacağı təqdirdə prosesin gedişi Moskvanın maraqları ilə ziddiyyət təşkil edəcək - belə olacaq halda, Rusiya regiondakı nüfuzunu tam olaraq itirə bilər. Onsuz da son dövrlərdə Ermənistanla bağlı baş verənlər Kremli düşüncəyə qərq edib. Aİ-nin Ermənistana açıq “müdaxiləsi”, monitorinq qrupu adı altında fransız jandarmeriyasının İrəvana gətirilməsi Kremlin xoşuna gəlmir. Bunun fonunda isə 102-ci hərbi bazanın qarşısındakı nümayişlər, Rusiyanın Metsamor AES-dən qovulması tələbi mühüm faktlardır. Təbii ki, Rusiya bir az daha hərəkətsiz qalacağı təqdirdə Şərqi Avropada qarşı-qarşıya durduğu qüvvələrlə Cənubi Qafqazda da “görüşmə ehtimalı”nın yaranacağından çəkinir...
Sülhün tezisləri hazırdır - Ermənistan manipulyasiyalara son qoysa...
Azərbaycan hər zaman sülhə açıq olduğunu bildirib. Bütün vasitəçilərlə milli maraqları çərçivəsində görüşlər keçirən Azərbaycan üçün əsas məqsəd irəli sürülən 5 təməl şərt əsasında sülhün əldə edilməsidir. Dövlətimizin ortaya qoyduğu mövqe qəti və dəyişməzdir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və digər məsələlər öz həllini tapacağı təqdirdə Azərbaycan sülh müqaviləsinin imzalanmasını həyata keçirəcək. Bu proses isə artıq mühüm irəliləyiş qət edib - Ermənistan ötən il həm Praqa görüşü zamanı, həm də sonuncu Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qarabağ erməniləri məsələsi də artıq öz həllini tapır - Azərbaycan bununla bağlı detallara da tam açıqlıq gətirib. Bu, ölkəmizin daxili işidir və sülh müqaviləsinə bununla bağlı hər hansı bir müddəanın salınması yolverilməzdir. Beləliklə, sülhün əsas tezisləri müəyyən olunub - sadəcə, Ermənistan bu sənədi imzalamaq əzminə malik olmalı, manipulyasiyalarına son qoymalıdır.
Üçtərəli razılaşmaya istinad, yoxsa prosesə qayıdış?
Mühhen Təhlükəsizlik Konfransı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında yeni bir mərhələnin başlanğıcını qoya bilər. ABŞ-ın vasitəçiliyi ilə təşkil edilən son təmas regionda yeni təhlükəsizlik seqmenti formalaşdırmaq üçün mühüm fürsətdir - Ermənistan dərk edir ki, artıq Rusiya adlı tutunacağı hər hansı bir dayaq yoxdur. Rusiyaya qarşı nümayiş etdirdiyi mövqe Kremlin İrəvanla münasibətlərini demək olar ki, sıradan çıxarıb. Ermənistanın nümayiş etdirdiyi “avrointeqrasiya” daha çox Rusiyanın maraqlarına ziyan gətirir. Bunu dərk edən Rusiya yenidən prosesə qayıtmaq üçün üçtərəfli razılaşmaya istinad etməlidir. İki ildən artıqdır ki, imzalanan üçtərəfli razılaşmaya Ermənistan tərəfindən riayət edilmir - Rusiya isə bu mənzərə qarşısında susqunluq nümayiş etdirir. Lavrovun səfəri bu susqunluğu poza bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

