Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehriban xanım Əliyeva "Türk dünyasına xidmət" mükafatına layiq görülüb

Mehriban xanım Əliyeva "Türk dünyasına xidmət" mükafatına layiq görülüb

04.06.2011 [09:15]

Bu mükafat Azərbaycanın birinci xanımına Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə Türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə verilib
Məlum olduğu kimi, iyun ayının 1-də Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TüRKSAV) Bakıda 15-ci “Türk dünyasına xidmət” mükafatının təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın “Türk dünyasına xidmət” mükafatına layiq görüldüyü bildirilib. Mehriban xanım Əliyeva TüRKSAV-ın idarə heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə Türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb.
Mükafatın 6 ölkəni təmsil edən şəxslərə və qurumlara verildiyini bildirən TüRKSAV-ın başqanı Yəhya Akengin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya da “Türk dünyasına xidmət” mükafatını təqdim etməkdən qürur duyduğunu qeyd edib. Azərbaycanın birinci xanımı xaricdə səfərdə olduğu üçün mükafat Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça təqdim edilib.
H.Kılıç isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya mükafatı təqdim etməyin böyük şərəf olduğunu bildirib.
Heydər Əliyev Fondu Dağlıq Qarabağla bağlı həqiqətlərin carçısıdır...
Heç kəsə sirr deyil ki, 1988-ci ildən başlayaraq, Azərbaycan torpaqlarına qarşı haqsız iddialarını siyasi-hüquqi və hərbi müstəviyə daşıyan Ermənistan ərazilərimizin 20 faizini işğal edib. Bunun nəticəsində isə bir milyondan artıq həmvətənlimizi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, Ermənistanın işğalçı siyasəti Azərbaycan cəmiyyətinin həyatında dərin izlər buraxıb. Bu da səbəbsiz deyil. çünki işğal nəticəsində həm insanların sosial-psixoloji vəziyyəti ağırlaşdı, həm də Vətən həsrəti bütün mənəvi boşluqların və sarsıntıların başlanğıcı oldu. Buna görə də ən azından işğaldan sonra yetişmiş qarabağlı gənc nəslin o torpaqlar haqqında təsəvvürlərinin gen yaddaşından cari yaddaşa köçürülməsi prosesi həyata keçirilməli idi. Bunun üçün isə Qarabağın mənəvi-mədəni dəyərlərini özündə ehtiva edən tədbirlər görülməli idi. Bu tarixi missiyanı isə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öhdəsinə götürdü və onu həyata keçirdi.
Danılmaz faktdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın həyat səviyyəsi xeyli yaxşılaşıb, onların sosial problemlərinin böyük hissəsi həll olunub. Bu işdə, həmçinin, Heydər Əliyev Fondunun da xidmətləri nəzərə alınmalıdır. Heç kəsə sirr deyil ki, Ermənistanın təcavüzündən əziyyət çəkən vətəndaşlarımızın normal təhsil alması, sağlam yaşaması üçün Heydər Əliyev Fondu məktəblər, səhiyyə ocaqları inşa etdirir, onların bütün çatışmazlıqlarını aradan qaldırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Kəlbəcər rayonunun 23 nömrəli tam orta məktəbi, Samux rayonunda Kəlbəcər rayonunun 67 nömrəli məktəbi, həmçinin, Kəlbəcərin 126 nömrəli məktəbi üçün Abşeron rayonunun Masazır qəsəbəsində, 19 nömrəli məktəb üçün Xəzər rayonunun Qala qəsəbəsində yeni binalar tikilib. Əlbəttə ki, bütün bunlar tam siyahı olmasa da, Heydər Əliyev Fondunun işlərinin miqyasının nə dərəcədə geniş olduğunu göstərir.
Bununla yanaşı, hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Dağlıq Qarabağla bağlı həqiqətlərin carçısıdır.
Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi iştirak etdiyi bütün tədbirlərdə qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan bu istiqamətli layihələrdə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılır.
Belə ki, Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən bukletlər, kitablar, broşürlər və s. əyani vəsaitlər beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis, fransız, alman, rus və digər dillərdə nəşr olunub.
Digər tərəfdən, Qarabağın muğamın beşiyi kimi tanıdılması və bu torpağın yetişdirdiyi dahilərin dünya miqyasında təbliği də Heydər Əliyev Fondunun müstəsna xidmətidir.
“Bu gün bizim vizit kartımız - zəngin mədəni irsimizdir”
Azərbaycan xalqını tarix boyu böyük kataklizmlərə qarşı durmağa və vahid sosial-siyasi qüvvə kimi öz varlığını qoruyub saxlamağa kömək etmiş mədəniyyətimizin müasir zaman kəsiyində dünya miqyasında təbliği də Heydər Əliyev Fondunun adı ilə bağlıdır.
“Bu gün bizim vizit kartımız - zəngin mədəni irsimizdir”, deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sahədə çoxşaxəli fəaliyyət sərgiləməklə dünya mədəniyyət paxtaxtlarında Azərbaycan mədəniyyətinin incilərini tanıdır. Artıq bütün dünya Azərbaycan mədəniyyətinin rəngarəngliyi, zənginliyilə tanışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ili münasibətilə dünyanın bir sıra ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tədbirlər keçirilir. Bu istiqamətdə ilk olaraq dünyanın mədəniyyət beşiyi sayılan Fransada, daha sonra isə Rusiya elitasının iştirakı ilə bu ölkədə genişmiqyaslı tədbirlər baş tutub. Bütün bunların nəticəsində isə bir daha Rusiya və Fransa ictimaiyyəti Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olublar.
Bununla yanaşı, Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesinə də qatılır. 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qərarlaşan və XV əsrdə ucaldılan Benzon sarayında (Palazzo Benzonda) yerləşir. Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də bir reallığı ortaya qoyub ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət göstərilib. ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm olaraq həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Rusiyanın nüfuzlu “RİA-Novosti” agentliyinə verdiyi müsahibəsində deyib ki, Heydər Əliyev Fondu dünya xalqlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək üçün bu cür tədbirləri hər yerdə təşkil edəcək.
Fond qarşısına qoyduğu mühüm hədəflərdən biri olan - Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği işini yüksək tempdə davam etdirəcək. Sözügedən tədbirlərdən biri də İtaliyada, Türkiyədə və Almaniyada da təşkil olunacaq.
Təbii ki, xarici ölkələrlə yanaşı, Azərbaycanda da Fondun təşkilatçılığı ilə bir çox tədbirlər həyata keçirilir. Həmin tədbirlər isə milli mədəniyyət incilərinin təbliği ilə yanaşı, ümumbəşəri dəyərlərin də nümayiş olunmasına şərait yaradılır.
Bir sözlə, Azərbaycanın birinci xanım
ı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində azərbaycanlılar zəngin mədəniyyətə malik xalq, Azərbaycan dövləti isə mədəniyyətlər məkanı kimi tanınır.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 861 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30