Terrorçular saxlanıldı...
04.04.2023 [10:18]
Fazil Mustafaya sui-qəsd təşkil edənlərin şübhəli “səfərlər”i üzə çıxıb
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından bəzilərinin adı məlum olub. Bununla bağlı teleqram kanallarında foto paylaşılıb. Bildirilib ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib. A.Səricanovun köməkçisi isə Elşad Tofiq oğlu Əsgərov olub. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub. Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinov olub. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub. Qeyd edək ki, aprelin 2-də verilən rəsmi açıqlamada da bildirilirdi ki, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb və DTX-da dindirilir.
Yayılan məlumatlarda saxlanılan şəxslərin sayının artma ehtimalı olduğu da bildirilir. Qeyd edək ki, son məlumatlara görə cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.
Cinayət işi başlanılıb...
Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
“Kalaşnikov” və İran ziyarətləri - diqqət “cənuba” yönəlir...
Vurğulanmalıdır ki, terror baş verən anlardan etibarən hadisədə Tehran izinin olması Azərbaycan ictimaiyyəti tərəfindən ən inandırıcı versiya kimi irəli sürülürdü. Çox keçməmiş bu məsələ XİN tərəfindən də müəyyən mənada öz təsdiqini tapdı. Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bildirdi ki, Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir. Eləcə də, terror aktının törədilməsi zamanı ortaya çıxan bəzi “komponentlər” də bu faktı təsdiqləyirdi - İran versiyasını səsləndirən ictimaiyyət nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum zamanı da “Kalaşnikov” konstruksiyalı avtomat silahdan istifadəni önə çəkirdi.
Xatırladaq ki, bu ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə edilən hücum zamanı istifadə olunmuş silahla bağlı mühüm məqamlar ortaya çıxmışdı. Hətta bəlli olmuşdu ki, bu silah İran-İraq müharibəsi dövründə İraq əsgərlərindən götürülmüş avtomat olub.
Vurğulandığı kimi, baş verən son terror hadisəsində də eyni markalı silahdan istifadə olunması eyni dəst-xətt versiyasını gücləndirmişdi. Son baş verənlər, istintaqla müəyyən edilmiş və saxlanılmış şəxslərin kimliyi, həyat tərzi diqqəti yenidən “cənuba” yönəldir. Saxlanılan şəxslərin dəfələrlə İranı “ziyarət etməsi” və digər amillər bir daha İran versiyasının təsdiqini tapmasını gücləndirir...
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

