Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 18 iyun Azərbaycanda İnsan hüquqları günüdür

18 iyun Azərbaycanda İnsan hüquqları günüdür

18.06.2011 [12:27]

Ekspertlər bu qənaətdədirlər ki, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, həmçinin, müdafiə edildiyi demokratik ölkələrdəndir
Məlum olduğu kimi, 1998-ci ilin iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış Sərəncamla ölkəmizdə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Məhz bundan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildi və bu sahədə çox ciddi nailiyyətlər əldə edildi. “Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin” - deyən Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi.
Ulu öndər Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin timsalında müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan hüquqları günü elan olunub. Sərəncama görə, hər il iyunun 18-i Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunmalıdır.
Beləliklə, yuxarıda da vurğulandığı kimi, 18 iyun tarixi hər il ölkəmizdə İnsan hüquqları günü kimi qeyd olunur. Bunun xüsusi əhəmiyyət kəsb etdiyini deyən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması yönündə dövlət tərəfindən əhəmiyyətli tədbirlər görülür. Onun sözlərinə görə, bir sıra qeyri-hökumət təşkilatları da bəhs edilən ali vəzifənin yerinə yetirilməsinə xüsusi töhfələr verməkdədir: “Eyni zamanda, Ombudsman təsisatı öz fəaliyyəti ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması işinə önəmli töhfələr bəxş edir. ümumiyyətlə, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər sözügedən sahədə ciddi nailiyyətlərin əldə edilməsinə təkan verən faktordur. Onu da qeyd etmək istəyirəm ki, bəhs edilən təsisatın bilavasitə dəstəyi ilə hər il insan və vətəndaş hüquq və azadlıqları məsələsinə həsr edilmiş konfransların keçirilməsi bu istiqamətdə xüsusi önəm kəsb edir. Məlum olduğu kimi, bu il də ənənəvi surətdə konfrans təşkil edildi və orada bir çox ölkə və təşkilatdan nümayəndələr iştirak etdilər. Bu sahədə çox böyük uğurlar əldə etmiş ölkələrin nümayəndələri öz çıxışlarında bildirdilər ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox ciddi və əhəmiyyətli nailiyyətlər əldə edilib. Vurğulandı ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məsələsi Azərbaycan Konstitusiyasında da təsbit edilib və dövlət tərəfindən bu sahəyə ən yüksək səviyyədə diqqət və qayğı göstərilməkdədir”.
R.Zeyninin sözlərinə görə, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda bütün din və etnos nümayəndələrinə qarşı tamamilə tolerant münasibətin bəslənməsi bir daha onu göstərir ki, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması olduqca yüksək və arzuolunan səviyyədədir: “Deyilənlər onu sübut edir ki, dövlət, həmçinin, aidiyyəti qurumlar bu sahədə qarşıya çıxacaq problemləri həll etmək iqtidarındadır və perspektivdə hər hansı bir ciddi problem ortaya çıxarsa, dövlət, müvafiq qurumlar onu ən yüksək səviyyədə həll edəcəkdir”.
Ombudsman institutunun mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli isə bildirib ki, müstəqillikdən sonra Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində çox ciddi nailiyyətlər əldə edib: “Həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən təqdirəlayiq humanizm siyasəti ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox ciddi nailiyyətlərin əldə olunmasını şərtləndirib. Təbii ki, bu istiqamətdə 1998-ci ilin iyun ayının 18-də Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış Sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilməsini, bunun ardınca isə Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun tarixinin Azərbaycanda İnsan hüquqları günü elan edilməsini xüsusi qeyd etmək lazımdır. Sözügedən istiqamətdə ölkəmizdə görülən fundamental tədbirlər insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini bəxş edib”.
Z.Məhərrəmli qeyd edib ki, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində İnsan hüquqları üzrə Müvəkkilin-Ombudsman təsisatının fəaliyyəti də xüsusi önəm kəsb edir: “Müvəkkilin fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi ilə yanaşı, əhalinin hüquqi maarifləndirilməsi də mühüm yer tutur. Ombudsman təsisatının yarandığı ilk dövrdən bu işə önəm verilib, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə ölkəmizin paytaxtında və bölgələrində də müntəzəm olaraq silsilə tədbirlər, seminarlar keçirilib, vətəndaşlara hüquqları izah edilib və mühüm nəticələr əldə olunub”.
NURLAN QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1186 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30