Nazirlər harada danışacaqlar?
15.04.2023 [10:12]
Nardar BAYRAMLI
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın aprelin 12-də verdiyi məlumata görə, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Amma Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb. “Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir”, - deyə, Zaxarova söyləyib. Bunun ardınca Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşəcəyini deyib. O, görüşün dəqiq tarixini açıqlamayıb, lakin danışıqların yaxın
vaxtlarda baş tutacağını bildirib. Ermənistan XİN başçısı görüşün hansı ölkədə keçiriləcəyi barədə də məlumat verməyib. Mirzoyan görüş üçün tərəfdaşlardan, vasitəçilərdən, beynəlxalq aktorlardan çoxlu sayda təkliflərin olduğunu deyib.
Görüş təklifləri üç ünvandan gəlir
Moskva Ermənistanın Laçın istiqamətində törətdiyi hərbi təxribatdan dərhal sonra Azərbaycan və Ermənistana görüş təklifi edib. Toqquşmadan bir neçə gün əvvəl isə görüşün Vaşinqtonda keçirilməsi təklif edilmişdi. Eyni təklif Brüssel tərəfindən də irəli sürülüb. Bir çox ekspertlər hesab edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdrılması prosesində vasitəçiliyi ABŞ və Avropa İttifaqı ilə bölüşmək istəmir. Məqsəd Cənubi Qafqazı öz təsir dairəsində saxlamaqdır. Moskva, Vaşinqton və Brüsselin hər üçü sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Ancaq əsas məsələ sülh sazişinin nə qədər dayanıqlı olması və beynəlxalq hüquq normalarına əsaslanmasıdır.
Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüş keçirməsi razılaşdırılmışdı. Lakin son anda erməni tərəfi bu görüşdən imtina etmişdi. Əgər həmin görüş baş tutsaydı, bu, sülh sazişi üzrə danışıqların üçüncü raundu olacaqdı. Ermənistanın sülh sazişinin müzakirəsi ilə bağlı danışıqların üçüncü raundundan imtina etməsi rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirdi. Ötən il dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qatılmaması bunu təsdiqlədi. Erməni tərəfi iştirak etmədiyi üçün həmin görüş Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında baş tutmuşdu. Ceyhun Bayramov erməni tərəfinin bu addımını sülhə maraqlı olmaması kimi dəyərləndirib. Sergey Lavrov isə deyib ki, rəsmi İrəvan XİN başçılarının Moskvadakı görüşündə iştirak etməkdən imtina barədə qərarını çatdırmaq üçün diplomatik kanallardan istifadə etməyib. Ermənistan bu görüşdən imtinasını Laçın yolunda baş verən hadisələrlə əlaqələndirməyə çalışsa da, özünün “böyük bacısı” olan Fransanın ditəsi ilə baş verməsi ehtimalı daha böyükdür. Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri haqlı tələblər irəli sürürlər. Üstəlik, həmin görüşdən imtina etməklə rəsmi İrəvan Rusiya ilə gərginlik yaradır. Bütün bunlar Rusiya-Ermənistan münasibətlərində soyuqluğun olmasına da bir işarə idi.
Şərtlər məlumdur
Xatırladaq ki, sülh sazişi ilə bağlı danışıqların iki raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirildi. Üçüncü Moskva görüşü də qeyd etdiyimiz səbəbdən baş tutmadı. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Müzakirələrin gedişində tərəflər layihəyə əlavə təkliflərini də veriblər.
Əsas məsələ məkan deyil, nəticədir
Bütün bunların fonunda rəsmi İrəvan onu da anlayır ki, pozuculuq fəaliyyəti ilk növbədə özünün ziyanınadır. Ona görə də, sülh sazişi üzrə işləri bərpa etməyə məcbur oldu. Hazırda sülh sazişi ilə bağlı proses onlayn formatda davam edir. Artıq hər iki tərəf bu variantda təmas qurduqlarını açıqlayıb. “Onlayn diplomatiya” o qədər səmərəli olmasa da, əsas odur ki, hansı variantda təmaslar olursa olsun, iki ölkə arasında beynəlxalq hüquqa və ədalətə əsaslanan sülh sazişi tezliklə imzalansın. Çünki sülh sazişi regionumuza sabitlik, təhlükəsizlik və əməkdaşlıq gətirəcək. Bu baxımdan, tərəflər arasında növbəti görüşün keçirilməsi əhəmiyyətlidir. Rəsmi Bakı üçün sülh sazişi üzrə danışıqların hansı məkanda keçirilməsi deyil, sazişin beynəlxalq hüquqa, xüsusilə dövlətlərin ərazi bütövlüyünə əsaslanması və dayanıqlı olmasıdır.
Xəbər lenti
Hamısına baxSosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26

