Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənilərə “material” ötürən İran...

Ermənilərə “material” ötürən İran...

18.04.2023 [10:30]

Azərbaycanın hərbi “sirləri”ni öyrənmək o qədər də asan deyil...

İran növbəti dəfə regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunmasının əleyhinə mövqe tutduğunu ortaya qoyub. Belə ki, İran medialarından biri yenə də absurd və təxribat xarakterli paylaşımı ilə diqqət çəkib. Teleqram kanallarının məlumatına görə, İran saytı Yevlaxda hərbi bazanın peyk görüntüsünü paylaşıb, koordinatlarını qeyd edib. Yazıblar ki, Muğandan 200 km məsafəsi var.

Bu isə rəsmi Tehranın regionda distabillik arzusundan əl çəkmədiyini göstərir. Azərbaycanın yürütdüyü çoxvektorlu, dostluğa və əməkdaşlığa, qarşılıqlı milli maraqlara əsaslanan xarici siyasət kursu molla rejimini narahat etməyə bilməz. Azərbaycanın regional əməkdaşlıqların sərhədlərini daha da genişləndirmək uğrunda səylərinin öz bəhrəsini verməsi - artıq Cənubi Qafqaz ilə yanaşı əməkdaşlığın hüdudları Aralıq dənizi hövzəsi, Yaxın Orta Şərq regionu, Mərkəzi Asiya ilə assosiasiya olunur. Azərbaycan böyük bir coğrafiyada yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edir. İmzalanan strateji müttəfiqlik bəyannamələri, dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu əlaqələr regionda yeni siyasi-iqtisadi konfiqurasiya formalaşdırır ki, bunun da təməli Azərbaycan tərəfindən atılır. İran dərk edir ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir və Azərbaycan da yeni çağırışlar əsasında bu əməkdaşlıqları formalaşdırır. Bu səbəbdən də, rəsmi Tehran regionda sülhün və təhlükəsizliyin yaranmasına var gücü ilə mane olmağa çalışır. Qeyd edilən təxribat isə bunun bariz sübutudur.

Təyyarə təxribatı kəşfiyyat toplamaq məqsədi daşıyırdı...

İranın Azərbaycanla bağlı kəşfiyyat materiallarını Ermənistana ötürmək istəyi və arzusu hər zaman ortada olub - hətta dəfələrlə faktlarla sübut edilib.  Təsadüfi deyil ki, bir ay öncə, martın 11-də İrana məxsus hərbi təyyarə təxminən bir saat müddətində fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirmişdi. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçmuşdu. İranın bu davranışı isə ?ərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə ziddir - İran hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. Həmin dövrdə rəsmi strukturların yaydığı bəyanatda da bildirilirdi ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışıdır.

Təbii ki, bu uçuşun da əsas məqsədi mühüm strateji mövqelərimizin Ermənistana xəbər verilməsi idi. Amma İran bununla heç nə qazana bilmədi - tam əksinə, qonşu dövlət olaraq öz nüfuzuna böyük zərbə vurdu.

Casus şəbəkəsinin hədəfi də hərbi hissələr idi...

İranın Azərbaycanın hərbi hissələri ilə bağlı kəşfiyyat materialları toplaması ifşa edilən casus şəbəkələrinin də əsas tapşırıqlarından sayılıb. Məsələn, ötən ilin noyabrında DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb.

Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Bu kimi faktlar İranın Azərbaycana münasibətdə tutduğu düşmən mövqeyini bir daha sübut edir. Əldə etməyə çalışdığı məlumatları Ermənistanla “bölüşən” İran beləliklə öz maraqlarına nail olmağa çalışır. Bu maraqlar isə regionda sabitliyə qarşı yönəlib. Amma İran və onun əlaltıları, müttəfiqi Ermənistan da unutmamalıdır ki, Azərbaycanın əldə etdiyi inkişaf bütün sahələrdə təhlükəsizliyimizin təmin olunmasına şərait yaradıb. Azərbaycana qarşı olan qüvvələr unutmamalıdırlar ki, ölkəmiz beynəlxalq kosmik aləmin mühüm bir parçasıdır - ona qarşı yönələn hər hansı bir təhlükə və təhdidi əvvəlcədən müəyyənləşdirərək zərərsizləşdirmək iqtidarındadır...

MƏNSUR

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31