Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Bu qurultay dünya azərbaycanlılarının həyatında yeni mərhələnin başlanğıcı olacaq

Əli Həsənov: Bu qurultay dünya azərbaycanlılarının həyatında yeni mərhələnin başlanğıcı olacaq

06.07.2011 [13:19]

“Bu qurultay dünya azərbaycanlılarının həyatında yeni mərhələnin başlanğıcı olacaq”. Bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dünən Bakıda işinə başlayan Dünya azərbaycanlılarının III qurultayı ilə bağlı APA-ya açıqlamasında deyib. Bunun üçüncü qurultay olduğunu xatırladan Əli Həsənov əvvəlki qurultaylarda dünyada yaşayan azərbaycanlıların qarşısında həmrəylin, birliyin möhkəmləndirilməsi, təşkilatlanmaq, öz ölkələrinin ictimai və siyasi həyatında fəal qüvvəyə çevrilmək, Azərbaycan dövlətçiliyinin əlavə xarici resursu kimi dünyada Azərbaycan dövlətçiliyinin, millətinin təbliğ edilməsi kimi ideyaların qoyulduğunu bildirib: “2001-ci ildə bu istiqamətdə atlan mühüm addım kimi Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitə dünya azərbaycanlılarının təşkilatlanması, vahid bir ideya ətrafında birləşməsi, onların öz aralarında və Azərbaycan dövləti ilə əlaqələrinin qurulması istiqamətində mühüm işlər görüb”.

Paylaş:
Baxılıb: 865 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30