Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu"

"Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu"

21.09.2011 [15:10]

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Heydər Əliyev torpaq islahatları Məktəbi”ndə bu mövzuda elmi-praktik konfrans keçirilib
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) “Heydər Əliyev torpaq islahatları Məktəbi”ndə “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində DTXK tərəfindən torpaq, geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində həyata keçirilən əsas tədbirlərə həsr olunmuş konfransı giriş sözü ilə açan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra mövcud olan asılı iqtisadiyyat sistemi digər respublikalar kimi, Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə, aqrar-torpaq islahatları aparılmalı idi.
Komitə sədrinin sözlərinə görə, müstəqilliyimizin ilk üç ili (1991-1993) ərzində ölkə qarşısında duran çoxsaylı iqtisadi, ictimai-siyasi və başqa problemlər nəinki həll olunmur, əksinə, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində daha da dərinləşirdi: “Bu təcavüz nəticəsində bir milyona yaxın həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu illər həm də dövlət çevrilişi cəhdləri və siyasi intriqalar dövrü kimi səciyyələnir. O zamankı ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından respublikada sənaye məhsulları istehsalı 62 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 44 faizə düşmüş, əhalinin həyat səviyyəsi xeyli pisləşmişdi. Məhz belə bir ağır dövrdə Azərbaycan xalqının bütöv əksəriyyətinin təkidli xahiş və tələbi ilə hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyev tarixdə heç vaxt Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə, tarixi ədaləti bərpa etdi”.
ölkəmizdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar 18 aprel 2001-ci il tarixində Ulu öndər Heydər Əliyevin Fərmanı ilə respublikamızda yeni mərkəzi icraedici orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradıldığını deyən Q.Məmmədov bildirib ki, komitə ötən müddət ərzində qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışıb. Onun sözlərinə görə, torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi: “Eyni zamanda, aşağıda göstərilənlər mühüm sosial-iqtisadi, sosial-siyasi məsələləri də həll etdi: ölkə əhalisinin az qala yarısı, yəni, 3 500 000 nəfəri torpaq mülkiyyətçisinə çevrildi və mülkiyyətçilik hissi vətəndaşların torpağa daha doğma münasibətini formalaşdırdı; torpaq islahatları gənc dövlət üçün başlıca sosial problem olan işsizliyi böyük miqyasda aradan qaldırdı; ölkənin ərzaq və kənd təsərrüfatı malları ilə təminatında ciddi dinamik inkişaf müşahidə edildi, aqrar-sənaye kompleksi yenidən inkişaf etməyə başladı; qeyri-neft sektorunun və regionların inkişafı üçün əsaslı baza yaratdı. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradıldı”.
DTXK-nin bir sıra beynəlxalq qurumlarla birgə həyata keçirdiyi layihələr barədə də danışan Q.Məmmədov qeyd edib ki, respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olub, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilb, həmçinin, bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilib: “Həmin məqsədlə Ukrayna, Rusiya, Qazaxıstan və s. kimi ölkələr Azərbaycan təcrübəsindən istifadə etmək qərarına gəliblər. Hazırda həmin ölkələrin müvafiq qurumları ilə DTXK arasında sıx əməkdaşlıq mövcuddur. Təsadüfi deyil ki, MDB üzvü olan ölkələrin Torpaq Münasibətləri və Yerquruluşu İşləri üzrə Dövlətlərarası Elmi Problemlər Şurasının sədri, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, iqtisadiyyat elmləri doktoru, professor Nikolay Komov “Yerquruluşu və Torpaq İstifadəçiliyinin Rusiya Modeli” adlı kitabında Azərbaycanda həyata keçirilən torpaq islahatları, onun hüquqi bazası, prinsipləri və icra mexanizmləri haqqında geniş məlumat verərək həmin modelin Rusiyada tətbiq edilməsi işini təqdirəlayiq hesab edir. Bundan başqa, Qazaxıstan Respublikası Torpaq Ehtiyatlarının İdarə Edilməsi Agentliyi tərəfindən nəşr edilən “XXI əsrin astanasında torpaq islahatları strategiyası” kitabında da Azərbaycanda həyata keçirilən torpaq islahatlarından geniş söhbət açılır, onun elmi-hüquqi əsasları haqqında geniş məlumat verilir və təqdirəlayiq bir model kimi təqdim edilir. Əlbəttə, bütün bunlar, xalq arasında deyildiyi kimi, “Heydər Əliyev torpaq islahatları”nın nə qədər dərin elmi-təcrübi metodologiyaya söykəndiyini bir daha sübut edir”.
Komitə sədrinin sözlərinə görə, Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin səs çoxluğu ilə ölkə rəhbəri seçildikdən sonra ölkəmizin digər siyasi-iqtisadi məsələləri ilə yanaşı, əhalinin etibarlı ərzaq təminatını düşünüb və “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli 4 nömrəli Fərman imzalayıb: “Bu Fərmanın məntiqi davamı olaraq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi barədə” 11 fevral 2004-cü il tarixli 24 nömrəli Fərmanının icrası ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki torpaqların şorlaşmaya, şorakətləşməyə, eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat işləri aparılıb. ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” üzrə komitə tərəfindən öhdəsinə düşən tapşırıqlar uğurla yerinə yetirilir”.
Daha sonra DTXK tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə də məlumat verən Q.Məmmədov onu da əlavə edib ki, torpaq məsələləri ilə bağlı ötən il ərzində 2 min 768 ərizə və şikayətlərə, o cümlədən, 278 xüsusi nəzarətə alınmış şikayətlərə baxılıb müvafiq tədbirlər görülüb.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov öncə müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi problemlər barədə danışıb: “O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün ölkə vətəndaşlarının nəzəri Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Ulu öndər Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Beləliklə, xalqın səsinə səs verən Ulu öndər Naxçıvandan Bakıya qayıtdı. Və bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı”.
ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də uğurlu islahatlar həyata keçirdiyini deyən Eldar İbrahimov həmçinin, “çox yaxşı yadımdadır. Ulu öndərimiz o vaxt alimlərin, torpaq üzrə mütəxəssislərin iştirakı ilə Prezident Aparatında (indiki Prezident Administrasiyası - red.) dəfələrlə müzakirələr apardı. Nəticədə də MDB ölkələri içərisində ən uğurlu torpaq islahatı məhz Azərbaycanda həyata keçirildi. Ulu öndərin əsasını qoyduğu həmin islahat bu gün öz bəhrəsini verir. Belə ki, hazırda fermerlərimiz bizim bazarımızı kənd təsərrüfatı məhsulları ilə təmin edirlər. Əgər bu islahatlar həyata keçirilməsəydi, bəlkə də əhalimizi kənd təsərrüfatı məhsulları ilə təmin etmək məsələsi sual altında qala bilərdi”, - deyə qeyd edib.
Millət vəkili ölkəmizdə kənd təsərrüfatı ilə bağlı güclü qanunvericilik bazasının formalaşdırıldığını da bildirib: “Milli Məclisdə biz torpaqla əlaqədar çoxlu qanunlar qəbul etmişik. ümumilikdə son 15 il ərzində parlamentdə bu sahə ilə bağlı 63 qanun qəbul olunub. Onu da deyim ki, 1995-2000-ci illərdə biz daha intensiv işləyir, bir sessiyada 7-8 qanun qəbul edirdik. Məhz bunun nəticəsidir ki, hazırda kənd təsərrüfatının bütün sahələri üzrə qanunlarımız var”.
“Bu gün müstəqil Azərbaycanın ida
rəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir”, - deyən E.İbrahimov ölkəmizin öz inkişafına görə regionun liderinə çevrildiyini bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır”.
çıxış üçün söz alan Azərbaycan Respublikası Nazirlər Kabineti Regionların inkişafı şöbəsinin müdir müavini Akif Qurbanov da ölkəmizdə həyata keçirilən torpaq islahatlarının əhəmiyyətindən danışıb.
Daha sonra konfrans iştirakçıları tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun Ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə aqrar sahədə apardığı böyük işlərdən və bu işlərin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edən “Heydər Əliyev torpaq islahatlarının Azərbaycanın 20 illik inkişaf tarixində rolu” kitabı geniş müzakirə edilib.
Sonda konfrans iştirakçıları Ulu öndərimizin dövlətçilik kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə həsr edilən və ölkə müstəqilliyimizin 20 illik inkişaf yolundan bəhs edən sənədli filmə baxıblar.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 886 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30