Aİ missiyası gələndən sonra...
03.08.2023 [10:50]
Ermənilərin son təxribatlarındakı “müasir izlər”
Vətən müharibəsində əldə olunan qələbə Azərbaycana bir sıra mühüm üstünlüklər qazandırıb. Bunlardan biri də 30 ilə yaxın işğal altında olan torpaqlarda nəzarətin gücləndirilməsi, təxribatların uğurla qarşısının alınmasıdır. Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması, 4 aya yaxındır ki, fəaliyyət göstərməsi isə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət göstərir. Bu kimi uğurlu tədbirlər təxribat axtarışında olanların işini kifayət qədər çətinə salır.
Radiomaneələrin tətbiqi intensivləşib...
Beləliklə, əli hər şeydən üzülən Ermənistan və himayəsindəki qondarma separatçı rejim fərqli yollara əl atmaqla Azərbaycanın bölgədə formalaşdırdığı təhükəsizlik seqmentinə qarşı təhdid yaratmağa çalışır. Son dövrlərdə isə bu kimi təhdidləri intensivləşdirməyə çalışan bu qüvvələr yeni metodlara əl atırlar. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı açıqlamada bildirib ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib. Məlumatda qeyd olunur ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14:08-dən 14:30-dək və saat 15:04-dən 15:26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb. “Bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfimizdən məlumatlandırılıb. Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib”, - məlumatda deyilir.
Eyni zamanda, mətbuatda yayılan bəzi informasiyalara görə, hava uçuşlarına radio-maneələr yaradan qurğular Rusiya sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Xocalıda, hava limanında yerləşdirilib və separatçıların ixtiyarına verilib.
Ermənilərə “kömək”...
Artıq 3 ilə yaxındır ki, Azərbaycanın regionda sülhün və əməkdaşlığın yaradılması yönündə apardığı fəaliyyət açıq şəkildə bəzi dövlətlərlər və təşkilatlar tərəfindən “şantaj” olunur. Qeyd edilməlidir ki, regionda destabil durumun bərqərar olması üçün əlindən gələni əsirgəməyən, ermənipərəst Fransa və onun dəstəkçiləri var gücləri ilə bu işə səfərbər olublar. Azərbaycana qarşı bütün çirkin kampaniyalara əl atan, sonda isə uğursuzluqlarla üz-üzə qalan bu qüvvələr ölkəmizə qarşı beynəlxalq təzyiq formalaşdırmaq niyyətindədir. Amma buna nail ola bilmir. Nəticədə isə, ermənilərə fərqli yollarla “kömək etməyə çalışırlar”.
Ümumiyyətlə, sözügedən radiomaneələrin tətbiqi məsələsi də təsadüfi xarakter daşımır. Artıq bir müddətdir ki, bununla bağlı həyəcan təbili çalınır. Amma gəlin görək, bu “tətbiqlər” qondarma separatçılara hansı “yollarla” çatdırılıb...
Hərbi kontingenti xatırladan missiya...
Hələ aylar öncə Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ilə bağlı bəzi “pərdələr” qalxdıqca onların əsl məqsədləri və məramları ortaya çıxmışdı. Bu missiyanın mülki deyil, hərbi kontingentə bənzəməsinin daha çox gözə çarpması ilə bağlı ehtimallar isə günü-gündən gücləndi. Bu missiyaya rəhbərlik edən şəxs 3 il Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritterdir. Ritterin “əmək fəaliyyəti” isə onun polisdən çox hərbçiyə bənzədiyini göstərir: o, Aİ-nin İraqdakı məsləhət missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub. Amma almanın təyinatı faktı Berlin və Parisin razılaşdırılmış oyununun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir. Halbuki Fransa nümayəndəsi Şarl Fris Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratorudur. Üstəlik, Aİ missiyasının alman komandirindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır.
Bəli, yeni bir “fransız qurması” ilə üz-üzəyik. Ötən ilin sonunda BMT Təhlükəsizlik Şurası platformasında məğlub olan, daha sonra Avropa Parlamentinin qondarma və qərəzli “qətnaməsinin” qəbulu ilə özünə təsəlli verən rəsmi Paris proseslərə müdaxilə imkanlarını “genişləndirməyə” çalışır. Bunu isə Ermənistanın əli ilə həyata keçirməyə niyyətlənib. Beləliklə, sözügedən “radiomaneələrin tətbiqi” məsələsi ilə bağlı mühüm fikirlər formalaşır - məhz həmin missiyanın gəlişi ilə qondarma separatçılar və Ermənistan daha da “ürəklənərək” hərbi təxribatlara əl atır, yeni müasir texnologiyalarla “təltif olunurlar”.
Ən son texniki kəşfiyyat avadanlıqları
Bu missiyanın daha çox hərbi və kəşfiyyat xarakteri daşıyacağı əvvəlcədən bəlli idi. Missiyanın gəlişi ilə Fransa və başqa dövlətlərin timsalında Ermənistanda təmsil olunan əsas səfirliklərdə hərbi attaşelərin sayının artırılması da paralel şəkildə inkişaf etdirilməyə başladı. Eləcə də kəşfiyyatçı-rezidentlərin (bir qayda olaraq, səfirliklərin birinci katibləri) sayının artırılması mühüm şübhələrə yol açır. Missiyanın tərkibində İnformasiya və Psixoloji Əməliyyatlar Mərkəzinin fəaliyyət göstərməsi isə... Artıq şərhə ehtiyac qalmır. Bəlkə də missiya ilə bağlı Aİ-nin məlum qərarının 10-cu maddəsindəki məxfiliklə bağlı bəndin yer alması buna əsaslanır: “Missiya rəhbəri Şuranın 2013/488/EU saylı qərarına əsasən, Aİ-nin məxfi məlumatlarının müdafiəsini təmin etməlidir”.
Bu isə Aİ-nin missiya adı altında regiona “hərbi laboratoriya” yerləşdirmək məqsədindən xəbər verir. Ötən dövr ərzində “Aİ missiyası” arxasında dayanan qüvvələrin erməni hərbçiləri, o cümlədən Ermənistan xüsusi qüvvələri üçün hərbi təlim proqramları hazırlaması ilə bağlı informasiyalar da yayılır ki, bu da dediklərimizi təsdiqləyir. Missiyanın müasir ən son texniki kəşfiyyat avadanlıqlarına malik olması isə Azərbaycanla yanaşı, bölgədəki digər dövlətlərin də hədəfə alınma ehtimalını yaradır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56

