Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nərimanov rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunub

Nərimanov rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunub

02.11.2011 [14:14]

Rayonda hesabat dövründə 1451 daimi iş yerləri açılıb, bütün mənbələr hesabına əsas kapitala 171,2 milyon manatlıq investisiya qoyulub
Dünən Nərimanov rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonun sosial-iqtisadi inkişafının 2011-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin üzvləri Adil Əliyev, Aqiyə Naxçıvanlı, həmçinin, rayonda fəaliyyət göstərən strukturların, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin Nərimanov rayon İcra Hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra hesabat iclasını Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü ilə açaraq oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə edilmiş nailiyyətlərlə bağlı söylənilən fikirlərin bəzi məqamlarına toxunub.
Hesabat məruzəsi ilə çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov qeyd edib ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm tədbirlər nəzərdə tutulub, 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti icra olunub və digərlərinin icrası uğurla davam etdirilir: “2011-ci ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 1 milyard 367 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 170,2 faiz artım qeydə alınıb. Doqquz ay ərzində istehlakçılara 1 milyard 346 milyon manatlıq sənaye məhsulu göndərilib ki, bu da istehsal olunan məhsulun 98,5 faizini təşkil edib. Sənaye kompleksində işləyənlərin sayı 8640 nəfər təşkil edib, onların orta aylıq nominal əmək haqqı 372,2 manat olub. Son doqquz ay ərzində 1451 daimi iş yerləri açılıb.
Bu müddət ərzində bütün mənbələr hesabına əsas kapitala 171,2 milyon manatlıq investisiya qoyulub. Qoyulmuş investisiyaların 99,9 faizini daxili investisiya təşkil etməklə 86,1 faizi tikinti quraşdırma işlərinə sərf edilib. Əhaliyə göstərilən pullu xidmətlərin, ticarət, nəqliyyat və rabitə xidmətlərinin həcmi də xeyli artıb”.
Bildirilib ki, Prezident İlham Əliyev doqquz ay ərzində 5 dəfə Nərimanov rayonunda olaraq açılış və təməlqoyma mərasimlərində iştirak edib.
Həmçinin qeyd olunub ki, rayonda Qafqazda analoqu olmayan, Azərbaycanın yeni simvoluna çevriləcək Heydər Əliyev Mərkəzi inşa edilir. Mərkəzin ətrafında geniş quruculuq və abadlıq işləri həyata keçirilir, ətraf ərazidə yerləşən binaların fasadları milli memarlıq üslubunda üzlük daşlarla bəzədilir və müasir işıqlandırma sistemi quraşdırılır: “Gənclik meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, “Gənclik” metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsinin buna əyani sübut olduğu nəzərə çatdırılıb”.
Məruzəçi, həmçinin, rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2011-ci ilin 9 ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırıb: “Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2011-ci ilin doqquz ayı ərzində müvafiq işlər görülüb. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı bir çox ünvanlarda məhəllədaxili yollara təxminən 19380 kv.m sahədə asfalt örtüyü salınıb. 2011-2012-ci il payız-qış mövsümünə hazırlıqla əlaqədar bütün yaşayış binalarının texniki vəziyyətinə baxış keçirilib lazımi təmir və bərpa işləri aparılıb. İstilik Sistemləri İstismar Sahəsi tərəfindən istilik kəmərləri yuyulub və hidravlik təzyiqə yoxlanıb. 94 qazan kompleksi yoxlanıb və cari təmir olunub, 38 qazan mexaniki üsulla təmizlənib. Nərimanov Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən 8452 m 0,4 kv-luq və 29682 m 6/10 kv-luq yararsız kabel xətlərinin əvəzinə yeni kabel çəkilib. Yeni SİP kabelin çəkilişi ilə bağlı 622 ədəd dayaq basdırılıb, 11682 m SİP xətti çəkilib, 2333 ədəd sayğac elektron sayğacla əvəz olunub, 9 ədəd TM-də 11 ədəd transformator dəyişdirilib.
Nərimanov Rayon Su Kəməri İstehsalat İstismar Zonası tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 5127 p.m uzunluqda boru dəyişdirilib, müxtəlif ölçüdə 7 ədəd mühərrik quraşdırılıb, həmçinin 14 ədəd nasos təmir olunub, 17 ədəd müxtəlif diametrli siyirtmə və 11 ədəd avtomat dəyişdirilib. Nərimanov Rayon Kanalizasiya Qəza Sahəsi tərəfindən müxtəlif ünvanlarda 41 p.m uzunluqda magistral kanalizasiya boruları yenisi ilə əvəz olunub, “Azərsu” SC tərəfindən F.Xoyski prospektində 400 m və M.Nağıyev küçəsində 450 m yeni kanalizasiya xətti çəkilib. Ziya Bünyadov prospekti boyunca orta təzyiqli qaz kəmərinin yenidənqurulması ilə bağlı Əzizbəyov QPS-dən qidalanan 325 mm-lik 340 p.m. uzunluğunda orta təzyiqli qaz kəməri dəyişdirilib, 220 mm-lik 80 p.m. uzunluğunda metal boru politilen boru ilə əvəzlənib, diametri 530 mm olan 400 p.m. uzunluğunda boru dəyişdirilib”.
Məruzəçi rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən söhbət açıb, əldə olunmuş uğurlardan bəhs edib. Bildirilib ki, Nərimanov rayonunun 22 ümumtəhsil məktəbində 3011 nəfər müəllim çalışır və 23853 şagird təhsil alır: “Rayonda 28 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 37, 178, 258 saylı orta məktəblərdə əsaslı təmir işləri aparılıb. Sentyabr ayının 15-də yeni dərs ilinin başlanması münasibətilə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkillərinin iştirakı ilə məktəblərin təntənəli açılışı keçirilib. 258 â„–-li orta məktəbdə üç mərtəbəli əlavə tədris korpusunun inşasına başlanıb. 182, 134, 164, 49, 305, 56, 37 saylı uşaq bağçalarında, 7 saylı yoluxucu uşaq xəstəlikləri xəstəxanasında, 35 saylı musiqi məktəbində əsaslı təmir işləri sürətlə davam etdirilir”.
Vurğulanıb ki, əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilib: “Doqquz ay ərzində Rayon Məşğulluq Mərkəzinə 390 nəfər qadın olmaqla 971 nəfər işaxtaran vətəndaşlar müraciət edib ki, onlardan da 550 nəfəri müxtəlif iş yerləri ilə təmin olunub. Bu dövr ərzində 48 nəfər işsiz və işaxtaran vətəndaşlar peşə hazırlığı kurslarına cəlb edilib, 127 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək işsizlik müavinəti təyin edilib. ünvanlı Dövlət Sosial Yardımı Proqramının həyata keçirilməsi ilə əlaqədar 1358 ailəyə və ya 5677 ailə üzvünə ümumilikdə 192 min 554 manat məbləğində ünvanlı sosial yardım ödənilib”.
çıxış edən digər tədbir iştirakçıları da son övrlər ərzində respublikada, eyni zamanda, Nərimanov rayonunda müşahidə olunan inkişafdan bəhs ediblər.
Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İrşad Yusifova və Respublika Ağsaqqallar Şurasının rayon şöbəsi sədrinin müavini Kamil Xudiyevə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 18.10.2011-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunduqlarına, Nərimanov rayonunun tərəqqisi və inkişafı istiqamətində görülən işlərdə, ictimai-siyasi həyatında fəal iştiraklarına görə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman verilib.
İclasa yekun vuran Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 921 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30