Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb
05.01.2012 [22:56]
Xəbər verildiyi kimi, cari ilin yanvar ayının 1-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Qeyd edək ki, artıq yanvarın 4-də BMT Təhlükəsizlik Şurası Azərbaycanın iştirakı ilə ilk toplantısını keçirib. Şuranın gündəmi olduqca sıxdır və qarşıdakı həftələrdə Suriyadakı vəziyyət, İrana qarşı yeni sanksiyalar, Fələstinin tanınması kimi bir sıra aktual məsələlərin müzakirəyə çıxarılması gözlənilir. Xatırladaq ki, ötən ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilib.
Məhz bu təmsilçiliyin mahiyyətinə, əsaslarına və gətirəcəyi səlahiyyətlər və dividendlərə daha dəqiq bələd olmaq üçün bir-birilə sistematik surətdə bağlı olan bir neçə məsələyə analitik əsasda toxunmaq məqsədəmüvafiqdir.
İlk öncə qeyd edilməlidir ki, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilməsi təsadüfi deyil. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də, beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsində məsələylə bağlı qeyd edib ki, bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində, bəlkə də, ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir: “Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, sizin dediyiniz kimi, gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Lakin deməliyəm ki, Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdi və bütün mərhələlərdə böyük fərqlə irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin - çünki yalnız bu cür format elə dünya birliyi, beynəlxalq birlik deməkdir. Bu, çox böyük siyasi qələbə, diplomatik qələbə, çox böyük məsuliyyət, həm də ölkəmizə, siyasətimizə hörmətin ifadəsidir”.
Digər tərəfdən, Azərbaycanın BMT TŞ-nin müvəqqəti üzvü seçilməsi ölkəmizə siyasi və hüquqi mənada əhəmiyyətli dividendlər gətirəcək. İlk növbədə, Azərbaycan qurumun müvəqqəti üzvü kimi dünyada sülh və təhlükəsizliyin qorunması işində aktiv iştirak edəcək ki, bu da ölkəmizin dünya miqyasında etibarı və önəmini artıran əhəmiyyətli pozitiv faktor qismində çıxış edəcək. İkincisi, ölkəmiz özünün hüquqi səlahiyyətlərindən istifadə edərək müəyyən məsələləri gündəmə gətirəcək ki, bunlar da təşkilat çərçivəsində aktual müzakirə predmetinə çevriləcək. Münaqişələrə dair məsələlərin də aktual müzakirə predmetinə çevrilməsinin qurumun səlahiyyət çərçivəsində olması isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müəyyən zaman kəsiyində gündəmə gətirilməsinə imkan yaradacaq, hətta müəyyən hüquqi əsaslı qərar və qətnamələrin qəbul olunmasını şərtləndirə biləcək. üçüncüsü, Azərbaycanın BMT TŞ-də müvəqqəti üzv kimi təmsil olunması ölkəmizin təşkilat çərçivəsində təmaslarını və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdıracaq ki, bu da respublikamızın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc ierarxiyasında sürətli irəliləyişini təmin edən mühüm amil kimi çıxış edəcək.
Nəticə etibarilə, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT TŞ-də təmsil edəcək yeni müvəqqəti üzv seçilməsi və səlahiyyətlərinin icrasına başlaması mühüm diplomatik nailiyyət olmaqla yanaşı, siyasi və hüquqi mənada əhəmiyyətli dividenlər gətirəcək əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

