BBC: Transmilli media institutu, ideoloji təzyiq qrupu, yoxsa, siyasi manipulyator?
11.01.2012 [16:21]
Məlumat verildiyi kimi, Avropa Yayım Birliyinin (EBU) bəzi üzvləri ötən ayın sonlarında Cenevrədə toplantı keçiriblər. Toplantıda iştirak edən bəzi EBU üzvləri son vaxtlar bir sıra media orqanlarında “Eurovision” müsabiqəsinin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini dilə gətiriblər. Bəzi üzvlər isə BBC telekanalı ilə bağlı bu ifadələri işlədib: “BBC Azərbaycan hökumətinə və Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə qarşı geniş kampaniya aparır. BBC-nin bu hərəkəti “Eurovision” qurumuna böyük ziyan vurmaqdadır”.
İştirakçılar Daimen McGuinnessin məqaləsinin əvvəlcə dekabrın 17-də, sonra dekabrın 22-də BBC-nin əsas xəbər bülletenində yayımlanmasını, daha sonra isə oxşar mətnlərin “The Times”, “The Telgraph”, “The Week” kimi mətbuat orqanlarında yer almasını misal çəkiblər.
İştirakçılar Bakıda aparılan inşaat işlərinin “Eurovision”la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğunu bildiriblər. Toplantının sonunda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınıb. Bu fakt bir daha sübut edir ki, BBC qərəzli və qeyri-obyektiv informasiya yaymaqla, reketçilik fəaliyyətilə məşğuldur.
Transmilli media institutları strateji “silah” və mexanizm qismində
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemi çərçivəsində mövcud olan başlıca reallıqlardan biri də transmilli media strukturlarının qlobal missiyalı fəaliyyətidir. Təsadüfi deyil ki, bu fəaliyyət dünya siyasətinin başlıca tendensiyalarına, eləcə də, milli və hökumətdənkənar aktorların fəaliyyət mexanizminə də əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Məhz elə buna görə də, müxtəlif orientasiyalara və dəyərlərə malik olan transmilli media strukturları özlərinin fəaliyyət mexanizmini müxtəlif maraqlar üzərində quraraq fərqli vasitələr və metodlara istinad edirlər. Son məqsəd isə özündə konkret niyyətləri ehtiva edən transmilli maraqların təmin olunmasına və ya transmilli maraqların ideoloji əsaslarının formalaşdırılmasına nail olmaqdır.
Eyni zamanda, informasiya resurslarının lokal və qlobal şəbəkəsini formalaşdıran transmilli media qurumları ən müxtəlif metod və vasitələrə istinad etməklə “informasiya bazarı”nın mütləq hakimləri qismində çıxış edirlər. Təsadüfi deyil ki, həmin qüvvələr beynəlxalq leksikonada inforkratlar (informasiya hakimləri) termini ilə səciyyələndirilirlər. Və ən əsası, transmilli media institutlarının fəaliyyət mexanizmi dünya siyasətində hegemon güclər qismində təmsil olunan milli aktorların informasiya siyasətinə xidmət edir. Daha da dəqiqləşdirsək, transmilli media institutlarının fəaliyyəti yeni dünya düzəninin fonunda imperialist güclərin apardığı “informasiya savaşı”nda strateji “silah” və mexanizm qismində çıxış edir.
Transmilli media instututlarının qlobal missiyalı fəaliyyəti və imperialist aktorların strateji maraqları...
Bu gün dünya siyasətində hegemon güc qismində təmsil olunan müəyyən milli aktorlar özlərinin transmilli maraqlarını təmin etmək üçün müxtəlif vasitə və resurslara istinad edirlər. Bu sırada ən çox istifadə və istinad edilən vasitə isə transmilli media strukturlarıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, müasir dövrdə transmilli media strukturlarının fəaliyyət mexanizmi konkret güclərin maraqları əsasında qurulub və özündə dərin siyasi manipulyasiya metodlarını ehtiva etməkdədir. ümumiyyətlə, siyasi manipulyasiya transmilli media institutlarının ən çox istinad və istifadə etdiyi metoddur. Elmi ədəbiyyatda siyasi manipulyasiya şüurların gizli surətdə idarə edilməsi metodu kimi təsvir edilir. Bunun fonunda siyasi manipulyasiyanın iki başlıca forması (modeli) fərqləndirilir. Bunlardan birincisi sensitiv modeldir. Manipulyasiyanın sensitiv modeli dedikdə obyekt kimi seçilən qruplara qarşı müxtəlif stimul mexanizmlərindən istifadə edilməsi və müvafiq reaksiyanın alınması nəzərdə tutulur. Nəticə etibarilə, müvafiq reaksiyaların alınması ilə sosial obyektlərin şüuru idarə olunur və yönləndirmə mexanizminin işləkliyi təmin edilir. Manipulyasiyanın rasional modelində daha çox aldadıcı informasiya resurslarından istifadə edilir. Ya tamamilə qara piar səciyyəli yalan məlumatlardan istifadə edilir, ya da doğru informasiyaların təhrif olunması ilə şüurlar manipulyasiya edilir. Rasional manipulyasiya metodunun struktur komponentlərinə informasiyaların konkret maraqlara müvafiq surətdə təhrif edilməsi, informasiyanın qərəzli və yönləndirici detallarla doldurulması, rasional nəticəyə gəlməyə imkan verən informasiya elementlərinin sıradan çıxarılması və məlumata faktları pərdələyən komponentərin daxil edilməsi aiddir. Göründüyü kimi, transmilli media institutlarının istinad etdiyi siyasi manipulyasiya metodu özündə qaranlıq və qeyri-müəyyən məqamları ehtiva edir. Son məqsəd isə, qeyd etdiyimiz kimi, konkret milli aktorların transmilli maraqlarının təmin olunmasından ibarətdir.
Yeri gəlmişkən, transmilli media institutlarının konkret güclərin maraqlarına xidmət etməsini sübut edən başlıca göstəricilərdən biri də Yaxın Şərq və Şimali Afrika olayları zamanı bəhs edilən təsisatların sərgilədiyi mövqedir. Belə ki, bəhs edilən geosiyasi məkanda hələ iğtişaşlar başlamamışdan öncə sözügedən transmilli media institutları qara piar səciyyəli və təhrif olunmuş informasiyalar təqdim etməklə, dünya ictimaiyyətində konkret milli aktorların mövqeyini dəstəkləyən, eləcə də, region ölkələrinin xalqlarını təxribata sürükləyəcək durum yaratmağa çalışırdılar. Və buna da müəyyən mənada nail oldular. Amma, bu, son deyildi. Yaxın Şərq və Şimali Afrikada iğtişaşların və qarşıdurmaların başlamasından sonra “qeyri-adi” informasiyalar təqdim etməklə, transmilli media institutları dünya ictimaiyyətinə qarşı ciddi informasiya manipulyasiyasını həyata keçirdi. Və nəticə etibarilə, bu olaylar xalqların azadlıq mübarizəsi kimi təqdim edilməklə, dünya siyasətinin başlıca meyillərini müəyyənləşdirən imperialist güclərin “Yaxın Şərq və Şimali Afrika əməliyyatı”na haqq qazandırıldı.
Beləliklə, konkret faktlar əsasında müəyyən etdiyimiz kimi, transmilli media strukturlarının fəaliyyət mexanizmi beynəlxalq münasibətlər sistemi çərçivəsində dominant güc kimi çıxış edən konkret milli aktorların maraqlarına xidmət edir.
BBC-nin transmilli missiyası, yaxud ideoloji təzyiq elementləri üzərində qurulan fəaliyyət mexanizmi
Müşahidə edilən başlıca reallıq və tendensiyalardan biri də transmilli media strukturu olan BBC-nin fəaliyyətində nəzərə çarpan informasiya manipulyasiyası və ideoloji təzyiq elementləridir. Bu, bir gerçəklikdir ki, BBC hər zaman konkret imperialist güclərin transmilli maraqlarına müvafiq media fəaliyyəti sərgiləyib. Məhz buna görə də, BBC-nin fəaliyyət mexanizminin əsasında informasiya resurslarının lokal və qlobal şəbəkəsini formalaşdıran transmilli media qurumlarının istinad etdikləri ən müxtəlif metod və vasitələr xüsusi yer tutub. Bunlar sırasında isə siyasi-ideoloji səciyyəli informasiya manipulyasiyası xüsusilə qeyd edilməlidir. Belə ki, nəhəng güc mərkəzlərinin Yaxın Şərq əməliyyatı zamanı-Əfqanistan olayları, İraq müharibəsi, Yaxın Şərq və Şimali Afrika hadisələri ərəfəsində BBC-nin sərgilədiyi mövqe və istinad etdiyi metodlar, vasitələr bir daha bunu göstərdi ki, bəhs edilən transmilli media institutunun fəaliyyəti obyektivlikdən uzaq şəkildə konkret imperialist güclərin hərbi-siyasi ekspansiyasının ideoloji əsaslarına xidmət edir.
Digər tərəfdən, BBC-nin fəaliyyətində müşahidə edilən başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə edilən şantaj vasitələridir. Belə ki, bəhs edilən qurum beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan milli dövlətlərə qarşı müxtəlif məsələlər ətrafında şantaj siyasəti həyata keçirir və bu sırada daha çox informasiya manipulyasiyasına, qara piar komponentlərinə istinad edir. Bununla yanaşı, BBC-nin transmilli missiyalarından birini də milli dövlətlərarası ziddiyyət yaratmaq təşkil edir. Yaxın Şərq ölkələri arasında ziddiyyət yaratmaq naminə gündəmə gətirilən məsələlər və dövriyyəyə buraxılan informasiyalar (əslində, dezinformasiyalar-N.Q.) bunu sübut edən başlıca arqumentlərdəndir.
Nəticə etibarilə, bütün bunlar ona dəlalət edir ki, transmilli media institutu olan BBC öz fəaliyyəti ilə həm də ideoloji təzyiq qrupu qismində çıxış edir.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

