Bufer zona yaradılacaq?
03.10.2023 [11:36]
Ermənistan ənənəvi təxribatlarından əl çəkmir
NARDAR
Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yeni imkanlar açır. İki ölkə liderinin bir neçə gün sonra İspaniyanın Qranada şəhərində gözlənilən görüşü də bu baxımdan əhəmiyyətlidir.
Lakin sülh məqsədilə keçirilən hər görüş ərəfəsi və ya sonrası erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Qarabağda ordumuzun antiterror tədbirlərindən dərs çıxarmayan Ermənistan şərti dövlət sərhədində növbəti hərbi təxribat törədib. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Hərbi qulluqçumuzun snayper silahından açılan atəş nəticəsində həlak olması ilə bağlı Kəlbəcər Rayon Hərbi Prokurorluğunda cinayət işi açılıb. Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Verilən məlumatda bildirilir ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Ermənistanın təxribatları ilə bağlı hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Qarabağ məsələsini beynəlxalq hüquqa uyğun şəkildə tam həll edib. Artıq Qarabağ ərazisində Azərbaycana qarşı silah çevirəcək heç bir qrup qalmayıb. Onun sözlərinə görə, Ermənistanla şərti sərhəddə isə qarşı tərəfin davranışları kifayət qədər aqressivdir. Əsgərimizin şəhid edilməsi Azərbaycan Ordusuna adekvat tədbirlər görmək üçün kifayət qədər əsas yaradır. “Hesab edirəm ki, bununla bağlı yaxın vaxtlarda məlumatları eşidəcəyik. Yadınızdadırsa, Qarabağdakı erməni silahlılar da belə təxribatlar törədirdilər. Azərbaycan uzun müddət təmkinli davranandan sonra, bir gün ərzində Qarabağdakı erməni silahlıları kökündən təmizlədi”, - deyən ekspert əlavə edib ki, sərhəddəki təxribatın Qranadada gözlənilən danışıqlar ərəfəsində baş verməsi təsadüfi deyil. Yəqin ki, Ermənistan Azərbaycanı təxribata çəkməklə, danışıqları pozmaq üçün gərginlik yaratmağa çalışır.
Ə.Verdiyevin fikrincə, təxribatların qarşısını almaq üçün Azərbaycanla Ermənistan arasında bufer zonası yaradılmalıdır: “Ermənilərə Azərbaycana qarşı o qədər nifrət aşılanıb ki, əgər bufer zona yaradılmasa, təxribatlar uzun müddət davam edə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

