“Beynəlxalq ictimaiyyət” kimdir?
19.10.2023 [09:59]
Bir qrup dövlətin bu statusa sahiblənmək istəyi qəbulolunmazdır
Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda böyük dövlətlər digər xalqlara qarşı öz maraqları baxımından yanaşırlar. Bu da bəzi milli dövlətləri onlardan asılı edir ki, bunun da sonu heç də yaxşı olmur, əksinə milli dövlətlər sıradan çıxır. Biz bu faktı dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin nümunəsində də görürük. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət qərarların qəbulunda heç də beynəlxalq hüquqa deyil, öz maraqlarına istinad edirlər. Bu da ayrı-ayrı problemlərə yanaşmada ikili standartların tətbiq olunması ilə nəticələnir. Beynəlxalq nizamı pozan böyük dövlətlər müəyyən ölkələrə qarşı əsassız qərarlar qəbul edərək orada müxtəlif bəhanələrlə dövlət çevrilişləri edir, həmin ölkələri xaos yuvasına çevirərək günahsız dinc insanları fəlakətlərə sürükləyirlər.
Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini Azərbaycan da yaşayıb. 1990-cı illərin əvvəlində Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən dünya birliyi buna susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il kağız üzərində qaldı. Azərbaycan beynəlxalq birlikdən bu qətnamələrin icra edilməsi üçün Ermənistana qarşı addımlar atılmasını tələb etsə də, heç bir tədbir görülmədi. Halbuki BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunub. Çünki həmin məsələlər böyük dövlətlərin maraqlarına uyğun idi. Azərbaycan isə 27 il gözlədikdən sonra bu qətnamələri öz gücünə icra etməyə məcbur oldu. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək beynəlxalq hüququ bərpa etdi. Hansı ki, hər zaman beynəlxalq hüquqdan danışan bəzi böyük dövlətlər Azərbaycanın haqq işinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər.
Çünki Azərbaycan güclü dövlətdir və dünyada heç kimdən asılı deyil. Həm 44 günlük müharibə, həm də Qarabağda antiterror tədbirləri zamanı müəyyən beynəlxalq dairələr əsassız olaraq Azərbaycanı günahlandırmağa çalışıblar. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, heç kimdən asılı deyilik, heç kimdən heç nə istəmirik: “Ona görə bəlkə də bəzi böyük dövlətlər bizdən narazıdırlar. Çünki onlar öyrəşiblər ki, gəlsinlər onların qabağında baş əysinlər, o da icazə versin, verməsin. Bəziləri hesab edirdilər ki, biz antiterror tədbirlərini apararkən heç kimdən soruşmamışıq. Yəni, biz kimdən soruşmalıyıq?! Nəyi soruşmalıyıq?!”.
Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdilərdən qorumaq üçün vacib amildir. Çünki müəyən xarici dairələr var ki, hər bir milli dövlətin daxili işlərinə qarışır, özlərini “beynəlxalq ictimaiyyət” hesab edirlər. Dövlətimizin başçısı Füzuli şəhərində sakinlərlə görüşündə bu məsələyə toxunaraq qeyd edib: “Bəziləri indi deyirlər ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq. Bu da qəribədir ki, bir qrup ölkə özünü beynəlxalq ictimaiyyət sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir ittiham indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti aldatmışıq, antiterror tədbirləri keçirməklə onları aldatmışıq. Bu, çox zərərli məntiqdir. Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur”.
Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün bunlarla yanaşı müstəqil dövlətimizin gücünün artırılması hər zaman ön planda dayanır.
NARDAR
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

