Ərdoğandan aravuranlara sərt cavab
03.02.2012 [11:36]
Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı, eyni zamanda, dünya miqyasında güclənən mövqeyi təbii ki, ölkəmizlə yanaşı, bizə dost, qardaş dövlətlərin də mənafeyinə xidmət edir. O cümlədən, qardaş Türkiyə dövlətinin Azərbaycanın əldə etdiyi nailiyyətlərdən haqlı qürur duyması tam normal və başadüşüləndir. Tarixi soy-köklərimizə, dil və din eyniliyimizə söykənən, dahi liderlərimizin böyük iradəsi və əməyi hesabına güclənən Azərbaycan-Türkiyə münasibətləri daha da sıxlaşdıqca, xalqlarımız bir-birinə daha çox bağlandıqca bundan narahat olan, münasibətlərimizə kölgə salmağa çalışan müəyyən maraqlı qüvvələrin sıraları da genişlənir. Erməni lobbisinin, antitürk dairələrin təlimatları ilə fəallaşan bu qüvvələr Azərbaycanın və Türkiyənin bölgədə güclənən mövqeyinə, dünya siyasətində artan nüfuzuna zərbə endirmək niyyəti güdürdülər. İstər Türkiyə cəmiyyətində, istərsə də Azərbaycan cəmiyyətində rast gəldiyimiz özünü siyasətçi, yazar adlandıran bəzilərinin sərsəmləmələri, böhtan və həqiqətə uyğun olmayan zərərli fikirləri də məhz bir məqsədə xidmət edir: Azərbaycan və Türkiyə arasına nifaq salmaq, xalqlarımız arasındakı sarsılmaz birliyə zərbə vurmaq.
Heç şübhəsiz, Türkiyədə “Həpimiz erməniyiz, həpimiz Hrantız” şüarı ilə nümayişlərin təşkil olunması, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamların yer alması, bu zərərli xəttin Azərbaycanda da bəzi siyasi qüvvələr və media mənsubları tərəfindən dəstəklənməsi bir antitürk mərkəzi tərəfindən təşkil olunmuş və idarə edilən proses idi. Əsas məqsəd Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaq, imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaq, həmçinin ermənilərin maraqlarına uyğun olaraq yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məsələsini gündəmə gətirmək idi.
Sevindirici haldır ki, bu qüvvələrin xain planını dərk edən, onların məkrli niyyətlərinin arxasındakı həqiqətləri görən xalqlarımız iki qardaş dövlətin arasına girmək istəyən qüvvələrin qarşısına sədd çəkdilər. Bu gün tam məsuliyyətimizlə deyə bilərik ki, erməni lobbisinin, antitürk qüvvələrin Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olaraq iki qardaş xalq arasında münasibətləri zəiflətmək cəhdləri artıq tam iflasa uğradı. Başqa cür də ola bilməzdi. Əslində, lap ilk gündən bəlli idi ki, erməni lobbisinin, Ermənistanın havadarlarının, müxtəlif antitürkiyə və antiazərbaycan dairələrin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan-Türkiyə qardaşlığını, strateji müttəfiqliyini heç bir qüvvə sarsıda bilməz. çünki tarixi soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə söykənən bu münasibətləri hansısa siyasi qüvvənin oyunları poza bilməzdi. Həmişə olduğu kimi, birliyimiz, qardaşlığımız bu sınaqdan da bir qədər də möhkəmlənərək çıxa bildi. Bunu istər qardaş Türkiyə dövlətinin Baş naziri Rəcəb Təyyib Ərdoğanın, istərsə də Azərbaycan dövlətinin rəsmi dairələrinin bəyanatları bir daha təsdiq edir. Yeri gəlmişkən, qeyd etməliyik ki, bu günlərdə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan antitürk qüvvələrin guya Azərbaycanın Fransa Senatının qəbul etdiyi qərarda Türkiyəni tək qoyması və dəstək verməməsi yönündə absurd iddialarına cavab verib. Baş nazir həmin qüvvələri bu cür təxribatçı əməllərdən əl çəkməyə çağıraraq bir daha vurğalyıb ki, iki qardaş dövlətin sarsılmaz birliyinə heç nə, heç kəs xələl gətirə bilməz: “Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir”.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə fevralın 1-də parlamentin iclasında deyib ki, qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanunun ləğvi həm də Azərbaycan üçün prinsipial məsələdir. Azərbaycan dövləti bu məsələ ilə bağlı səmimi şəkildə mövqe nümayiş etdirib: “Bilirsiniz ki, Fransa parlamentində sözügedən qanunun ləğv olunması üçün 77 senator Konstitusiya Məhkəməsinə müraciət edib və onun nəticəsini gözləməliyik. Azərbaycan rəhbərliyi, Milli Məclis öz imkanları daxilində bu qanunun qəbul olunmaması üçün bütün vasitələrə əl atıb”.
Təbii ki, bütün bunlar Azərbaycanla Türkiyə arasında münasibətlərə xələl gətirməyi qarşısına məqsəd qoymuş qüvvələrə layiqli cavablardır. Tarixin bütün dolanbaçlarında, üzləşdiyi bütün sınaqlarda daha da güclənərək, xalqlarımızı daha da birləşdirərək üzüağ çıxan münasibətlərimiz yenə də sarsılmazlığını dünyaya sübut etdi. Antitürkiyə, antiazərbaycan qüvvələrin cəhdləri isə bu dəfə də iflasa uğradı.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52

