/ / "Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə kampaniya aparan xəyanətkar qüvvələr xarici ermənipərəst dairələrin ideyaları ilə idarə olunurlar
"Eurovision-2012" mahnı müsabiqəsinin əleyhinə kampaniya aparan xəyanətkar qüvvələr xarici ermənipərəst dairələrin ideyaları ilə idarə olunurlar
17.02.2012 [23:47]
Azərbaycanın 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində birinci yerə çıxması 2012-ci ildə bu yarışmanın Bakıda keçirilməsinə zəmin yaratdı. Bütün dünyada populyar olan bu mədəni tədbir-mahnı müsabiqəsi həqiqətən də hazırda Avropa məkanında olduqca diqqətlə izlənən müsabiqələrdən hesab edilir. Digər tərəfədən, bu tədbirə hazırlıq prosesi daim Avropa ictimaiyyətinin diqqətində olduğu üçün, müsabiqədə qələbə qazanmaq həmin dövlətin geniş auditoriyada tanınması istiqamətində olduqca əhəmiyyətli sayılır. Bu mənada “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycana Avropa cəmiyyətində daha yaxından tanınmaq, əldə etdiyimiz uğurları əyani şəkildə nümayiş etdirmək imkanı qazandırıb.
Təəssüf ki, xalqının uğurlarına sevinməyən, hər zaman milli maraqların əksinə, xalqımızın, dövlətimizin mənafeyinə zidd mövqe tutanlar nəinki bu nailiyyətə sevinirlər, hətta bəzi ermənipərəst dairələrlə işbirliyinə gedib bu yarışmanın üzərinə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. özünü “təşkilat” adlandıran qondarma, həmçinin, milli təəssübkeşlikdən xəbərsiz bəzi QHT-lər, hətta bu istiqamətdə “layihə” həyata keçirmək istəyirlər. Təbii ki, onların “fəaliyyəti”nin haradan sifariş olunduğu onların kimliklərindən bəllidir. Yəni, nökər psixologiyası ilə yaşayan bu kəsimin “singfordemocracy” adlı satqınçılığa köklənmiş layihə həyata keçirmək arzusu onların haradan qidalandığını tam şəkildə ortaya qoyur. Əslində, bu “layihə”nin haradan qaynaqlandığı elə adından bəllidir.
Qeyd etdiyimiz kimi, ayrı-ayrı ermənipərəst və antiazərbaycan fəaliyyəti ilə məşğul olan dairələrin xidmətçiliyini həyata keçirənlər bu yolla ölkəmizdə “Eurovision” yarışması ilə bağlı aparılan yüksəksəviyyəli fəaliyyətə kölgə salmaq istəyirlər. Digər tərəfdən, onlar ölkəmizdəki demokratik şəraiti, söz azadlığını və digər mühüm prinsipləri hədəfə alaraq bu istiqamətdə əks-təbliğat aparmaq niyyətindədirlər. Təbii ki, demokratik şəraitin, söz azadlığının və digər mühüm prinsiplərin Azərbaycanda yüksək səviyyədə bərqərar olması bu xəyanətkarları ölkəmizə şər, böhtan atmağa sövq edir.
Xarici təfəkkürün əsirinə çevrilənlər öz simalarını hər addımda ifşa edirlər
Yeri gəlmişkən, hər zaman olduğu kimi, antiazərbaycan kampaniyasının ön sıralarında “addımlayanlar” yenə də bəlli qüvvələrdir. Adını QHT qoyan, amma fərqli qaranlıq maraqların ölkəmizdə təmin olunması üçün yaradılan və maliyyə qarşılığında milli maraqlarımızı hər zaman hədəfə alan Siyasi Azadlıqları Müdafiə Alyansı, Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və İnsan Hüquqları klubu bu dəfə də öz amplualarındadırlar. Puldan ötəri hər yola baş vuran, xarici ianələrin (təbii ki, hansısa marağın təmini qarşılığında verilən ianələrin), bəxşişlərin qarşılığında dövlətinə və xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayanların idarə pultu da elə pul verənlərinin əlindədir. Amma görünən odur ki, onlar bu əməllərini belə düşüncəsiz, korafəhm kimi yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, hər bir xalqın özünəməxsus milli təfəkkürü və özünüifadə tərzi mövcuddur. Məsələn, elə millətlər var ki, onlar öz fikirlərini yığcam şəkildə, az sözdən istifadə etməklə ifadə edirlər, bəzi xalqlar isə öz fikirlərini çatdırmaq üçün daha çox sözdən istifadə edirlər. Hətta fikirlərini cümlə ilə, yəni, bitmiş fikirlə ifadə etməyə belə ehtiyac duymayan xalqlara da rast gəlinir. Amma Azərbaycan dili hər zaman öz gözəlliyi, tamlığı, bütövlüyü ilə seçilir. O mənada ki, Azərbaycan dilinin zənginliyi hər bir fikri tam formada ifadə etməyə şərait yaradır.
Lakin gəlin görək, bu yerli satqınların özlərinə şüar seçdikləri fikir nə dərəcədə Azərbaycan dilinə uyğun bir cümlədir? Belə ki, bu birləşmə tam, bitmiş bir fikri ifadə etmir, qrammatik cəhətdən Azərbaycan dilinin qanunauyğunluqları ilə düz gəlmir. Yəni, bu, sadəcə söz birləşməsidir və hansısa xarici təfəkkürün məhsuludur. Bu isə həmin cümlənin xarici əmrlər nəticəsində Azərbaycana “yetişdiyini” göstərir.
Müxalifət “Eurovision”u niyə siyasiləşdirir?
Siyasi karyeralarını uğursuzluqlara kökləmiş və öz siyasi bitkinliklərini həzm edə bilməyən bəzi radikal müxalifət nümayəndələri var ki, onlar da qısqanclıqdan bu uğursuzluqlarının əvəzini “Eurovision-2012” mahnı müsabiqəsindən çıxmaq istəyirlər. Siyasi mübarizə meydanından hər zaman məğlub, üzüqara qayıdan, xalqın etimadını qazana bilməyən və bu səbəbdən də qisası bu yolla çıxanlar həmin mədəni tədbiri siyasiləşdirməyə çalışırlar. Hətta özünü “siyasətçi” adlandıran bəziləri “Eurovision” iştirakçılarına müraciətlər edir, min bir yalanla bu məsələni siyasiləşdirmək istəyirlər. Göründüyü kimi, sivil siyasi mübarizədə tam şəkildə məğlub olduqlarını görən belələri artıq dövlətin mənafeyinə zərbə vurmaq üçün bu addımlara da əl atırlar. Məsələn, Müsavat Partiyasının sədri İsa Qəmbərin sosial şəbəkədəki “5000 dostuna” bu məzmunlu mesajlar ünvanlanması onların hansı məqsədlərə xidmət etdiklərini bir daha aşkara çıxarır.
Təbii ki, belələri özləri də dərk edir ki, onların bu cəhdləri hər zaman olduğu kimi, boşa çıxacaq və Azərbaycan bu yarışmaya çox yüksək səviyyədə ev sahibliyi edəcək. Sadəcə, hər zaman olduğu kimi, ürək bulandırmaqda davam etməyi peşə seçiblər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22

