Sosial problemlər Almaniyada etiraz aksiyalarının sayını artırır
11.04.2012 [00:06]
Xəbər verdiyimiz kimi, Avropanın ən iri iqtisadiyyatına malik olan Almaniyada sosial-iqtisadi problemlərin artması cəmiyyət daxilində gərginliyi artırıb. Son vaxtlar Almaniyada iqtisadi böhran, işsizlik və digər sosial problemlərlə bağlı etiraz aksiyalarının sayı artıb. “www.reuters.com” yazır ki, Almaniyanın Frankfurt aeroportunda yerli əhali və xidməti heyətin iştirakı ilə aksiya keçirilib. Aksiyada iştirak edən minlərlə insan aviadaşınmalara tətbiq edilən rüsumun artmasına, həmçinin yeni uçuş-enmə zolağının tikintisində ekoloji standartlara əməl edilməməsinə qarşı narazılığını bildirib. Aksiya iştirakçıları deyiblər ki, tikinti zamanı inşaat normalarına riayət olunmur. Bu da ətrafda yaşayan insanlarda narahatlıq yaradır. Aeroport işçiləri isə əmək haqlarının artırılmasını tələb edirlər. Ekspertlər Frankfurt aeroportunda keçirilən aksiyanı bundan əvvəl həmkarlar ittifaqlarının 9 günlük tətilinin davamı kimi qiymətləndirirlər.
“www.reuters.com” həmçinin, yazır ki, Almaniyanın DBB və KOMBA həmkarlar ittifaqları qurumlarının təşkilatçılığı ilə ölkənin ən iri aeroportlarında tətillər keçirilir. Düsseldorf, Frankfurt, Köln, Münxen, Ştutqart, həmçinin Berlin aeroportları işçilərinin keçirdikləri tətil ölkədə 400-ə yaxın reysin təxirə salınması ilə nəticələnib. Onların əsas tələbi əmək haqlarının artırılması ilə bağlıdır. Xatırladaq ki, bir müddət əvvəl həmkarlar ittifaqları və işəgötürənlər arasında danışıqlar baş tutmuşdu. Lakin tətil iştirakçılarının əmək haqlarının 6,5 faiz artırmaq istəyi qarşılığında işəgötürənlərin cəmi 3,3 faiz artım təklif etməsi danışıqların nəticəsiz qalmasına səbəb olub. Məlumatda bildirilir ki, həmkarlar ittifaqları ölkə üzrə iki milyona yaxın dövlət qulluqçusu və xidmət sahəsi əməkdaşlarının hüququnu tələb edir. Həmkarlar ittifaqlarının nümayəndələri bildiriblər ki, işəgötürənlər onların tələblərini yerinə yetirməyəcəyi təqdirdə, ölkəni daha genişmiqyaslı tətillər gözləyir.
“www.euronews.net” internet portalında verilmiş yazıda isə bildirilir ki, Almaniyanın Schlecker şirkətinə aid olan kosmetik mağazalar şəbəkəsi 11 min qadın əməkdaşını işdən azad edib. Bu qərar federal torpaqların rəhbərliyi ilə aparılan danışıqların iflasından sonra verilib. Belə ki, Saksoniya, Aşağı Saksoniya və Bavariya hakimiyyətləri 70 milyon avro kredit üçün təminat verməkdən imtina ediblər. İmtinanın əsas səbəbkarı kimi Almaniya Azad Demokratlar Partiyası göstərilib. Lideri Almaniyanın hazırkı maliyyə naziri olan bu partiya kansler Angela Merkelin də təmsil olunduğu hakim Xristian Demokratlar Partiyası ilə koalisiyaya daxildir. İmtinanı şərh edən rəsmilər bildiriblər ki, işdən azad olunan qadınlar başqa sahələrdə asanlıqla iş tapa biləcəklər. Ancaq həmkarlar ittifaqlarında bu fikirlə razılaşmırlar. Onlar hesab edirlər ki, indiki vəziyyətdə qadınlara yeni iş yeri tapmaq asan olmayacaq. Almaniyada bu markaya daxil olan mağazaların böyük əksəriyyətinin bağlanacağı gözlənilir.
Bunlarla yanaşı, Almaniyada pərakəndə satışların və alıcılıq qabiliyyətinin azalması müşahidə olunur. Bu barədə məlumatı “www.bbc.com” yayıb. Müşahidə olunan azalma 2012-ci ilin əvvəlində istehlakçı xərclərinin iqtisadiyyata gözlənilən dəstəyi vermədiyini göstərir. ötən aylarda Almaniyada keçirilən sorğu nəticəsində sənaye müəssisələrinin birjalara olan etimadını doğrultduğunu göstərsə də, mütəxəssislər iqtisadi böhranın bundan sonrakı mərhələlərdə ölkədə bir çox sahələrdə geriləməyə gətirib çıxaracağını proqrnozlaşdırırlar. Onlar bu qənaətə ötən ilin nəticələrinə əsasən gəliblər. çünki 2011-ci ilin son rübündə Almaniya iqtisadiyyatı 0,2 faiz geriləyib. Bu göstərici Avrozona iqtisadiyyatının ən böyük ölkələrindən olan Almaniyanın böhran içərisində olduğunu sübut edir.
“www.reuters.com”un yazdığına görə isə, Almaniyada Avropa İttifaqının iqtisadi böhranın aradan qaldırılması siyasətinə qarşı etiraz aksiyaları keçirilib. Franfurktda təşkil olunan nümayişdə üç mindən çox insan iştirak edib. Aksiya iştirakçıları daha sonra Mərkəzi Avropa Bankının binasına yürüş ediblər. Etirazçılar mağaza və dükanların vitrinlərini sındırıb, kütləvi talanlar törədiblər. Aksiyanı dağıdan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında güclü qarşıdurma yaranıb. Kütləni dağıtmaq üçün polis yüksək təzyiqli su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bundan qəzəblənən nümayişçilər asayiş keşişçilərinə daş və içərisi boya ilə doldurulmuş şüşə qablar atıblar. Toqquşmalarda onlarca insan yaralanıb, 200-dən çox etirazçı həbs edilib.
RAMİL
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

