Almaniyada korrupsiya ilə mübarizə zəifdir
09.04.2012 [23:32]
Xarici mətbuat orqanları, eyni zamanda, Almaniyanın yerli KİV-i bu ölkədəki problemlərdən yazmaqda davam edirlər. Bu dəfə isə həmin mətbuat orqanları yazırlar ki, Almaniyanın siyasi, iqtisadi institutları ilə yanaşı, eyni zamanda, vətəndaşları bəşəriyyətin “xərçəng xəstəliyi”ndən - korrupsiyadan əziyyət çəkir. ümumi mənada desək, Almaniya korrupsiya içərisində çabalayır, özü də alman cəmiyyəti bu xəstəliyə “başdan” yoluxub. Heç kəsə sirr deyil ki, Almaniya prezidenti Christian Wulf vəzifəsindən sui-istifadəyə və korrupsiya faktlarına görə istefa verib. Əgər bir ölkənin prezidenti korrupsiya əməli törətməsi faktını etiraf edirsə, dövlət aparatının aşağı təbəqələrdə nələrin baş verdiyini dilə gətirmək belə dəhşətli olar.
Amma təsvir olunan mənzərəyə heç də təəccüblənmək olmaz. çünki Almaniya BMT-nin korrupsiya ilə mübarizə konvensiyasını ratifikasiya etməmiş nadir ölkələrdəndir. Bu ölkədə tikinti və kommunal sektor ən çox korrupsiyaya məruz qalmış sahələrdir. Dövlət sifarişlərinin və müqavilələrin bağlanması hallarının 50 faizdən çoxunda korrupsiya faktları müşahidə olunur. Lakin onlarla bağlı konkret addımlar atılmır.
Təsadüfi deyil ki, “Amnistey İnternational” təşkilatı dəfələrlə hesabatlarında bu ölkənin hakimiyyətini rüşvət hallarına qarşı mübarizəni gücləndirməyə çağırıb. Həmçinin, korrupsiya hallarını araşdıran “Berliner Saytunq” qəzeti yazır ki, “görünür, almanlar indi başa düşməyə başlayıblar ki, korrupsiya təkcə Neapol və Nayrobidə deyil, həmçinin, Köln və Berlində də gündəlik həyatın bir hissəsidir”.
Xatırladaq ki, hələ 2003-cü ildə “Alman dalğası”nın Almaniyada korrupsiya faktlarının araşdırılması ilə bağlı üzə çıxardığı həqiqətlər nəinki bu gün üçün də aktualdır, hətta daha da inkişaf edib və cəmiyyətdə ciddi müzakirə olunan mövzulardan biridir.
“Alman dalğası” bildirib ki, korrupsiyanın 21 faiz artdığı Almaniyada birja maxinasiyaları, böyük beynəlxalq müqavilələrin bağlanmasında rüşvət halları, süni şəkildə müflisləşmə və insanların milyardlarla avro vəsaitinin mənimsənilməsi reallıqdır. Təkcə 2001-ci ildə müəyyən edilmiş korrupsiya faktlarının vurduğu zərər 6 milyard 600 milyon avro olub.
Alman siyasətçilərinin korrupsiyalaşmasına dair faktlar da heyrətamizdir. Vaxtilə Helmut Kollun hakimiyyətdən getməsinin əsas səbəbi partiyanın “qara kassası” faktının ictimailəşməsi ilə bağlı olmadımı? Bu yaxınlarda Kölndə zibilin utilləşdirilməsi ilə bağlı zavodun alman siyasətçilərinə xidmət etdiyi faktının müəyyənləşdirilməsi korrupsiyadan xəbər vermirmi?
Faktiki olaraq bütün hallarda siyasətçilər məsuliyyətdən qaçır, bir-birini müdafiə edirlər. Hətta məsələlər məhkəməyə çatdıqda belə əksər hallarda korrupsiyaya dair faktlar qənaətbəxş hesab olunmur.
Təsadüfi deyil ki, “Alman dalğası” Almaniyada “banan respublikası” simptomları barədə həyəcan təbili çalıb. Onların təqdim etdiyi materialda bildirilib ki, şəffaflıq korrupsiyaya qarşı ən yaxşı mübarizə metodudur: “Hakimiyyət sərbəst şəkildə informasiya əldə etmək üçün müvafiq qanunun qəbul ediləcəyini bildirmiş və müvafiq qanun layihəsi də hazırlanmışdı. Lakin həmin qanun bürokratların və korrupsionerlərin kabinetlərində itirildi. Buna görə də, hazırda korrupsiya faktlarını ifşa etmək üçün lazımi informasiya əldə etmək çətindir. Hakimiyyət korrupsiyada əli olan “qara firma”ların federal və kommunal sifarişlərə yolunu kəsəcəyini vəd etmişdi. Bəs hanı bu siyahı?”.
Bununla yanaşı, Almaniya Cinayət Polisi İdarəsinin 2007-ci il üçün açıqlamasına görə, 2006-cı illə müqayisədə ölkədə vəzifəli şəxslərə rüşvət verilməsi halları 38 faiz artaraq 9563 hala çatıb. Qurumun sədri Yorqa Cirke DPA agentliyinə bildirib ki, iqtisadi sahədə korrupsiya hallarına görə Almaniya büdcəsi hər il 6-8 milyard avro itirir.
Korrupsiyanın yüksək həddə olması bu ölkənin iqtisadiyyatına da təsir göstərir. Hələ 2007-2008-ci illərdə bu ölkədə iqtisadi cinayətlər, o cümlədən, sürücülük kursları şəbəkəsində, “Simens” şirkətində müəyyən edilən korrupsiya halları geniş müzakirə mövzusuna çevrilmişdi. “Transparency İnternationale” təşkilatının keçmiş rəhbəri Xansyorq Elsxorst deyib ki, beynəlxalq səviyyəli alman şirkətlərində yayılmış korrupsiya halları adamı dəhşətə gətirir. çünki onlar sərfəli sifariş almaq üçün rüşvəti biznesin bir hissəsinə çevriliblər.
Təsadüfi deyil ki, Almaniyada neqativ halların sayının artması, idarəçilik sistemində problemlər sosial məsələlərin həllində çatışmazlıqların yaranmasına da səbəb olub. Bu qış yollarda baş verən özbaşınalıq, şaxta və soyuq hava şəraiti nəticəsində ölənlərin sayına görə Almaniyanın Avropada ən yüksək göstəricilərə sahib olması təbii suallar doğurur.
Almaniyanın yerli KİV-inin bu məsələyə reaksiyası da maraqlıdır. Belə ki, “www.spiegel.de” internet resursu yazır ki, Avropa Şurası Almaniyanı korrupsiya ilə zəif mübarizə aparmaqda ittiham edib. Məlumatda deyilir ki, “Greco” qurumunun Almaniyada son üç ildə apardığı araşdırmalarının nəticələrinə görə, ölkədə bu müddət ərzində korrupsiya ilə mübarizə artmaq əvəzinə, əksinə, azalıb. Bildirilir ki, 2009-cu ildə Avropa Şurası Almaniyada korrupsiya ilə mübarizəyə dair 20 bəndlik hesabat hazırlamışdı. Ekspertlərin müşahidələrinə görə, həmin 20 bəndin yalnız 4-ə əməl edilib. “Greco” qurumu Merkel hökumətini korrupsiya ilə bağlı tədbirləri sərtləşdirən qanunun hələ də qəbul edilməməsində günahlandırıb. Onların sözlərinə görə, qəbul edilməli olan qanun deputat və digər dövlət məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdirdikdə, sərt cəza tədbirlərini özündə ehtiva etməlidir. Bu barədə ilkin razılıq hələ 1999-cu ildə əldə olunsa da hakim qüvvələr onu qanun şəklinə salmayıblar.
RAMİL
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

