Romada dahi Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
23.04.2012 [10:59]
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə dünən Roma şəhərindəki məşhur “Villa Borghese” parkında böyük söz ustadının abidəsinin açılışı olub.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Birinci xanım Mehriban Əliyeva və Roma şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri xanım Serena Forni abidənin üzərindəki ağ örtüyü götürüblər.
Abidənin önünə əklil qoyulub.
Xanım Serena Forni tədbirdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu mərasimdə iştirakına görə minnətdarlığını bildirib, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını ölkələrimiz arasında dostluğun rəmzi kimi qiymətləndirib.
Dahi Azərbaycan şairinin xatirəsinə Romada ucaldılan abidəni həm də ölkələrimiz arasında əməkdaşlığın bir hissəsi kimi qiymətləndirən Serena Forni Mehriban xanım Əliyevanın səyləri sayəsində son vaxtlar Romada bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Serena Forni ötən il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı Romada keçirilmiş tədbirin əhəmiyyətini də vurğulayıb.
Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirən Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb.
Professor bildirib ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.
Abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirən Mehriban xanım Əliyeva bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladıb və qeyd edib ki, dahi şairimizə möhtəşəm abidənin açılması bu hadisənin kulminasiya nöqtəsidir.
“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir”, - deyən Mehriban xanım Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyindən danışıb, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Bu gün şairin əlyazmaları dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanılır.
Mehriban xanım Əliyeva Nizami yaradıcılığının yüksək sənətkarlıq, ədalət, xeyirxahlıq düşüncələri ilə seçildiyini vurğulayıb, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləyib.
Dahi Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: “Mən əminəm ki, belə möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da onun yaradıcılığına, poeziyasına diqqət və marağı artıracaqdır. Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcəkdir.
İtaliya ilə Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır.
ötən ilin dekabrında Romada ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan Gecəsi keçirilmişdir. Roma Opera Teatrında Azərbaycan musiqisi, muğam səslənirdi, Azərbaycanın qədim xalçaçılıq məktəbini əks etdirən sərgi təşkil olunmuşdur. Bu ilin sonunda Azərbaycanın müasir incəsənətini əks etdirən “Bakıya uçuş” adlı sərgi təşkil ediləcəkdir.
Bu ay İtaliyanın paytaxtında və digər şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çox böyük maraq və diqqətlə qarşılanmışdır. Bu ilin payız aylarında Azərbaycanda İtaliya Mədəniyyəti Günləri keçiriləcəkdir. Mən sizi əmin etmək istərdim ki, İtaliyanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, rəssamlıq və memarlıq məktəbi ölkəmizdə çox yaxşı tanınır və sevilir”.
“Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir”, - deyən Mehriban xanım Əliyeva əminliklə bildirib ki, gələcəkdə ölkələrimiz arasında daha çox görüşlər, birgə maraqlı layihələr olacaq və əməkdaşlığımız daha da möhkəmlənəcək.
Dahi şairin Romadakı abidəsinin müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən də təsdiqlənib.
İtaliyanın paytaxtında dahi şairin abidəsinin ucaldılması bir daha təsdiqləyib ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib və şeiriyyəti yüksəkliklərə qaldırıb. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Odur ki, Romada açılmış abidə Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik ədəbiyyatımızın dünya miqyasında təbliği istiqamətində atılan mühüm addımdır.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

