Münxen konfransı: reallıqlar, siyasi rəngarənglik…
17.02.2024 [16:10]
Azərbaycan Prezidenti ilə görüşmək üçün çoxsaylı müraciətlər edilir
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, Vətən müharibəsində qazanılan Zəfərin ardından regionda formalaşdırılan yeni siyasi reallıqlar, ötən ilki antiterror tədbirləri nəticəsində separatizmə son verilməsi, eyni zamanda Avropanın enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın daha da artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın böyük bir coğrafiyada formalaşan yeni iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir.
Azərbaycan ən mötəbər tədbirlərin daimi iştirakçısıdır
Müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ortaya qoyur. Əldə olunan uğurlar isə saymaqla bitməz:
- Azərbaycan mühüm bir regionda təhlükəsizliyin əsas qarantı kimi çıxış edir;
- Ölkəmiz bütün dünya üçün şəffaf və əlverişli sərmayə mühiti yaradır;
- Şərq il Qərb arasında iqtisadi körpü rolunda çıxış edir;
-Avropanın enerji təminatında əsaslı yer tutur;
- Öz növbəsində Şərqin yeni enerji layihələrində fəal iştirakçı qismirndə çıxış edir;
- Dünyanın ən mühüm iqtisadi aortasına çevirlmək perspektivi daşıyan ticari-iqtisadi layihələrin ən əsas dayanacaqlarından biri statusunu qazanıb.
Azərbaycan bu gün yeni geosiyasi çağırışlar üçün yadılan münbit yolun təhlükəsizliyinin qarantı sayılır. Ölkəmiz qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır.
Azərbaycan yenə də diqqət mərkəzindədir
Bu kimi faktlar isə Azərbaycanı diqqət mərkəzinə çıxarır. Təsadüfi deyil ki, son dövrlərdə bütün beynəlxalq statuslu tədbirlərdə Prezident İlham Əliyevin iştirakı xüsusi qeyd edilir. Azərbaycan ən mötəbər tədbirlərin daimi iştirakçısına çevrilib. Bunu son olaraq Münxen Təhlükəszlik Konfransının da timsaılnda görürük. Beynəlxalq təsisatların rəhbərləri, aparıcı iqtisadiyyata malik olan böyük dövlətlərin rəsmi şəxsləri Prezident İlham Əliyevlə müzakirlər aparmağa can atırlar, onun görüşmək üçün müracitələr edirlər.
Münxendə görüş üçün müraciət edənlər…
Bu görüşlərin rəngarəngliyi isə olduqca mühüm faktlardan xəbər verir – Azərbaycan qlobal mühitdə müstəqil siyasəti ilə tanınan ölkə kimi şöhrət tapıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ilə görüşmək üçün müraciət edənlərin sırasında dünyanın bütün regionlarını təmsil edən şirkətlərin rəhbərləri, dövlətlərin başçıları yer alır. Diqqət yetirsək, Münxen Təhlükəsizlik Konfransında bu qədər görüş keçirən azsaylı dövlət başçılarının olduğunu görə bilərik. Dövlət başçısının qrafikinə baxdıqda mövcid intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah etmək mümkündür.
Ümumiyyətlə, 20 ildən artıqdır ki, keçirilən Münhen Təhlükəsizlik Konfransı bu istiqamətdə keçirilən tədbirlər içində ən məşhurudur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Konfrans bütövlükdə "təhlükəsiz dünya" ideyasının reallaşdırılmasına əhəmiyyətli töhfələr verir.
Azərbaycan bu güvəni, inamı özünün dürüstlüyü, ədalətli davranışı ilə qazanıb
Xüsusi vurğulanmalıdır ki, keçirilən görüşlərdə vurğulanan əsas məqamlardan biri Azərbaycanın indiyi qədər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin ən yüksək səviyyədə təşkil edilməsi, bu ilin payızında baş tutacaq COP29-u da uğurlu keçirməsi haqda mülahizələrdir. Prezident İlham Əliyev ilə görüş üçün müraciət edən şəxslər bu məqamı xüsusi olaraq vurğulayırlar. Bu inamın formalaşmasında əsas aparıcı amil isə ölkəmizin yüksək təşkilatçılıq səviyyəsi, beynəlxalq miqyasda tanınan dövlətə çevrilməsidir. Prezident İlham Əlyiev fevralın 14-də keçirilən andiçmə mərasimində bildirmişdi ki, bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir.
Bu nüfuzun formalaşması isə Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətinin nəticəsində mümkün olub. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə dünyanın müxtəlif regionlarını bir araya gətirdi, qlobal problemlər ətrafında səfərbər etdi. COVİD-19 pandemiyası ilə qlobal mübarizənin təşkili, vaksinlərin ədalətli bölünməsi kimi həyati mühüm məqamlar məhz Azərbaycanın adı və təşkilatçılığı ilə bağlıdır.
Vurğulandığı kimi, COP29 da dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə mühüm bir platforma formalaşdırır. Bunun üçün isə Azərbaycana verilən dəstək olduqca böyükdür - dünya birliyi demək olar ki, yekdil rəy ilə COP29-un ev sahibliyini Azərbaycana etibar edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

