Xəyanətin qurbanına çevrilmiş LAÇIN!
17.05.2012 [23:40]
Mayın 18-i Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümüdür. İşğal nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri, o cümlədən, 31 nəfəri hər iki valideynini itirib. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb...
İşğaldan öncə Laçın rayonunda 1 avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olub...
Azərbaycanın “qala qapısı” adlandırılan Laçın rayonu strateji cəhətdən olduqca mühüm əhəmiyyətə malik bir ərazi sayılır. Şuşanın işğalının ardından artıq Laçın, demək olar ki, hər an erməni hücumu ilə üz-üzə dayanmışdı. Həmin dövrdə isə paytaxtda Ayaz Mütəllibovla AXC-Müsavat cütlüyü arasında hakimiyyət savaşı başlamışdı. Məhz bunun nəticəsi idi ki, mayın 8-i, Şuşanın işğal günündən sonra AXC-Müsavat qruplaşmasının rəhbərlərinin yaratdığı və öz maraqlarının qulluqçusuna çevirdikləri “könüllü özünümüdafiə” dəstələrini və milli ordu adı altında fəaliyyət göstərən silahlı qrupları Laçının ərazisinə çəkirdilər. Onların fikri-zikri, başı paytaxtda vəzifə davasına qarışdığı bir dövrdə Laçın hazırsız şəkildə erməni həmləsinin hədəfinə çevrilirdi. Ən maraqlısı isə o idi ki, 1992-ci ilin aprel ayında özlərinin yaratdıqları Laçın alayını ləğv etdilər. Həmin dövrün səriştəsiz rəhbərlərinin apardığı kreslo mübarizəsi nəticəsində Laçın rayonunun işğalı üçün zəmin yaradılırdı. Bu da azmış kimi Nazirlər Soveti Laçın sakinlərinin köçürülməsi ilə bağlı qərar verdi. Bu fakt isə xəyanətin mənbəyini özü ortaya çıxarır. Qeyd etmək yerinə düşər ki, AXC-Müsavat cütlüyünün içindəki kreslo savaşı “özünümüdafiə” adı altında yaradılan dəstələrin də paytaxta gətirilməsinə yol açmışdı. Həmin vaxt hər bir AXC-Müsavat rəhbəri yüksək post əldə etmək üçün əlində olan silahlı resursdan “səmərəli” istifadə etmək istəyirdi. Məhz bu səbəbdən də onların vəzifə savaşının nəticəsində Laçın da erməni qoşunlarının əlinə keçdi...
1992-ci il may ayının 17-i ermənilər Laçın rayonunu güclü artilleriya atəşinə tutdu. Ard-arda rayona atılan “Qrad”ların və “Alazan”ların sayı-hesabı itmişdi. Rayonu müdafiə etməyə çalışan yerli insanlar yaşlıları və körpələri rayonun çıxacağına yığmışdılar. Onlar hələ də paytaxtdan xəbər və kömək gözləyirdilər. Amma bilmirdilər ki, cəbhə bölgəsindən çıxarılan silahlı dəstələr Bakıya AXC-Müsavat qruplaşması ilə Ayaz Mütəllibov arasındakı savaşda tərəf olmağa gedir. Həm də torpağını erməni işğalına tərk etmək bahasına...
Uzun illər Laçın rayonuna rəhbərlik etmiş mərhum Muradxan Cabbarov 1996-cı ildə belə bir məlumatla çıxış etmişdi: “...Prezident A.Mütəllibovun qəbulundan çıxanda gördüm ki, Rəhim Qazıyev başında papaq, damağında siqaret dayanıb qəbul otağında. Onun mənə sözü belə oldu: “Ay ağsaqqal, ay kişi, ayıb deyil, iki qotur ermənidən ötrü bura gəlmisən? Onlar heç bir şey edə bilməzlər, atalarını yandıracağıq. Gedin, evinizdə rahat yatın!..”...
Amma elə evində rahat yatan məhz vəzifə savaşına qalxanlar oldu. Laçınlılar isə evlərindən didərgin düşdülər. Laçın 1992-ci il mayın 18-də təcavüzə məruz qalaraq işğal edildi. Həmin illərdə hakimiyyətdə olan insanların xalqın, Vətənin dərdinə laqeydliyi artıq 19 ildir ki, Laçınsız qalmağımız bahasına başa gəldi bizlərə. öz isti kreslosunu Laçından üstün bilənlərin ucbatından öz Vətənlərində məcburi köçkünə çevrilmiş laçınlılar respublikamızın 60-a yaxın rayonuna üz tutdu, orada məskunlaşdı...
Xüsusilə qeyd etmək lazımdır ki, 1992-ci il mayın 18-də Laçının işğalı ilə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu “humanitar dəhliz”, əslində, qanlı körpüyə çevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə həmin əraziyə daşındı. Bu isə digər rayonların işğalına münbit şərait yaratdı...
Qeyd etdiyimiz kimi, laçınlıların kompakt yaşadığı ərazi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsidir. 70,5 min nəfər Laçın əhalisinin 13 min nəfəri bu gün Taxtakörpüdə məskunlaşıb yaşayır, rayonun inzibati idarələri də məhz burada yerləşir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət kursu hər bir laçınlı tərəfindən təqdir olunur, birmənalı şəkildə dəstəklənir. öz doğma yurd-yuvalarından zorla qovulmuş insanların həyat şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə və digər sosial tələbatlarının yüksəldilməsi istiqamətində olduqca mühüm tədbirlər görülür, addımlar atılır. Laçın rayonunun respublikanın fərqli bölgələrində fəaliyyət göstərən 20 ümumtəhsil məktəbi, 3 səhiyyə və 6 mədəniyyət müəssisəsi cari və əsaslı təmir olunub, uşaq bağçaları tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində laçınlı şəhidlərin adlarının əbədiləşdirilməsi üçün Xatirə Kompleksi ucaldılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramına əlavələrə müvafiq olaraq rayonun müstəqil elektrik şəbəkəsi müəssisəsi yaradılıb və bu da ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həllinə yaxından kömək edir. Bundan başqa, Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi nə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Dövlət Neft Şirkətinə müraciət əsasında bu problem öz həllini tapır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin icrası əsasında Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Taxtakörpü, 239 laçınlı ailəsinin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki “Alman” və “Yasıyol” fin tipli qəsəbələrindəki sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 552 ailə üçün yeni qəsəbənin tikintisi həyata keçirilir.
Laçın sakinləri bu gün də öz doğma yurdlarının həsrətilə yaşayır. Amma inanırlar ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs işğal altında olan torpaqlarımızın azadlığına yol açacaq. Prezident İlham Əliyev hər zaman laçınlıların problemlərinin həlli ilə yaxından tanış olur, onların sosial vəziyyətlərinin yüksəldilməsi, yaşayış təminatının inkişafı məsələsini diqqət mərkəzində saxlayır. ötən ilin dekabr ayının 24-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsi açıldı. Açılışda iştirak edən Prezident İlham Əliyev bildirdi ki, laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olublar. Bu gün də bu, belədir. Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: “çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq. Laçının işğal altına düşməsi, eyni zamanda, başqa rayonların işğal altına düşməsinə gətirib çıxarıb. çünki 1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün sonra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür. Beləliklə, Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır. Heç vaxt bu bağlantı yox idi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən bir tarixi, əzəli Azərbaycan torpağıdır. Onun ətrafında yerləşən torpaqlar, o cümlədən, Laçın Azərbaycan torpağıdır. Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan xanlığında da azərbaycanlılar yaşamışlar. İndiki Ermənistan Azərbaycan torpağıdır. Biz bunu bilirik. Tarixi sənədlər də bunu göstərir. Beləliklə, Laçının işğal altına düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib çıxarmışdır. Mən tam əminəm ki, - bu gün hörmətli ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlərimizi bildirdik, - əgər o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt bir qarış torpaq düşmənin işğalına məruz qalmazdı”.
Bu gün ölkəmizin yürütdüyü xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üstünlük əldə etməyimizə şərait yaradıb. Azərbaycanın BMT TŞ-ya qeyri-daimi üzv seçilməsi, dünyanın ən mötəbər qurumlarından birinə sədrlik etməsi Azərbaycanın apardığı siyasi kursun dünya ölkələri tərəfindən dəstəklənməsinə, o cümlədən, yüksək tribunalardan işğal faktının səsləndirilməsinə şərait yaradıb. Bu gün iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanın güclü ordusu var və Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün hər bir vasitədən istifadə etməyə qadirdir. ölkəmizin hərbi gücü, nizami ordusu Ali Baş Komandanın əmri ilə tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Amma biz inanırıq ki, bu problem sülh yolu ilə həll olunacaq...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

