Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub
21.02.2024 [10:20]
Hərbi əməkdaşlığımız real nəticələr verir
Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindən olan ordu quruculuğu özünün müsbət nəticələrini ortaya qoymaqdadır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, antiterror tədbirləri zamanı ortaya qoyulan peşəkarlıq və operativlik ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Bu bir həqiqətdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Regionun ən güclü ordusu
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.
Hərbi gücümüz daha da artır
Ümumiyyətlə, Azərbaycanda müasir ordu quruculuğu işləri davam edir və yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır. Fevralın 19-da Türkiyəyə rəsmi səfəri çərçivəsində prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev bildirib ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri hərbi sahədə işbirliyidir: “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra, düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”.
Şuşa Bəyannaməsi hərbi sahədə əməkdaşlığı dərinləşdirib
Məsələ ilə bağlı fikirlərini “ Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uğun olaraq Silahlı qüvvələrimiz Türkiyə modelinə keçir və ordu quruculuğu istiqamətində qardaş Türkiyənin modeli əsas götürülür. Bu istiqamətdə xeyli işlər görülüb. Xüsusi olaraq dağ komanda birlikləri, hərbi hissələr yaradılıb ki, müasir döyüşlərdə və yeni müharibələrdə onun çox böyük önəmi var. Eyni zamanda, xüsusi təyinatlılarımızın sayının artırılması istiqamətində də xeyli addımlar atılıb. Azərbaycan Silahlı Qüvvələri ştat-zabit strukturuna uyğun olaraq, Türkiyə modelinə keçib və bu keçiddə qardaş Türkiyənin xüsusi rolu var. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığı dərinləşdirib: “Türkiyə ordusu ilə ayrı-ayrı qoşun birliklərimiz fəal əməkdaşlıq edir. Eləcə də, antiterror əməliyyatlarının keçirilməsi, dağda və ərazilərdə əməliyyatların keçirilməsi və sair istiqamətlərdə birgə təlimlər keçirilib. Bu təlimlərin əhəmiyyəti odur ki, Azərbaycan ordusu istənilən situasiyaya hazır vəziyyətdədir. Bundan başqa, Azərbaycan ordusunun tərkibində “Komando” birliklərinin yaradılması da Türkiyə təcrübəsinin nümunəsidir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir. Hazırda yeni proqramlarla hərbi təhsil aparılır. Bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, Vətənə sevgi, dövlətə sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi bizə həm də təhsilin yeni formaya keçirilməsində kömək edib. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar.
Ekspert qeyd edib ki, Azərbaycan mühüm geosiyasi regionda yerləşir. Ona görə də, ordu quruculuğu daim xüsusi diqqət mərkəzindədir. “Ordumuz hər zaman peşəkar olmalıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə öz üzərinə düşəni edir. Azərbaycan Ordusu daha da peşəkarlaşır, təkmilləşir və hər an istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Türkiyə ordusu dünyanın ən güclü, ən müasir ordularından biridir. Azərbaycan Ordusunun da peşəkarlığı yüksək səviyyədədir. Vətən müharibəsi bunu sübut edib. Ordumuzun daim yüksək səviyyədə olması üçün dövlət hərtərəfli diqqət və qayğısını göstərir. Bu sahədə Türkiyə ilə əməkdaşlıq bundan sonra da davam edəcək”, - deyə E.Həsənli vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

