/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçalarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
10.07.2012 [23:37]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva təmir və yenidənqurmadan sonra uşaq müəssisələrində olub, buradakı şəraitlə maraqlanıblar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva əvvəlcə 27 nömrəli uşaq bağçasında olublar. Bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən ötən il paytaxtdakı 305 bağçadan 57-si əsaslı surətdə yenidən qurularaq istifadəyə verilib. Bu il isə 61 bağça müasir tələblər səviyyəsində yenilənir. Proqrama əsasən bu iş gələn il tam yekunlaşacaq.
Uşaq bağçasının əvvəlki və hazırkı görkəmini əks etdirən fotostendlə tanışlıq zamanı məlumat verilib ki, ötən əsrin əvvəllərində yaşayış evi kimi inşa olunan, 1930-cu ildən uşaq müəssisəsi kimi fəaliyyət göstərən bağçada əsaslı təmir və yenidənqurma işlərinə 7 ay əvvəl başlanılıb. Qəzalı və yararsız vəziyyətdə olan binanın özülü qısa zamanda bərkidilib, dam örtüyü, fasadı yenilənib.
Bağçanın 750 kvadratmetrlik ərazisi təmizlənib, ikimərtəbəli bina tamamilə yenidən qurulub. Səksən yerlik uşaq bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılıb. Həyətdə yeni attraksionlar, oturacaqlar quraşdırılıb, bağçanın istilik sistemi təzələnib. Burada 3-6 yaş arasında 4 qrup var. Uşaqların estetik zövqünü formalaşdırmaq üçün xüsusi musiqi və rəqs zalları yaradılıb. Balacalarla 8 tərbiyəçi məşğul olacaq.
Mehriban xanım Əliyeva uşaqların qidalanması, onların tibbi müayinəsi ilə maraqlanıb. Məlumat verilib ki, burada balacaların keyfiyyətli qidalanması üçün zəruri ərzaq məhsullarından ibarət menyu tərtib olunub. Bağçadakı yeməkxana, mətbəx, həmçinin tibb otağı, bütün yataq ləvazimatları yenilənib.
Sonra Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2 televizor və 2 xalça bağçaya təqdim olunub.
Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva bağçanın kollektivi ilə xatirə şəkli çəkdirib.
* * *
Elə həmin gün Bakı şəhər İcra Hakimiyyətinin 325 saylı uşaq bağçası da təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Uşaq bağçasına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva burada görülən işlərlə tanış olublar.
Məlumat verilib ki, ümumi sahəsi 2100 kvadratmetr olan bağça 1963-cü ildən istifadədədir. İkimərtəbəli binada təmir və yenidənqurma işlərinə yeddi ay əvvəl başlanılıb və keyfiyyətlə sona çatdırılıb. Bağçanın həyəti abadlaşdırılıb, ərazidə 300-dən çox həmişəyaşıl ağac, 2 mindən çox dekorativ gül kolu əkilib. Eyni zamanda, uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün lazımi şərait, müxtəlif oyun guşələri yaradılıb, yelləncəklər quraşdırılıb. Bağçada 5 qrupda 100 uşaq məktəbə hazırlıq keçir.
Heydər Əliyev Fondunun prezidenti otaqları gəzib, burada balacalar üçün yaradılan şəraitlə maraqlanıb. Diqqətə çatdırılıb ki, təhsilin ilkin mərhələsinə yiyələnən 3 yaşından 6 yaşınadək olan uşaqlar burada həm də musiqi və idmanla məşğul olacaqlar. Bağça hər cür dərs ləvazimatı ilə təchiz edilib. Binada tibb, mətbəx, kitabxana, dərs, yataq otaqları, yeməkxana var. Uşaqların təlim-tərbiyəsi ilə 26 nəfər məşğul olacaq.
Mehriban xanım Əliyeva uşaqların qidalanması və istirahəti ilə maraqlanıb.
Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2 televizor, 2 xalça və elektron piano bağçaya təqdim edilib.
Fondun prezidenti Mehriban xanım Əliyeva görülən işlərdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

