Fatma Səttarova II Fəxri xiyabanda dəfn olunub
14.09.2024 [15:16]
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasimi keçirilib.
APA xəbər verir ki, Fatma Səttarovanın nəşi II Fəxri xiyabanda dəfn olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib. Əklil məzarın üstünə qoyulub.
Dəfn mərasimində mərhumun yaxınları, ictimaiyyət nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təmsilçiləri iştirak ediblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dəfn mərasimində çıxış edərək bildirib ki, F.Səttarova daim müxtəlif tədbirlərdə, görüşlərdə çıxışları zamanı Azərbaycanın dövlətçilik siyasətini dəstəkləyib: “Tanınmış ictimai xadim Fatma Səttarovanın vəfatı xalqımız üçün böyük itkidir. Onun xidməti hər birimizə məlumdur. Cənab Prezident və xanımı daim Fatma Səttarovanın səhhəti ilə maraqlanıb, qayğılarını əsirgəməyiblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının uğurlu fəaliyyətində də Fatma xanımın rolu çox böyük olub. İnanırıq ki, onun ənənələri davam etdiriləcək və daha da gücləndiriləcək”.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, Vətən müharibəsi iştirakçısı, polkovnik Elşad Əbilov MN rəhbərliyi adından Fatma Səttarovanın yaxınlarına başsağlığı verib, onun İkinci Dünya müharibəsindəki xidmətlərindən söhbət açıb.
F.Səttarovanın həyatının gənclər üçün nümunə olduğu bildirilib.
Sonda F.Səttarovanın oğlu, professor Rakif Səttarov dəfn mərasimində iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd edib: “Biz atamızı tez itirmişik. Fatma xanım bizi tək böyüdüb, təlim-tərbiyəmizlə məşğul olub. Cavan vaxtı müharibədə iştirak edib, sonralar da müxtəlif vəzifələrdə çalışıb, o dövrün gərgin və çətin sınaqlarından keçib”.
Qeyd edək ki, 102 yaşlı Fatma Səttarova bu gün vəfat edib.
F.Səttarova 1922-ci ildə Bakıda anadan olub. İkinci Dünya müharibəsinin ilk aylarında tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1941-1942-ci illərdə Moskva uğrunda döyüşlərdə iştirak edib.
F.Səttarova Sovet ordusunun sıralarında Berlinə qədər gedib. 1945-ci ilin fevralında xəstəliyi ilə bağlı tibbi komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək Bakıya qayıdıb.
O, 2022-ci il yanvarın 24-də Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən "İstiqlal" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.
Xəbər lenti
Hamısına baxSiyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20

