Azərbaycan jurnalistləri dövlətin diqqət və qayğısını yüksək qiymətləndirirlər
25.07.2013 [09:56]
Mətbuat günündə evlə təmin olunan jurnalistlər onların mənzil şəraitini köklü surətdə dəyişdirən, həmçinin, xeyli yaxşılaşdıran addımı sevinclə və minnətdarlıq hissi ilə qarşılayırlar
Bildiyimiz kimi, ölkəmizdə mətbuatın, ümumilikdə, kütləvi informasiya vasitələrinin inkişafı diqqət mərkəzində olan məsələlərdəndir. Həmçinin, müstəqil Azərbaycanda milli mətbuatın inkişafına maddi və mənəvi yöndə dəstəyin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Jurnalist əməyini hər zaman yüksək qiymətləndirən Ulu öndər KİV üzərindəki senzuranı aradan qaldırıb, mətbuat orqanlarının maddi-texniki şəraitinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atıb.
KİV-in inkişafı yönündə Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla bu istiqamətdə təməli qoyulan işlər uğurla və ardıcıl şəkildə həyata keçirilir. Belə tədbirlərdən biri kimi Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamına uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, dünya təcrübəsində ilk dəfə olaraq jurnalistlər üçün təmənnasız olaraq yaşayış binası tikilib. 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində tikilmiş 17 mərtəbəli, 156 mənzilli binanın açılışı olub. Məlumdur ki, bir çox jurnalistlər üçün belə yüksək səviyyədə, iki və üç otaqlı mənzilləri almaq maddi cəhətdən çətindir. Bu səbəbdən də, dövlət başçısının bu addımı media işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox əlamətdar hadisədir. Mətbuat günündə evlə təmin olunan jurnalistlər onların mənzil şəraitini köklü surətdə dəyişdirən və xeyli yaxşılaşdıran bu addımı sevinclə və minnətdarlıq hissi ilə qarşılayırlar.
“Səs” qəzetinin şöbə müdiri Zümrüd Bayramova mətbuatda 1991-ci ildə “Səs” qəzetinin yaradıldığı ilk gündən çalışmağa başlayıb. Z.Bayramova deyib ki, jurnalistlərə evlərin verilməsi çox böyük sevinc gətirən bir hadisədir: “Jurnalistlərə evlərin verilməsi dünyada analoqu olmayan bir haldır. Bu, bir daha göstərir ki, Azərbaycanda jurnalistlər dövlətin böyük qayğısı ilə əhatə olunub, ən müxtəlif KİV-lərin jurnalistlərinə yardım göstərilib. Bu, dövlətin sözügedən sahəyə olan diqqətindən xəbər verir”.
Z.Bayramova evlə təmin olunan jurnalistlər arasında siyasi mövqeyinə görə heç bir fərqin qoyulmamasını xüsusi vurğulayıb: “Bu növbəti dəfə onu göstərir ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Biz jurnalistlər isə öz növbəmizdə, dövlətçiliyimizə xdmət etməkdə, cəmiyyəti maariflənməkdə davam edəcəyik. Jurnalistlərə öz fəaliyyətlərində vətəndaş mövqeyindən çıxış etmələrini, qələmlərinin iti olmasını arzu edirəm”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Rey Kərimoğlu 1995-ci ildən mətbuatda çalışdığını deyib: “Həmin ildən “Zaman”, “Əlillər”, “Şərq”, “Vətəndaş həmrəyliyi”, “Yeni Müsavat” “Bizim yol” və digər qəzetlərdə işləmişəm. 2012-ci ildən “lent.az” saytı ilə əməkdaşlıq edirəm, ölkənin ictimai-siyasi həyatı ilə bağlı köşə yazıları yazıram və “Müharibə adamı” verilişini aparıram. 2006-cı ildə “Media açarı”nın qalibi olmuşam”.
R.Kərimoğlu mənzillə təmin olunması xəbərini böyük sevinclə qarşıladığını deyib: “Mənzillə təmin edilənlər içərisində olduğumu biləndə, yəni iyulun 21-dən 22-nə keçən gecə yatmadım, çox sevinmişdim. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha jurnalistlərin dostu olduğunu və ölkə mediasına çox ciddi dəstək verdiyini sübuta yetirdi. Mənzillərin verilməsi bu vaxtadək görülən işlərin zirvə nöqtəsi idi. Bu proses çox şəffaf və ədalətli keçdi”.
R.Kərimoğlu deyib ki, mənzil alacaq jurnalistlərin müəyyənləşdirilməsində işin 90 faizi redaksiyalara həvalə edilmişdi, lakin fərdi qaydada müraciət edən jurnalistlərin də adları ev alanların siyahısına salındı: “Mənim sonuncu iş yerim olan “lent.az”da üç ildən az çalışdığım üçün namizədliyim oradan irəli sürülə bilməzdi. Müraciət edərkən Qarbağ müharibəsi əlili olduğumu, 2006-cı ildən mənzil növbəsində olduğumu da bildirmişdim. Bir daha minnətdarlıq hissi ilə deyirəm ki, müraciətim qiymətləndirildi və mənə mənzil verildi. Bütün bu işlərin memarı Prezident İlham Əliyevdir”.
“Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu 1991-ci ildən fasiləsiz olaraq mətbuatda çalışır: “Öz imkan və bacarığımı mətbuatın inkişafına sərf etməyə çalışmışam, buna nə dərəcədə nail olduğumu oxucular bilər. Prosesin başlandığı gündən istəmişəm ki, işlər ədalətli şəkildə aparılsın. Çox sevinirəm ki, evlərin verilməsində ədalət prinsipi əsas götürüldü və bu prinsip əsasında dəyərləndirmə aparıldı. Ona görə də, 22 iyul Milli Mətbuat Günündə evə ehtiyacı olan xeyli sayda jurnalist mənzillə təmin olundu”.
Jurnalistlərin zəhmətini qiymətləndirən Prezident İlham Əliyevə bu diqqət və qayğıya görə minnətdarlığını bildirən Etibar Cəbrayıloğlu “Təbii ki, mənzil alan hər bir jurnalist kimi, mən də çox sevinirəm” deyib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Ağanisə Sultanova tələbəlik illərindən, hələ 1-ci kursda oxuyarkən mətbuata gəldiyini, ümumilikdə 20 ildir ki, bu sahədə çalışdığını deyib: “2005-ci ildə milli mətbuatımızın yubileyi ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Dövlət başçımızın və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyata keçirdikləri böyük işlər və bütün bunların nəticəsində Azərbaycanın nüfuzlu bir dövlətə, dünyada söz sahibinə çevrilməsi, qısa zaman kəsiyində inkişaf salnaməsi yazması, misilsiz uğurlara imza atması bir jurnalist olaraq yazdığım məqalələrin əsasını təşkil edir, mənə ilham verir”.
A.Sultanova deyib ki, jurnalistlərin evlə təmin olunması tarixi hadisədir: “Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyev humanist, xeyirxah, öz xalqı ilə bir arada olan dövlət başçısıdır”.
“Ekspress” qəzetinin əməkdaşı Qalib İbrahimoğlu da 20 ildir mətbuatda olduğunu deyib: “Bu illər ərzində müxtəlif qəzetlərdə müxbirlikdən baş redaktora kimi müxtəlif vəzifələrdə çalışmışam. Əyalət mətbuatından paytaxt mediasına üz tutandan bəri yataqxanada da yaşamışam, kirayədə də, qohum evində də. Amma Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2010-cu il tarixli Sərəncamından sonra əksər jurnalistlər kimi mənim də nəhayət şəxsi mənzillə təmin olunacağıma inamım, ümidim artdı. Və Mətbuat Şurasının müəyyənləşdirdiyi kriteriyalara uyğun gələrək, “Ekspress” qəzeti adından mənim də namizədliyim irəli sürüldü”.
Q.İbrahimoğlunun sözlərinə görə 2013-cü il iyulun 22-də mənzillə təmin olunan jurnalistlərin sırasında adının olması ona və ailəsinə böyük sevinc bəxş etdi: “Builki Milli Mətbuat Günü həyatımda ən unudulmaz gün kimi qalacaq”.
Q.İbrahimoğlu bu hədiyyəni jurnalistlərin kiçik zəhmətinə verilən böyük dəyər adlandırıb: “Zəhmətimizi qiymətləndirən hər bir kəsə, xüsusilə, dövlət başçısı İlham Əliyevə bu diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

