“Olimpin dərman çiçəyi”...
19.04.2025 [09:12]
19 aprel Novruzgülü günüdür
Soyuq havalardan sonra torpağın altından baş qaldıran al-əlvan çiçəkli novruzgülü baharın müjdəçisi hesab olunur. El arasında ona novruzçiçəyi də deyirlər. Novruzgülü zanbaqlar fəsiləsinin və zanbaq cinsinin bir növüdür. Yeri gəlmişkən, aprelin 19-da dünyanın bir çox ölkəsində Novruzgülü günü qeyd edilir. Bu gün ilk dəfə 1984-cü ildə İngiltərədə qeyd edilib.
İngilislər novruzgülünə xüsusi münasibət bəsləyirlər. Bu ölkədə yayılan rəvayətə görə, evin ətrafında əkilmiş novruzgülü təkcə pis ruhlardan deyil, həm də bütün fəlakət və bədbəxtlikdən qoruyur. Orta əsrlərdə bu çiçək paklığın rəmzi hesab edilirdi.
“İflic otu”
Qədim dövrlərdən etibarən novruzgülündən müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə “Olimpin dərman çiçəyi” adı verilib. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu “İflic otu” da adlandırırdılar.
20 növü var
Hazırda novruzgülü planetin müxtəlif yerlərində bitir, onun təxminən 20 növü var və demək olar ki, hamısı Qırmızı Kitaba düşüb. Ən populyar növü ağ novruzgülüdür. Bu çiçəyin yunan, Bizans, Qafqaz və digər növləri də var. Hollandiyada bu gül giasint və zanbaq kimi məşhurdur.
A və C vitaminləri ilə zəngindir
Xalq təbabətində novruz çiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə, həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.
Novruzçiçəyi preparatlarının istifadəsində əks göstəriş yoxdur. Lakin bəzi xəstələrdə ona qarşı yüksək dərəcədə həssaslıq olur. Onunla təmas zamanı həmin xəstələrin dərisində güclü qaşınmalar yaranır və qabarmalar əmələ gəlir.
Qızılgüllə əbədi sevgilidir...
Azərbaycan dağlarında novruzgülü ən çox üç rəngdə bitir: göy, bənövşəyi və ağ. Folklorumuzdakı əfsanəyə görə, novruzgülü ilə qızılgül əbədi sevgilidirlər. Novruzgülü yazın əvvəlində, qızılgül isə iki ay sonra açılır. Ona görə onlar bir-birini görə bilmirlər. Azərbaycan folklorunda belə bir inanc var ki, bu iki gülü bir-birinə çatdıran kimsə behiştlik olacaq. Novruzgülü ilə qızılgülün sevgili olduqları xüsusi bir inanca söykənir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42

