100 dollarlıq "akademik"…
30.10.2025 [00:16]
Ramiz Mehdiyev Nyu York Akademiyasına necə üzv seçilib?
Sirr deyil ki, Azərbaycan Prezidenti Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev uzun illər özünü "elm adamı" kimi göstərmək üçün min bir yola əl atıb. Amma bu fəndlər də işə yaramayıb – onun sabun köpüyünə bənzər "elmi dərəcə", "alimlik" titullarının da necə əldə etməsi qısa zamanda üzə çıxıb. Məsələn, onun tərcümeyi halındakı bir qeydə nəzər salaq: "2001-ci ildə Nyu York Akademiyasına üzv seçilib".
Bu istiqamətdə aparılan qısa araşdırmadan sonra bəlli oldu ki, New York Elmlər Akademiyasına (The New York Academy of Sciences – NYAS) üzv olmaq heç də "elm adamı" olmaq demək deyilmiş. Yəni, demək olar ki, hər kəs bu quruma üzv ola bilər - bu təşkilat qapalı elmi cəmiyyət deyil. Ancaq müəyyən kateqoriyalar və şərtlər mövcuddur. Akademiya açıq üzvlük modelinə malikdir. Yəni istər alim, istər tələbə, istər mühəndis, istərsə də sadəcə elmi marağı olan şəxs olmağından asılı olmayaraq hər kəs bu akademiyanın üzvü "statusunu" əldə edir. Sadəcə uyğun üzvlük növünü (Professional, Student, və s.) seçib, illik ödəniş etmək kifayətdir. NYAS üzvlüyü üçün elmi dərəcə (PhD, doktorantura və s.) tələb olunmur. Sadəcə müraciət formasında iş və ya təhsil statusu (məsələn: “researcher”, “student”, “engineer”, “educator”) göstərilməldir. Bu akademiyanın üzvü olmaq elmi səviyyəni təsdiqləmir, elmi rütbə, təltif və ya akademik status demək deyil.
“Nyu-York Elmlər Akademiyasının üzvü” olmaq beynəlxalq elmi şəbəkəyə qoşulmaq, tədbirlərdə iştirak, elmi jurnallara çıxış və əlaqələr yaratmaq imkanı verir. Bu akademiyanın dünyanin 100-dən çox ölkəsindən 20 mindən çox üzvü var.
O ki qaldı, üzvlük növünün seçilməsinə, burada "Peşəkar üzvlük" (Professional Membership): Yalnız 18 yaşdan yuxarı mütəxəssislər üçün, "tələbə/postdok üzvlük" (Student/Postdoc Membership): Universitet tələbələri və ya postdoktorantlar üçün, "gənc üzvlük" (Young Membership): 13-17 yaşlı lisey şagirdləri üçün bir fürsət kimi tanınır - müəyyən proqramlara qəbul olunduqda aktivləşir, mövcuddur.
Üzvlük haqqı və ödənişə gəldikdə isə, Peşəkar üzvlük üçün illik ödəniş: 135 ABŞ dollarıdır. Tələbə üzvlüyü üçün isə qiymət daha aşağıdır – cəmisi 36 dollar. ABŞ vətəndaşı olmayan üzvlər üçün bui qiymətin üzərinə əlavə 10 dollar beynəlxalq emal haqqı əlavə oluna bilər. 2 illik və 3 illik üzvlük seçimləri zamanı isə qiymətlərdə endirim belə olur.
Üzvlük üçün müraciət prosesi onlayndır – bununla bağlı NYAS-in “Become a Member” səhifəsində tələb olunan məlumatlar var (məsələn, e-poçt, ünvan, iş yeri/institusiya və s.). Ödənişin qəbul edilməsi və müraciətin təsdiqi sonrası üzvlük aktivləşir.
Beləliklə məlum olur ki, Ramiz Mehdiyevin 2001-ci ildə Nyu York Akademiyasına "üzv" seçilməsi heç də onun "elm adamı" olmasının təsdiqi deyil – bu addımı ildə təxminən 100-200 dollar arası pul ödəməklə hər kəs ata bilər.
Yeri gəlmişkən, hələ 2020-ci ildə Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov bu məsələ haqda danışmışdı. Eldar Namazov Ramiz Mehdiyevin Nyu-York Elmlər Akademiyasının üzvü olmasına diqqət çəkərək, sözügedən elmlər akademiyasının ictimai təşkilat olduğunu və pulla diplomlar, arayışlar satdığını bildirmişdi. “Rami Mehdiyev “pokazuxa” sözündən istifadə edib Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra layihələrini tənqid etdi. Həqiqətən də Azərbaycanda müxtəlif sahələrdə “pokazuxalıq” baş alıb gedir. Buna əmin olmaq üçün uzağa getmək lazım deyil. Elə Ramiz Mehdiyev cənablarının fəalliyətinə qısa baxış keçirmək lazımdır. AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin tərcümeyi-halı yerləşdirilib. Orada iki dəfə qeyd olunub ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bəs bu Nyu-York Elmlər Akademiyası nə təşkilatdır? Prezidentin köməkçisi vəzifəsində işləyəndə bu təşkilatdan mənə məktub gəlmişdi. Orada qeyd edilirdi ki, əgər 100 dollar ödəsəniz akademik titulu ala bilərsiniz. 100 dollara sadə kağız, bir az artıq məbləğə isə çərçivənin içində diplom verilir. O vaxt Türkmənistan Prezidentinin də Nyu-York Elmlər Akademiyasının üzvü seçilməsi barədə məlumat yayılmışdı. Bundan sonra nüfuzlu media qurumları həmin təşkilatla maraqlanmağa başladı. İndi mən sizə o təşkilatın rəsmi şəxsinin müsahibəsini təqdim edirəm. Müsahibədə həmin təşkilatın rəsmisi deyir ki, bizdə seçki olmur. Kim pul ödəyirsə, ona diplom veririk. Jurnalist təəccüblə soruşur ki, kim istəsə akademik ola bilər? O da cavab verir ki, bəli. Daha sonra jurnalist deyir ki, mənim nəvəm var, orta məktəbdə oxuyur, o da akademiyaya üzv ola bilər. Təşkilatın rəsmisi bildirir ki, bəli və əlavə edir ki, bizdə akdemiyanın üzvü olan şagirdlər də var. Beləliklə, aydın olur ki, bu təşkilat sadəcə diplom satmaqla məşğuldur və bu adamların saxta diplom satanlardan fərqi yoxdur”, - deyə Eldar Namazov bildirmişdi.
MƏNSUR
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

