Mətbuat Şurası “Onlayn media və Qarabağ mövzusu” adlı layihəyə start verib
15.02.2014 [10:53]
Fevralın 13-də Mətbuat Şurasında (MŞ) “Onlayn media və Qarabağ mövzusu” adlı “dəyirmi masa” keçirilib. MŞ sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq Şuranın beynəlxalq münasibətlər komissiyasının xəttilə bu mövzuda yeni layihəyə start verildiyini diqqətə çatdırıb.
İnternet medianın Mətbuat Şurası üçün prioritet sahəyə çevrildiyini vurğulayan Şura sədri cari ilin “İnternet media ili” elan edilməsilə əlaqədar bir sıra tədbirlərin gerçəkləşdiriləcəyini vurğulayıb. “İnternet media sektorunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlaqədar qurumlarla birgə müəyyən işlərin gerçəkləşdirilməsini də nəzərdə tuturuq. Bu gün start verdiyimiz layihə təşəbbüsümüzün tərkib hissəsidir. Onlayn medianın Qarabağ mövzusunu işıqlandırması olduqca vacibdir. Medianın transformasiyası şəraitində bizim üçün aktual səciyyə daşıyan məsələni dünya birliyinə çatdırmaq müstəsna önəm daşıyır. Biz bu prosesi stimullaşdırmağı nəzərdə tuturuq. Buna görə də, öncə internet media resurslarının monitorinqi aparılacaq. Daha sonra mövzuya daha çox üstünlük verən elektron media resursları mükafatlandırılacaqlar”.
MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev müasir dövr üçün informasiya müharibəsinin aktual səciyyə daşıdığını önə çəkib. “Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəşin və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Bəzi dövlətlər özlərinin “informasiya müharibələri” strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq, informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Biz çox istərdik ki, bu sahədə də rəqiblərimizdən öndə olaq. Belə bir layihəni gerçəkləşdirməkdə əsas məqsədlərimizdən biri də məhz budur. Ölkədə internet medianın səviyyəsinin yüksəldilməsində, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, cəmiyyətimizin milli-mənəvi dəyərlərə bağlılığının artırılması baxımından layihənin uğurlu olacağına inanırıq”.
MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas onlayn mediada keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından layihəni uğurlu hesab etdiyini vurğulayıb. “Çox istərdim ki, aparılan monitorinqlərdə kəmiyyət məsələlərindən daha çox keyfiyyətə diqqət yetirilsin. Bu gənc kadrların bacarıqlarını genişləndirmək baxımından da böyük əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı çıxış edərək bildirib ki, layihə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə daha səmərəli şəkildə çatdırmaq və internet mediada mövcud durumu dəyərləndirmək baxımından önəmlidir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

