Heydər Əliyev və Azərbaycan təhsili
05.09.2014 [09:42]
“Gələcək bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır”, - deyən Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizə dönməz xarakter verib, mükəmməl idarəetmə sistemi yaradıb, dövlətçilik mexanizmi qurub, bütöv bir yeni gənc rəhbər kadlar bazası formalaşdırıb, ölkəmizi yüksək zirvələrə aparmağa qadir müasir lider - bu gün Azərbaycan dövlətinə rəhbərlik edən cənab İlham Əliyevi yetişdirib. Ulu öndər Heydər Əliyevin doğma Azərbaycanımızı davamlı tərəqqi yolu ilə irəlilədən unikal inkişaf strategiyası və müdrik idarəçilik irsi Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yeni elementlərlə zənginləşdirilərək davam etdirilməkdədir.
Bu gün nəinki ölkəmizdə, ümumilikdə beynəlxalq səviyyədə ictimai şüurda oturuşmuş və tam obyektiv gerçəkliyə söykənən rəy ondan ibarətdir ki, Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan, həmçinin, Türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Tarixə Azərbaycan xalqının Ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Azərbaycan dövlətçiliyinin müasir tarixinə Öz adını əbədi həkk etmiş bu tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ulu öndər Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.
Ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan xalqına göstərdiyi xidmətləri sadalamaqla qurtarmaq olmaz. Təbii ki, onların içərisində dahi şəxsiyyətin elm, təhsil və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur.
Ulu öndər Heydər Əliyev təhsili cəmiyyət həyatının ən öncül strateji əhəmiyyətli sahəsi hesab edirdi. O, iqtisadiyyatın, həmçinin, cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğulayaraq qeyd edirdi ki, “Əgər bizim yüksək təhsil potensialımız, güclü kadr potensialımız olmasa, nə iqtisadi, nə elmi, nə də sosial potensiala malik ola bilmərik. Yaxşı təhsil ölkənin gələcək inkişafı üçün yaxşı əsas yaradılması deməkdir... Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Yüksək bilik səviyyəsinə nail olmaq üçün isə təhsil ardıcıl surətdə inkişaf etdirilməlidir”.
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilini inkişaf etmiş dünya dövlətlərinin təhsil standartları ilə əlaqələndirmək, son nəticədə isə həmin standartlara cavab verən milli təhsil sistemi yaratmaq üçün mükəmməl bir islahat proqramının hazırlanmasına və həyata keçirilməsinə nail olub. Azərbaycanda ali təhsil tarixində ilk dəfə 1993-1994-cü dərs ilindən etibarən ikipilləli ali təhsilə - bakalavr və magistr təhsili sisteminə keçilib.
Məlum olduğu kimi, Azərbaycanın dövlət müstəqilliyinə qovuşması təhsil quruculuğu sahəsində əsaslı islahatların başlanması üçün yeni imkanlar və üfüqlər açdı. Bu baxımdan, 1998-ci il martın 30-da Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam xüsusi əhəmiyyətə malikdir. 1999-cu il 15 iyunda Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” isə XXI əsr Azərbaycan milli təhsil sisteminin aydın strategiya və konsepsiyasını müəyyənləşdirmişdir. İslahat proqramı təhsilin idarə olunmasında yeni prinsiplərin bərqərar olunmasını, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasını, dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsini təxirəsalınmaz vəzifə kimi qarşıya qoymuşdur. Bu məsələləri uğurla həyata keçirmək məqsədilə Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu Fərman ölkəmizdə təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Xüsusən milli tariximizin yenidən, obyektiv yazılması və tədrisi diqqət mərkəzində olan məsələlərdəndir. Yeni tədris proqramlarının və dərsliklərin hazırlanması, orta məktəblərdə buraxılış imtahanlarının test üsulu ilə aparılması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işinin daha da təkmilləşdirilməsi təhsil islahatı proqramının tərkib hissələridir.
Məlumdur ki, hazırkı mərhələdə qloballaşma sürətlə və dönməz şəkildə bütün dünyanı əhatə etməkdədir. İnformasiya cəmiyyəti qurmaq yeni minillikdə dünya qarşısında duran ən böyük, ən aktual problemlərdəndir. Özünü müasir dünya sivilizasiyasının bir hissəsi hesab edən istənilən ölkə bu prosesdən kənarda qala bilməz. Təbii ki, tərəqqi yolunu seçmiş Azərbaycan da bu qlobal prosesin içində olmalıdır. Bütün bunları nəzərə alan Ulu öndərin iradəsi ilə respublikamızda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində icraçı təşkilat və komissiya yaradılmışdır.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu proses Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir. Belə ki, Prezident İlham Əliyev 21 avqust 2004-cü il tarixdə “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”na dair Sərəncam imzalamışdır. Hal-hazırda bu Sərəncamdan irəli gələn vəzifələr layiqincə yerinə yetirilir.
Ulu öndər vaxtilə demişdir: “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”. Dahi şəxsiyyət, həqiqətən də, Öz həyatını bütünlükdə Azərbaycan xalqının azadlığına, müstəqilliyinə və xoşbəxtliyinə sərf etdi.
Müasir zaman kəsiyində günümüzün reallığı Ulu öndər Heydər Əliyev ideyalarına və milli mənəvi dəyərlərimizə, Vətənimizə, ana dilimizə, qədim tariximizə və millətimizə sadiq gənclər yetişdirməyi və müstəqil Azərbaycanın inkişafına yeni-yeni töhfələr verməyi tələb edir. Məlum olduğu kimi, gənclərin intellektual potensialının və elmə olan marağının artırılmasını Ulu öndərimiz - əbədiyaşar liderimiz Heydər Əliyev daim diqqət mərkəzində saxlamışdır. Məhz biz müəllimlərin də qarşısında duran əsas vəzifə budur. Hər şeydən öncə Heydər Əliyev ideyalarına sadiq qalmaq, Onun arzuladığı səviyyədə müasir, vətənpərvər, bilikli və mənəvi saf nəsillər yetişdirmək. Dövlətimiz tərəfindən əlverişli təhsil mühitinin yaradılması, istedadların üzə çıxarılması gənclərin qurub-yaratmaq əzmini daha da artırır və onları xalqa, Vətənə layiqli övladlar olmağa sövq edir. Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi və siyasi strategiyanın möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inam və cəsarətlə davam etdirilməsi Azərbaycan dövlətinə yeni-yeni nailiyyətlər qazandırır. Regionun lider dövləti statusunun daha da möhkəmləndirilməsi və dünyanın aparıcı dövlətləri sırasında yerinin qətiləşməsi üçün etibarlı zəmin yaradır.
Mirbəşir MƏhƏrrƏmov
Göygöl ş. E.Vəliyev adına 5 saylı tam orta məktəbin direktoru
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27

