Əliş Ləmbəranski şəxsiyyəti qəlblərdə əbədi olaraq yaşayır
09.10.2014 [09:37]
İş insanın cövhəridir... Bu atalar sözü əsrlərdir ki, xalqımızın dilində əzbər olaraq qalmaqdadır. Çünki bu xalq, bu millət daim zəhməti sayəsində yaşayıb, yaşadıb və ucalıb. Xalqımızın yüzlərlə zəhmətkeş insanları var ki, onlar nəinki Azərbaycanda, o cümlədən, dünyada öz əvəzsiz zəhmətləri ilə xarüqələr yaradıblar. Beləliklə də, zəhmət amili onu dəyərləndirənləri təkmilləşdirmiş, eyni zamanda, bu faktor digər insanlara təbliğ olunmuşdur. Əlbəttə ki, həmin zəhməti çəkərək, Vətəninə, xalqına xidmət edən şəxsiyyətlər tərəfindən. Belə görkəmli şəxsiyyətlərdən biri də Əliş Ləmbəranskidir. Xalqımızın unudulmaz yaddaşına yazılmış bu ad və bu soyad çəkildikcə, ilk növbədə, bir reallıq özünü büruzə verir - Əliş müəllim Bakının əfsanəvi meri olub! Küləklər şəhəri Bakımızın təməli gözəlliyini də məhz o insan qoyub. Bu baxımdan, Əliş Ləmbəranskinin həyat və fəaliyyətini araşdırdıqca o qədər heyrətamiz fikirlər, o qədər önəmli məqamlar və o qədər məlumatlar yaranır ki, həmin fikirləri qələmə aldığımız zaman onlar bitib-tükənmir. Hətta düşünürsən ki, bunları bir kitaba belə sığdırmaq olmaz.
Əliş müəllim uzun ömür yaşamış, həyatı boyu müxtəlif məsul vəzifələrdə işləmiş, respublikanın sosial-mədəni həyatında mühüm rol oynayan bir şəxsiyyətdir. Ancaq o da bəllidir ki, hərtərəfli istedada malik bir insan kimi, Əliş Ləmbəranskinin qurub-yaratmaq eşqi hüdudsuz, eyni zamanda, universal olub. Daha dəqiq desək, onun rəhbərlik etdiyi bütün sahələrdə dərin nüfuzu, ağsaqqallıq faktoru xüsusi əhəmiyyət kəsb edirdi. Əliş müəllim həm də tələbkar bir insan kimi işçiləri qarşısında yalnız rəhbər deyil, o cümlədən, atalıq funksiyasını göstərirdi. Onu tanıyan, onunla birgə işləyən hər bir kəs bu adı və soyadı ehtiramla anır, xatırlayır.
Əliş müəllim gənc yaşlarından müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Azərbaycan SSR Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini kimi aparıcı sahələrə rəhbərlik edib. Xüsusi ilə onun rəhbərlik etdiyi illər ərzində Bakı şəhərinin genişləndirilməsi, gözəlləşdirilməsi, yenidən qurulması istiqamətində tarixi və unudulmaz işlər görülmüşdür. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin ölkəmiz və xalqımız qarşısındakı unudulmaz xidmətlərini nəzərə alaraq bu əsrarəngiz şəxsiyyətin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyəti, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətləri olmuş Əliş Cəmil oğlu Ləmbəranskinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuş, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.
Şuşa qəzasının qədim Ləmbər kəndində 10 may 1914-cü ildə dünyaya göz açmış Əliş Cəmil oğlu Ləmbəranski taleyinin qismətilə ilk məktəb həyatına Bakı şəhərində başlamış və 85 il səksəkəli, əziyyətli, ağır, həm də məsuliyyətli dövrlərə sinə gərərək, xalqına vicdanla xidmət etmiş, alnıaçıq, şərəfli bir ömür yaşamışdır. Onun fəaliyyəti və yorulmazlığı dövlət tərəfindən dəfələrlə dəyərləndirilib. Əliş Ləmbəranski iki dəfə “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “I və II dərəcəli “Vətən müharibəsi”, “Xalqlar Dostluğu”, “Oktyabr inqilabı” ordenləri və medalları ilə təltif edilmişdir. Dövlət mükafatı laureatı, Azərbaycan SSR-in Əməkdar mühəndisi olmuş, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüş məşhur neftçi və əfsanəvi inşaatçı Əliş Ləmbəranski öz dövrünün məşhur simalarından biri olmuşdur. Belə ki, Əliş Ləmbəranski 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Neft Akademiyasını) bitirmiş, əmək fəaliyyətinə Neftayırma zavodunda fəhlə kimi başlamışdır. Zəhmətsevərliyi, çalışqanlığı və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində sürətlə xidməti pillələrdə yüksəlişlərə nail olmuş, 1937-ci ildə sex rəisinin köməkçisi, 1937-38-ci illərdə sex rəisinin müavini, müxtəlif texnoloji sexlərin rəisi, 1939-cu ildə zavodun böyük mühəndisi işləmişdir. 1940-41-ci illərdə mütəxəssis kimi ordudan tərxis olunmuş Əliş Ləmbəranski zavodda baş mühəndis kimi çalışmış, lakin qəflətən başlayan müharibə onun da həyatını dəyişmişdir. Milyonlarla vətənpərvər insan kimi, könüllü olaraq cəbhəyə yollanan Əliş Ləmbəranski qısa müddətə cəsarətli döyüşçü kimi özünü göstərmiş, orden və medallarla təltif olunmuşdur. O, 1942-43-cü illərdə Rostovda döyüş zamanı dörd güllə yarası almışdır. Sonuncu güllə yarasından sonra ağır yaralanmış Əliş Ləmbəranski hospitalda müalicə olunmuşdur. Həmin dövrdə onu Mərkəzi Komitəyə çağıraraq, aviasiya üçün yüksək keyfiyyətli benzin istehsalı ilə məşğul olmaq kimi - müharibənin taleyini həll edən olduqca məsul bir iş tapşırılmışdır. Müharibənin ən şiddətli dövründə Moskva aviasiyanı təmin etmək üçün yaxşı benzin tələb edirdi, aviasiya benzini isə yalnız Bakıda istehsal olunurdu. O, hospitalda müalicəsini davam etdirərək, eyni zamanda, müəssisəyə rəhbərlik edirdi. O vaxt Azərbaycan Sənaye İnstitutunun da (indiki Azərbaycan Neft Akademiyası) 600 müəllimi və tələbəsi ordu sıralarına çağırılmış, həm də müdafiə sənayesi obyektlərində silah istehsalı ilə məşğul olmuş, Şərqə köçürülən müəssisələrin yenidən qurulmasında çox böyük fəallıq göstərmişlər. Lakin cəbhənin neft məhsulları ilə təmin edilməsi məqsədilə İttifaq hökumətinin qərarı ilə bütün neftçilər hərbi xidmətdən azad edildi və neft istehsalının artırılması, hərbi texnika üçün lazım olan yanacağın istehsalı və cəbhəyə göndərilməsi ilə məşğul oldular. Bakı neftçilərinin fədakar əməyi nəticəsində tariximizdə ilk dəfə olaraq müharibə illərində ən yüksək göstərici əldə edildi və neft istehsalı 23,5 milyon tona çatdırıldı. Bu illərdə Azərbaycan Sənaye İnstitutunun əməkdaşları neft və müdafiə sənayesi üçün 200-dən artıq səmərəli təklif hazırlamış və onların tətbiqinə nail olmuşlar. İnstitutun tanınmış alimlərinin iştirakı ilə Bakı zavodlarında təqribən 15 növ silah və çoxlu ehtiyat hissələri istehsal edilirdi. Bu istiqamətdə görkəmli mühəndislər Əliş Ləmbəranski, Süleyman Vəzirov və Rüstəm İsmayılov daha çox fəallıq göstərmişlər. Müharibə dövrü Azərbaycan Sənaye İnstitutunun məzunlarından 2950 nəfər, o cümlədən, əməkdaşlardan 435 nəfər orden və medallarla təltif edilmişdir. Əliş Ləmbəranski 1943-44-cü illərdə Çaparidze adına zavodun baş mühəndisi, 1944-45-ci illərdə bu zavodun direktoru, 1945-47-ci illərdə isə Bakı Neft Zavodları Trestinin rəhbəri və 1947-50-ci illərdə isə Qarayev adına zavodun direktoru işləmişdir. 1950-ci illərdə isə xidmətlərini nəzərə alaraq Əliş Ləmbəranskiyə fərdi maaş verilməsi barədə SSRİ rəhbərliyi tərəfindən qərar imzalanmışdır. 1954-cü ildə Azərbaycan SSR Neft Sənaye nazirinin müavini təyin olunan Əliş Ləmbəranski 1959-cu ilədək bu vəzifədə çalışıb.
Onun mühüm və çox əhəmiyyətli yüksəlişlərindən biri də Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məsələ ondadır ki, 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin respublikanın yeni rəhbəri təyin olunması Əliş Ləmbəranskinin həyatında da böyük dönüş yaradıb. Əliş Ləmbəranski, müharibə nəticəsində dağılmış ölkənin bərpası istiqamətində bütün istehsal potensialını ortaya qoymuşdur. Məhz Bakıda bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi olmuşdur. “Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika” sarayı, “Qaqarin” körpüsü, Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Dərin Dəniz Özüllər zavodu, Musiqili Komediya Teatrı, Bakı Funikulyoru, “Moskva”, “Azərbaycan”, “Abşeron” mehmanxanaları və s. məhz Əliş Ləmbəranskinin bilavasitə rəhbərliyi ilə inşa olunmuşdur. Nadir tikililərdən olan, Azərbaycan neft sənayesi tarixinə öz adını qızıl hərflərlə yazmış, nəhəng müəssisənin, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun əsası da 36 il öncə - 1978-ci ildə Əliş Ləmbəranskinin rəhbərliyi ilə qoyulmuşdur.
O cümlədən, mükəmməl təşkilatçılıq qabiliyyətinə, tükənməz enerjiyə malik bu insan, eyni zamanda, neft sənayesində özünəməxsus imzalar atan şəxsiyyətlərdəndir. Zəngin ənənələrə malik Azərbaycan neft sənayesi hazırkı səviyyəyə çatmaq üçün böyük inkişaf yolu keçib. Heç şübhəsiz ki, ölkədə güclü neft sənaye potensialının yaradılmasında iqtisadiyyatın bu mühüm sahəsinin bacarıqla idarə olunması xüsusi əhəmiyyət kəsb edirdi. Heydər Əliyev dühasının uzaqgörənliyinin vacib məqamlarından biri də savadlı gənclərin, bacarıqlı insanların potensialından səmərəli istifadə edilməsi, onların kamil mütəxəssis kimi yetişdirilməsi, eləcə də, yaşından asılı olmayaraq rəhbər vəzifələrə çəkilməklə yüksək etimadın göstərilməsi idi.
Böyük-kiçikliyindən asılı olmayaraq, tutduğu vəzifələrə daim məsuliyyətlə yanaşı Əliş Ləmbəranskinin işgüzarlığı və təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə yüksəldib. Yüksək idarəçilik qabiliyyətinə malik olan, bacarıqlı mütəxəssis kimi tanınan Əliş Ləmbəranski yaşadığı dövrdə bütün sahələrlə yanaşı, neft sənayesinin hərtərəfli inkişafı üçün ciddi səylər göstərmiş, bir çox tədbirlər həyata keçirmişdir.
Görkəmli dövlət xadimi Əliş Ləmbəranskinin fəaliyyətinin böyük bir dövrü onun şəxsiyyəti timsalında Azərbaycanın tərəqqisi üçün bir abidə olmuşdur.
Beləliklə, Əliş müəllim həm də özünə və başqalarına yüksək tələbkarlığı, insanlara həssas, qayğıkeş münasibəti ilə seçilən kadrlardan idi. O, yüksək intellektual keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə hamının hörmətini qazanmışdı. O həm də əsl vətənpərvər idi.
Tanınmış dövlət xadimi, vətənpərvər insan, Azərbaycanın sosial-iqtisadi inkişafında, neft sənayesinin tərəqqisində və s. sahələrdə xidmətləri olmuş Əliş Ləmbəranskinin səmərəli fəaliyyəti bu gün də ehtiramla xatırlanır. Bu gün dövlət tərəfindən bu, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiram, onun əməyinə verilən yüksək qiymətdir. Əliş Ləmbəranski bütün ali dəyərlərə malik olan şəxsiyyət kimi bu gün də qəlblərdə xatırlanmaqdadır.
Azərbaycan Respublikası
Energetika Nazirliyinin
Elektron İdarəetmə və
İnformasiya Şöbəsi
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

