/ / “Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda “dəyirmi masa” keçirilib
“Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda “dəyirmi masa” keçirilib
19.12.2014 [09:02]
Dekabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Vergilər” qəzetinin və “Professional mühasib” jurnalının təşkilatçılığı ilə “Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, Mərkəzi Bankın, İqtisadiyyat və Sənaye Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin, “Atabank” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə dövlət qurumlarında elektron xidmətlərin tətbiqi sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran mühüm vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunub.
“Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə son illər elektron hökumət quruculuğu və elektron xidmətlərdən istifadə sahəsində çoxşaxəli tədbirlər həyata keçirildiyini, bu məqsədlə müvafiq qanunvericilik bazasının formalaşdırıldığını, bir sıra Dövlət proqramlarının qəbul edildiyini bildirib.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin dövlət qeydiyyatı və uçotun təşkili idarəsinin rəisi İlkin Həsənov son illərdə vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi korporativ şəbəkə sistemi üzərindən Vergilər Nazirliyinin “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” (AVİS) vasitəsilə həyata keçirilir.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə rəisi Azər Şirinov vergi sistemində tətbiq olunan elektron xidmətlərin əhəmiyyətinə toxunub, hazırda Vergilər Nazirliyi tərəfindən 58 elektron xidmətin göstərildiyini qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər “Elektron hökumət” quruculuğunda modern və çevik idarəetmənin təmin olunması, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması barədə mülahizələrini söyləyiblər.
Tədbir iştirakçıları çıxışlar ətrafında geniş müzakirələr aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36

