Mətbuat Şurasının təmsilçiləri qocaman jurnalist Şamil Şahməmmədovu evində ziyarət ediblər
20.12.2014 [13:01]
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri peşəkar jurnalistikamızın tanınmış nümayəndəsi, ömrünün 80 illik zirvəsinə çatmış Şamil Şahməmmədovu yaşadığı mənzilində ziyarət edib, nüfuzlu qələm sahibinə həmkarlarının və dostlarının xoş arzularını çatdırıblar.
Ustad jurnalistlə səmimi hal-əhvaldan sonra Əflatun Amaşov ömrünün yarım əsrdən çoxunu milli jurnalistikamızın inkişafına həsr etmiş “Şöhrət” ordenli və Əməkdar jurnalist, Prezident təqaüdçüsü Şamil Şahməmmədovun xidmətlərini bir daha yada salıb, onun məhsuldar jurnalist və redaktor fəaliyyətinin çağdaş media işçilərinə örnək olduğunu söyləyib. MŞ sədri bütün bunların unudulmadığını, Şamil müəllimin adının bu gün də ölkəmizin nüfuzlu və fədakar mətbuat xadimlərin sırasında tez-tez xatırlandığını vurğulayıb və bu qədirbilənliyin nişanəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi xatirə diplomunu qocaman jurnalistə təqdim edib.
Çay süfrəsi arxasında davam edən söhbətdə MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov səhhətində yaranmış ciddi problemdən sonra sevimli peşəsindən aralı düşmüş, uzunmüddətli müalicə prosesində gümrahlığını və nikbinliyini saxlamış həmkarı və dostu Şamil Şahməmmədovu insan üçün hər şeydən zəruri olan səmimi və qayğıkeş ailə mühitində gördüklərindən yaranan məmnunluğu xüsusi qeyd edib. Birgə iş və peşə əməkdaşlığı illərinin şirin xatirələri yada düşüb. Çox sayda jurnalistin, eləcə də onların hər ikisinin taleyində önəmli rol oynamış universitet müəllimləri, “Bakı” və “Baku” qəzetlərinin redaktoru, görkəmli mətbuat xadimi Nəsir İmanquliyev barədə ibrətli epizodlar milli mediamızın bugünkü təcrübəsini zənginləşdirmiş peşə dəyərləri kimi xatırlanıb.
Ahıl Jurnalistlər Məclisinin üzvü Məzahir Süleymanzadə isə Şamil Şahməmmədovla “Xalq qəzeti”ndə (keçmiş “Kommunist”) çalışdığı illərdən söz açıb, həmyaşıdı olan jurnalistlərin həmişə ondan diqqət və qayğı gördüklərini, canlı jurnalistika dərsi aldıqlarını bildirib.
Görüşdə Şamil Şahməmmədovun “Bakı” və “Baku” qəzetlərinin uzun illər əvəzedilməz məsul katibi, sonra isə redaktoru vəzifələrində işləməsi, “Kommunist” qəzetinin unudulmaz redaktor müavinlərindən olması, dövlət müstəqilliyinin ilk illərində “AzərTAc”ın direktor müavini kimi bu qurumun yeni şəraitdə mövqeyini və rolunu düzgün müəyyən etməsi və Ulu öndər Heydər Əliyevin o məsul dövrdə bu cəfakeşliyi yüksək qiymətləndirərək onu agentliyə baş direktor təyin etməsi qocaman jurnalistin ömrünün şərəf kitabı kimi vərəqlənib.
Şamil Şahməmmədov həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib, razılığını bildirib, həmkarlarına onun salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Ustad jurnalist daha sonra deyib ki, səhhətində davam edən problem yazmağa imkan verməsə də, mətbuatı ardıcıl izləyir. Ev sahibi jurnalistikamızın dəyərli ənənələrinin yaşadılması, gənc jurnalistlərin peşəkarlığının, KİV-in vətəndaşlıq mövqeyinin yüksəldilməsi, media sahəsinin sosial problemlərinin həlli ilə bağlı ölkədə görülən ardıcıl işlərin onu ürəkdən sevindirdiyini bildirib.
Ümummilli lider Heydər Əliyevin jurnalistikanın müstəqil dövlətimizin möhkəmləndirilməsində rolu barədə dahiyanə fikirlərini yada salan, Onun KİV-in fəaliyyətinin yenidən qurulması ilə bağlı tarixi xidmətlərinə ayrıca toxunan Şamil Şahməmmədov çağdaş jurnalistlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan yüksəliş xəttinə öz sözləri ilə dəstək vermələrinin məsul vəzifə, həm də ciddi vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Sonda media təmsilçiləri yaxınlaşmaqda olan Yeni il münasibətilə qocaman həmkarımızı, canlı jurnalistika müəllimini səmimi qəlbdən təbrik ediblər, ona möhkəm cansağlığı, xoş günlər arzulayıblar.
Xəbər lenti
Hamısına baxMədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48

