“Biz vətənimiz və millətimizlə fəxr etməyi Ulu öndərimizdən öyrəndik”
23.12.2014 [09:53]
Məlahət Abbasova: Dünyanın hansı nöqtəsində yaşasaq da, Vətən dediyimiz torpağın bağrından qopmuş daş olduğumuzu unutmamalıyıq
Onu hamımız sevirik. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” teletamaşasının ən gənc aktrisası pak sevgisi ilə xalqının ürəyini fəth etmişdi. Sonra səhnədə müxtəlif obrazlar yaratdı amma həmişə Nargilə kimi sevildi. Sənət həyatına qədəm qoyandan az sonra ailə qurdu və İstanbula köçdü. Məlahət Abbasova ilk illərdən dizi və filmlərdə yer aldı. “Dəri pencək”, “Lüks həyat”, “İstanbulun gözləri xumar”, “Çalıquşu”, “Pəmbə konağın gəlinləri” teatr tamaşaları ilə türk tamaşaçısı tərəfindən tanındı. “Sarıpınar 1914”, “Min bir gecə”, “Köpək Hacı”, “Əsla unutma”, “Hayatın içindən yaralı”, “Eskici Baba”, “Ayrı dünyalar”, “Yalan”, “Hüzn çiçəyi”, “Super baba”, “Sürəyya” kimi ekran əsərləri ilə bu dəfə daha böyük və tələbkar auditoriya qarşısında özünü təsdiq etdi. O ürkək, məsum qızcığaz mübariz, qəzəbli, dönməz qadınlarla əvəzləndi. Qısacası, Məlahət Abbasovanın sənət yolu uğurlarla xeyli zəngindir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar incəsənat xadimi” adını almasını isə tanınmış sənətçimiz böyük xoşbəxtlik kimi qiymətləndirir.
Məlahət Abbasovanın bugünkü reportajları məhz bu fəxri ada layiq görülməsi münasibəti ilə təbriklərlə başlasa da, biz bir az fərqli davrandıq. Təbriki ən sona saxladıq.
- Uzun illərin çalışmalarından sonra Elçin Əfəndiyevin “Mahmud və Məryəm” filminin Azərbaycan və Türkiyə kinematoqrafları tərəfindən müştərək çəkilməsinə nail oldunuz. İki dövlətin kino sahəsində böyük bir ilkə imza atıldı. Bu ekran əsəri Azərbaycan tarixindən, özəlliklə də bir millətin qan yaddaşına hələ də dadsız bir olay kimi hopmuş Çaldıran savaşına fərqli yanaşma ilə diqqəti cəlb etdi. Sizcə, Azərbaycan və Türkiyə mediası bu böyük hadisəyə lazımi qədər diqqət göstərdimi?
- “Mahmud və Məryəm” filmi ilk ortaq filmdir. Elçinin əsəri əsasında hazırlanmışdı. Mən baş məsləhətçi idim. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi üzərinə düşən hər şeyi elədi. Filmə sonuna qədər dəstək oldu. Türkiyə Mədəniyyət Nazirliyi də əlindən gələni etdi. Medianın diqqəti məsələsi isə belədir ki, bu reklamı qurmaq lazım idi.
- “Yaxşı Cazibə” serialı faktiki olaraq, Azərbaycanı sevdirən bir layihə oldu. Amma sizə tənqidlər ünvanlandı. Bu, həm sevgidən, həm ərkdən, həm də sizi çox güclü görməkdən qaynaqlanırdı.
- “Yaxşı Cazibə” gözəl bir yumoristik novellaydı. Bunun adı burada sitkomdur. Amma nədənsə orada baş verən hadisələri bizim xalqımız çox ciddiyə aldı. Hələ sizin gördüyünüz Cazibə xarakteri mənim tərəfimdən yumşaldılmışdı. Sonuncu bölümdə yazılan səhnələr, heyif ki, tamamilə aktrisayla bağlı yaranan bir problemdən qaynaqlandı. Azərbaycanı heç düşünmədən yazılan bir bölüm idi. Bildiyimə görə, ssenari müəllifi də, rejissor da Azərbaycan xalqından üzr istədilər.
- Türkiyədəki soydaşlarımız sizi millətini sevən bir şəxs kimi dəyərləndirir. Bu yazını yazarkən mənə ən çox xoş gələn qızınızın da sizin kimi Abbasova soyadını daşıması oldu.
- Əslində, evlənərkən soyadım dəyişdi. Soyadım Kalyoncudur. Amma ailə qurduğumda Türkiyə vətəndaşlığını qəbul etməmişdim. Ona görə o vaxtkı pasportumdakı soyadımı istifadə edirəm. Həm də Abbasova soyadı xoşuma gəlir. Teatrda ştata girməyim üçün Türkiyə Cümhuriyyətinin vətəndaşı olmalıydım. Olduqdan sonra soyadım Kalyoncudur. Amma sənətçi soyadımdan indiyə qədər istifadə edirəm. Qızım Sude isə, təbii ki, anasına və ikinci Vətəni Azərbaycana sevgidən bu soyadı götürüb.
- Qızınızı da ekranda görürük.
- İki övladım var. Oğlum Uğur və qızım Sude. Oğlum kinooperatorluqda oxuyur. Sude mənim yolumla getmək istəyir. Bir çox serial və filmlərdə baş rolda çəkilir. Mən aktrisa olmağını istəmirəm. Amma çox istəyirsə də, mane olmaram.
- Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldünüz. Sevincinizə şərik olmaqla yanaşı, ürək sözlərinizi də dinləmək istərdik.
- Cənab Prezidentimizə çox təşəkkür edirəm və dövlət başçısının qarşıdan gələn ad gününü təbrik edirəm. Bu gün teatrımızda hamı məni təbrik etdi. Çox qürur duydum. Mən burada bu yerlərə gəlmək üçün çox əziyyət çəkdim. Bütün yaradıcılığım, demək olar ki, Azərbaycanla bağlıdır. Və teatrımızda tək azərbaycanlı qadın sənətçi mənəm. Bu fəxri ad bunu göstərdi ki, mən tək deyiləm. Vətənimdən uzaqlarda olsam da, dövlətim mənim arxamdadır və mənə dəstəkdir.
Eyni zamanda, sənətin və sənətkarının yanında olan Prezidentimizlə qürur duyuram.
İnsanın ən böyük xoşbəxtliyi bir ölkəsinin, dövlətinin mövcudluğudur. Dövlətinin yanında olması, ona dəyər verməsi isə daha böyük bir xoşbəxtlikdir. Üstəlik bu dəyər doğrudan da layiq olan insanlara verilirsə daha böyük xoşbəxtlikdir. Dostum, soydaşım, uzun illərdir balaban sənətini dünyada tanıdan Əlixan Səmədovun Əməkdar artist fəxri adına layiq görülməsi, mənə verilən Əməkdar incəsənət xadimi ruhumu qanadlandırdı. Biz vətənimiz və millətimizlə fəxr etməyi Ulu öndərimiz Heydər Əliyevdən öyrəndik. Vətənimizi sevməyi və onun üçün çalışmağı tarixi keçmişimizdən əxz etdik. Dünyanın harasında oluruqsa olaq, Azərbaycanın bağrından qopmuş bir daşıq və ən böyük amalımız Vətən adlı qalanın divarına hörülməkdir.
Kəbutər HAQVERDİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

