Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AVİF qalibləri mükafatlandırıb

AVİF qalibləri mükafatlandırıb

26.12.2014 [09:57]

Sahib Ələkbərov: Lazımi nəticəni əldə etdik
“Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. İki ay öncə start verilən müsabiqəyə ümumilikdə 200-ə yaxın yaradıcı insan öz əsərini təqdim edib ki, onların da içərisində paytaxt sakinləri ilə yanaşı, respublikanın müxtəlif regionlarının təmsilçiləri də var. Ən yaxşı sənət əsərlərini isə Xalq rəssamı Ağəli İbrahimovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirib.
Qaliblərin adı “Park Bulvar” AVM-də təşkil edilən sərginin açılış mərasimində elan olunub. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, veteran və gənc velosipedçilər, həmçinin, bədii yaradıcılığa həvəsi olan insanlar iştirak ediblər. Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, burada nümayiş olunan əl işləri sağlamlığı və idmanı özündə birləşdirir. O da vurğulanıb ki, Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən ölkəmizdə ilk dəfə keçirilən bu sərgidəki əl işləri Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə keçiriləcək sərgilərdə nümayiş etdirilə bilər. Bu isə sağlam həyat tərzinin və idmanın təbliğində böyük rol oynayır.
Münsiflər heyətinin seçiminə əsasən 1-ci yerə Şəmsəddin Böyükdüzlünün əl işi layiq görülüb. Rahib Qarayev və Vüqar Ağayev isə öz yaradıcılıq işlərinə görə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, 20 əsərin müəllifi də həvəsləndirici mükafatlara layiq görülüb.
Mərasimdə iştirak edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərə açıqlamasında “Uzun müddət Azərbaycanda velosiped idmanı lazımi şəkildə təbliğ edilməyib. Amma Fazil Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik etməyə başlayandan federasiyada böyük işlər görülüb” deyib.
O qeyd edib ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün lazımi maddi-texniki baza yaradılmasına nail olunub: “İdmanda yaxşı nəticələrin əldə olunması kütləvilikdən keçir. Kütləviliyə nail olmaq üçünsə idmanın hər bir növünü, o cümlədən, velosipedi də populyarlaşdırmaq lazımdır. Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə də məhz buna xidmət edir. Təşəbbüs Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülüb. Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və onun rəhbərliyi bu təşəbbüsü dəstəkləyiblər. Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman İdarəsi də çox fəal şəkildə bu tədbirə qoşulublar. Sərgiyə 2 ay müddətində 200-ə yaxın işin təqdim olunması onu sübut edir ki, biz istədiyimiz nəticəni ala bildik”.
Sahib Ələkbərov bildirib ki, müsabiqəyə qəbul edilmiş əsərlərin sərgiləndiyi məkan da çox düzgün seçilib. Bura daim insanların gediş-gəlişi olan yerdir. Onlar bu məkanda istirahət edərkən velosiped idman növü ilə də tanış ola biləcəklər. Federasiya əməkdaşları, o cümlədən həmin işlərin müəllifləri isə onlara öz əsərləri barədə məlumat verəcəklər. Bu da velosiped idman növünün populyarlaşması üçün böyük rol oynayacaq: “Hesab edirəm ki, qarşımıza qoyulan məqsədə çatmışıq. Gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırırıq. Mətbuat nümayəndələrinin bu tədbirlərin işıqlandırılmasında rolu çox böyükdür və buna görə onlara öz dərin təşəkkürümü bildirirəm”.

Paylaş:
Baxılıb: 790 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30