Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / UNEC-də “Oriyentasiya Günü” keçirilib

UNEC-də “Oriyentasiya Günü” keçirilib

15.09.2015 [10:01]

Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü” keçirilib. Dünya universitetlərində ənənəvi təşkil olunan tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, UNEC barədə ətraflı məlumat əldə ediblər.
I kurs tələbələri üçün günboyu təşkil olunan təqdimatlarda universitetin tarixi, fəxri doktor və məzunları, tədris prosesi, tələbə təşkilatları, təqaüd proqramları və digər mövzular barədə məlumatlar çatdırılıb.
Tədbirdə yuxarı kurs tələbələrindən təşkil edilən könüllülər qrupu I kurs tələbələri üçün universitet ərazisində informasiya turları təşkil ediblər. Tədbirdə həmçinin UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.
Universitet sıralarına yeni qatılan tələbələr stolüstü tennis və “ip çəkmə” oyununda iştirak ediblər. Günboyu universitet tələbələrinin ifasında musiqi nömrələri və rəqslər ifa edilib. Könüllülərin iştirakı ilə “Köpük şou” flaşmobu təşkil olunub.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30