Türkiyənin dövlət qulluqçuları üçün təlim-seminar keçirilib
18.12.2015 [10:19]
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Türkiyənin Böyük Millət Məclisinin, Ədliyyə, Maliyyə, Daxili İşlər, Müdafiə nazirliklərinin, Milli Təhlükəsizlik Qurumunun, Ankara Böyük Şəhər Bələdiyyəsinin və digər mərkəzi qurumların yüksək vəzifəli dövlət qulluqçuları üçün “Azərbaycanın innovativ davamlı inkişaf modeli” mövzusunda təlim-seminar keçirilib.
Tədbirdə bildirilib ki, BMT Baş Assambleyasının bu ilin sentyabrında Nyu-Yorkda baş tutan 70-ci yubiley sessiyası və BMT-nin təşəbbüsü ilə keçirilən dünya sammitində davamlı inkişaf, onun müxtəlif aspektləri XXI əsrdə qlobal inkişafın başlıca prioriteti kimi müəyyənləşdirilib. Sammitdə qəbul edilən 2015-2030-cu illər üçün qlobal inkişaf məqsədləri də “Davamlı inkişaf məqsədləri” adı ilə yayılıb. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilən, elmə əsaslanan innovativ dövlət idarəçiliyi strategiyası nəticəsində davamlı inkişafı bəşəriyyət üçün başlıca prioritet kimi müəyyənləşdirən BMT Baş Assambleyası və 2015-ci il dünya sammitindən çox əvvəl Azərbaycan Respublikası bu sahədə uzun illər önləyici siyasət həyata keçirib və əhəmiyyətli uğurlar qazanıb. Dünya Bankı, BMT və digər beynəlxalq qurumların məlumatlarına görə, Azərbaycan Respublikasının davamlı inkişaf göstəriciləri bu gün “Böyük yeddilik” (G7) və “Böyük iyirmilik” (G20) qruplarına daxil olan bir sıra dövlətlərin göstəricilərindən yüksəkdir. Ölkə Prezidentinin də dəfələrlə vurğuladığı kimi, bu istiqamətdə Azərbaycanın təcrübəsi olduqca pozitiv və diqqətəlayiqdir.
Azərbaycanın özünəməxsus inkişaf modeli, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə getdikcə artan marağın təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində noyabr ayında Ankarada da “Davamlı inkişafın hədəfləri. XXI əsr - İdarəetmə Texnologiyaları: Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Bu tədbirlərdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun ölkəmizin inkişafı ilə bağlı nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

