İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
13.02.2016 [11:23]
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyələrə uyğun olaraq, vergilər naziri Fazil Məmmədov fevralın 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.
Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, dünyanı bürümüş qlobal böhranın Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.
F.Məmmədov bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf etməkdə olan ölkə kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinin yüksək kürsülərindən çıxış edərək, ölkəmizin inkişaf təcrübəsi barədə danışır, dünyada gedən proseslərə Azərbaycanın baxışını, mövqeyini açıqlayır. Davosda keçirilən Dünya İqtisadi Forumunda istər “Yeni enerji tarazlığı” mövzusundakı sessiyada, istərsə də dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısında dövlətimizin başçısının çıxışları, Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən Suriya məsələsi ilə bağlı beynəlxalq konfransda iştirak üçün Azərbaycan Prezidentinin Londona dəvət olunması respublikamızın beynəlxalq aləmdə və iqtisadi münasibətlərdə fəal tərəfdaşlardan biri olduğunun, ölkəmizin dünyada sabitliyin bərqərar olmasına töhfələr verə biləcəyinin dünya birliyi tərəfindən qəbul edilməsinin təzahürüdür.
F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi vəziyyətdən zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov ölkə Prezidenti tərəfindən 2016-cı ildə iqtisadi şaxələndirmə, regional inkişaf, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcəkdir.
F.Məmmədov yerli sahibkarlara müraciət edərək onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha da sürətlə inkişaf etməsi üçün böyük potensial var. Rayonda iqtisadi inkişafı təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində işlər görülür. Bununla belə, İsmayıllının perspektiv inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi zəruridir. Rayonda müasir sənaye müəssisələrinin, yeni sahibkarlıq subyektlərinin açılması, investorların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində səyləri artırmaq lazımdır.
Nazir 2015-ci ildə rayonda 720 yeni iş yerinin, o cümlədən 495 daimi iş yerinin açıldığını, 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşasının başa çatdırılacağının təqdirəlayiq olduğunu vurğulayıb.
F.Məmmədov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə aqrar sahə daha da inkişaf etdirilməli, daxili istehsal artırılmalıdır. Bu baxımdan İsmayıllıda da kənd təsərrüfatının inkişafının böyük perspektivləri var. O məmnunluq hissi ilə qeyd edib ki, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə rayonda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı iki layihə həyata keçirilir. Bu layihələr çərçivəsində İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Sumağallı, Diyallı, Yeniyol, Çəmənli kəndlərində istixanalar yaradılıb və yüksək keyfiyyətli tərəvəz məhsulları istehsal edilməkdədir. 2015-ci ildə rayonda 50-dən çox təsərrüfatda istixana sahələri yaradılıb və gələcəkdə onların sayının 100-ə çatdırılması nəzərdə tutulur. Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksində inşaat işləri davam etdirilir. Rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaq.
İsmayıllının böyük taxılçılıq rayonu hesab olunduğunu vurğulayan F.Məmmədov rayon üzrə məhsul istehsalının əvvəlki illə müqayisədə 20 faizədək artaraq 100 min tondan yuxarı olmasını müsbət qiymətləndirib. İsmayıllının tarixən böyük üzümçülük ənənələrinə malik olduğunu xatırladan nazir hazırda ümumi sahəsi 1000 hektara yaxın olan üzüm plantasiyalarının gələcəkdə genişləndirilməsi, onunla bağlı emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasının zəruri olduğunu vurğulayıb. İsmayıllının İvanovka kəndinin Nikitin adına kolxozunun bazasında aqroparkın yaradılması məsələsinə toxunan nazir bu işin 2016-cı ildə başa çatdırılması üçün imkanların mövcud olduğunu qeyd edib.
İsmayıllının Azərbaycanın əsas turizm istiqamətlərinə daxil olan bölgələri sırasında olduğunu diqqətə çatdıran F.Məmmədov bu sahədə rayonun böyük potensiala malik olduğunu, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi sahələrinin inkişafına sərmayə cəlb edilməsi istiqamətində səyləri artırmağın vacibliyini vurğulayıb.
F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, sahibkarlara hərtərəfli yardım göstərməyə, sahibkarları isə, öz növbəsində, yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı, fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini də hiss etməyə çağırıb. Vergilər naziri İsmayıllı rayonunun dövlət büdcəsinin dotasiyasından asılılığının azaldılmasının vacibliyini də vurğulayıb.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində görülən işlərdən danışaraq, yaxın illərdə büdcədən rayona ayrılan dotasiyaları tamamilə aradan qaldırmağa çalışacaqlarını bildirib.
Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, İsmayıllı rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kredit resurslarının ayrılması, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılmasında sahibkarlara köməklik göstərilməsi və s. ilə bağlı təkliflərlə çıxış ediblər.
Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

