Türkiyə və Azərbaycan mediası arasında əlaqələr inkişaf edir
16.03.2016 [09:52]
Türkiyə və Azərbaycan mediası arasında əlaqələr daim inkişaf edir. Jurnalistika təhsili sahəsində də qarşılıqlı əməkdaşlıq müsbət nəticələr verir.
Bu fikirlər martın 14-də İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aysel Aziz, həmin təhsil ocağının beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülyan Karaca və Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu ilə Azərbaycan Mətbuat Şurasında keçirilən görüşdə səsləndirilib.
Qlobal Kariyera İnstitutunun xətti ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndələr sözügedən qurumun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda konfrans-seminarda iştirak edəcəklər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası, həyata keçirdiyi tədbirlər və perspektiv planları barədə məlumat verib. O, ötən il Şuranın, Türk İş Adamları və Koordinasiya Agentliyinin və TRT-nin Azərbaycan nümayəndəliklərinin, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbə-müəllim kollektivinin bir qrupunun qardaş ölkədə təcrübə mübadiləsində olduqlarını vurğulayıb.
Orxan Həsənoğlu türkiyəli mütəxəssislərin martın 18-də Bakıda keçiriləcək “İnformasiyalı cəmiyyətin inkişafında medianın rolu” mövzusundakı konfrans-seminarda məruzəçi qismində fikirlərini bölüşəcəklərini qeyd edib. O, rəhbərlik etdiyi qurumun media ilə bağlı fəaliyyətinin davamlı olacağını bildirib.
Professor Aysel Aziz Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, media dinamik sahədir və bu müstəvidəki proseslərin elmi istiqamətlərinin öyrənilməsi, praktik jurnalistlərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Gülyan Karaca isə təmsil olunduğu ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqdakı prioritetlərindən söhbət açıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

