Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxlı məktəbli: Cənub bölgəsinə səfərimizin maraqlı və faydalı olacağına əminəm

Yevlaxlı məktəbli: Cənub bölgəsinə səfərimizin maraqlı və faydalı olacağına əminəm

17.03.2016 [10:07]

“Bizim səfərimiz Lənkəran, Astara və Lerik rayonlarını əhatə edəcək. Bildiyimə görə, o yerlərin füsunkar təbiəti, qədim abidələri var. Çay, limon, portağal və başqa subtropik bitkilər becərilir. Ölkəmizin bu bölgəsi haqqında dərsliklərdə oxuduqlarım mənə həmişə maraqlı təsir bağışlayıb”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Yevlax rayon Aran 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ayşən Əsədova deyib.
“Cənub bölgəsinə səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm”, - deyə A.Əsədova bildirib.

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30