Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daşkəsən rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

Daşkəsən rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

18.03.2016 [09:40]

Daşkəsəndə qədim, milli bayramımız olan Novruz bayramı böyük təntənə ilə qeyd edilib. Dünən rayonun Heydər Əliyev meydanında keçirilən Novruz şənliyində İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək rayon sakinlərini və xalqımızı bu bayram münasibətilə təbrik edib. Onun sözlərinə görə, bu əziz bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir: “Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu da milli-mənəvi dəyərlərin bərpasının parlaq nümunəsidir. Respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə Novruz bayramının rəsmi səviyyədə qeyd olunması dövlət müstəqilliyimizin verdiyi töhfələrdəndir”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən daxili və xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsasında dayanır.
Rayonun Heydər Əliyev meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi musiqi və idmançıların müxtəlif idman nömrələri ilə və rəngarəng əyləncəli proqramlarla davam etdirilib.
Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən “N” saylı hərbi hissəyə gedilərək əsgər və zabitlərlə birgə davam etdirilib. Ucqar dağ ətəyində yerləşən hərbi hissədə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əsgərləri təbrik edib, onların yaşayış şəraiti və xidməti işləri ilə maraqlanıb.
Sonra Azərbaycan Respublikası hərbi prokuroru Xanlar Vəliyevin təbrik məktubu oxunub. Gəncə şəhər hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev ilə “N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Elzamin Behbudov da Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara qələbələr arzulayıblar.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçaları əsgərlərə paylanıb.

Paylaş:
Baxılıb: 746 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30