Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
31.03.2016 [11:23]
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub.
QMİ-nin sədri hacı Allahşükür Paşazadə bildirib ki, dəfələrlə Azərbaycan xalqına qarşı törədilən və uzun illər siyasi-hüquqi qiymət verilməyən soyqırımı tariximizin ən faciəli səhifəsidir. Təcavüzkar erməni millətçilərinin az qala iki yüz il ərzində xalqımıza qarşı həyata keçirdiyi bu soyqırımı siyasəti azərbaycanlıları tarixi torpaqlarından qovmaq və xaricdəki havadarlarının köməyi ilə bu torpaqlarda erməni dövləti yaratmaq məqsədi daşıyıb. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında qeyd edildiyi kimi, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”. Xalqımızın çoxəsrlik tarixi təhrif olunub, ermənilərin tarixi isə qədimləşdirilib və şişirdilib. Azərbaycanlılar tədricən doğma dədə-baba torpaqlarından didərgin salınıb, orada başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb, Azərbaycan toponimləri erməniləşdirilib. Onilliklər boyu davam edən soyqırımı siyasəti ümumi ideoloji təcavüzlə, türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunub. Türk-müsəlman xalqlarına münasibətdə ayrı-seçkiliyin hökm sürdüyü çar Rusiyası və SSRİ dövründə bu siyasət daha mükəmməl və təhlükəli metodlarla davam edib, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi xarakter alıb.
Keçmiş Rusiya imperiyası və İran arasında müharibə nəticəsində Azərbaycanın bölünməsindən sonra tarixi torpaqlarımıza ermənilərin kütləvi köçürülməsi, erməni daşnaklarının 1905 və 1918-ci illərdə çar Rusiyasının və bolşeviklərin köməyi ilə törətdikləri qırğınlar, 1920-ci illərdə ərazilərimizin mərhələli şəkildə Ermənistana verilməsi, sovet hökumətinin qərarı ilə həmvətənlərimizin 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması vahid bir planın tərkib hissələri kimi xüsusi ssenari əsasında həyata keçirilib.1980-ci illərin sonlarında Dağlıq Qarabağ millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə separatçı çıxışları sonralar irimiqyaslı müharibə, təqribən bir milyon azərbaycanlının qaçqına və məcburi köçkünə çevrilməsi, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə nəticələndi. Bütün bunlar sərsəm “böyük Ermənistan” xülyası ilə yaşayan barışmaz erməni şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına vurduqları yaraların tam olmayan siyahısıdır.
Vurğulanıb ki, bu hadisələrə indiyədək hüquqi qiymətin verilməməsi beynəlxalq terrorizmin əl-qolunu açdı. Fransa, Türkiyə, Belçika, Pakistan terror dalğasına məruz qaldı.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, Azərbaycandakı dini konfessiyaların başçıları, QMİ-nin regional nümayəndələri, İslam Universitetinin tələbə və müəllim heyəti, dini və ictimai xadimlər iştirak ediblər.
Tədbir iştirakçıları dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.
Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Azərbaycandakı katolik icmasının ordinarisi Vladimir Fekete imzalayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

