Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
06.04.2016 [09:54]
Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin yanvar-mart aylarının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin mərkəzi Aparatının şöbələri ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.
Tədbirdə əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq bildirib ki, son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində gərginlik yaranıb. Bu təxribatların qarşısının alınması məqsədi ilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində ordumuz əhəmiyyətli irəliləyiş əldə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş verənlərlə əlaqədar Təhlükəsizlik Şurasının iclasında ölkəmizin müdafiəsinin və əzəli torpaqlarını işğaldan azad etməsinin xalqımızın haqqı olduğunu qeyd edib və buna etinasız yanaşan düşmənin layiqli cavab alacağını bildirib.
Mübariz Qurbanlı qeyd edib ki, hazırda davam edən müharibə şəraitində Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranmış şəraitə uyğun qurmalıdırlar. Bölgə şöbə müdirləri və əməkdaşları, eyni zamanda, dini icma üzvləri əhali ilə sıx təmasda olmalı, şəhidlərimizin dəfn mərasimində iştirak etməlidirlər.
Komitə sədri Azərbaycan əleyhinə ermənilərin güclü təbliğat apardıqlarını, yalan informasiyalar yaydıqlarını vurğulayıb. Bu məlumatlar bölgələrdə bizim əleyhimizə istifadə oluna bilər. Ona görə də belə məsələlərə yüksək həssaslıqla yanaşmaq lazımdır.
Daha sonra müşavirədə cari ilin yanvar-mart aylarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yerlərdə dini radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri müzakirə edilib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov 3 ay ərzində bölgələrdə dini radikalizmlə mübarizə mövzusunda keçirilən tədbirlər haqqında geniş məlumat verib. O deyib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
Daha sonra müşavirədə bölgə şöbə müdirlərinin yanvar-mart ayı üzrə hesabatları dinlənilib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək bölgələrdə mövcud dini durum, həyata keçirilən dini maarifçilik işləri, eləcə də dini radikalizmlə mübarizə tədbirləri barədə ətraflı məlumat veriblər.
Şöbə müdirləri qeyd ediblər ki, yerlərdəki dini icma sədrləri son günlər cəbhə xəttində baş verən hadisələri diqqət mərkəzində saxlayır, ordumuzun ruh yüksəkliyini və yüksək döyüş əzmkarlığını müsbət qarşılayırlar.
Cari məsələlərin müzakirəsindən sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda, radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirən Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

