Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib

Bakıda Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib

16.04.2016 [10:52]

Aprelin 15-də Bakıda Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.
Sonra iştirakçılar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi də ziyarət olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ev sahibliyi etdiyi tədbirdə ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafından söhbət açılıb.
Hak-İş Konfederasiyasının rəhbəri Mahmut Arslan bildirib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Qardaş ölkənin müstəqilliyini tanıyan ilk dövlət də məhz Türkiyədir. Azərbaycanın siyasi və iqtisadi sahələrdə sürətli inkişafı Türkiyəni sevindirir. Ölkələrimiz yaxşı və pis gündə hər zaman bir-birinin yanında olub və olacaq. Vurğulanıb ki, hər iki ölkənin həmkarlar ittifaqları arasında da səmərəli əməkdaşlıq mövcuddur.
Konfederasiya rəhbəri bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə yönəlmiş petisiyaya dəstək məqsədilə bütün qurumlarının səfərbər olduğunu bildirib. “Sevindirici haldır ki, 100 min imzanın kifayət etdiyi petisiya üçün artıq 130 mindən çox imza toplanıb. Dəstəyimiz sona qədər olacaq. Qardaş Azərbaycana məhəbbətimiz sonsuzdur. İşğalçı Ermənistan Azərbaycanın tarixi torpaqlarından çıxana qədər mübarizəmiz davam edəcək. Tarixi köklərlə bağlılığımız birliyimizin əbədi olacağına əsas verir”, - deyə o əlavə edib.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərindən danışan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkələrimizin və xalqlarımızın birliyinin əbədi olacağını söyləyib. Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələrin genişləndiyini vurğulayan AHİK sədri Hak-İş Konfederasiyası İcraiyyə Komitəsinin toplantısının Bakıda keçirilməsindən məmnunluğunu bildirib, bunun əlaqələrin inkişafının göstəricisi olduğunu diqqətə çatdırıb. Toplantının işinə uğurlar arzulayan S.Mehbalıyev bundan sonra da lazım olan bütün dəstəyin veriləcəyini qeyd edib.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30