Aureliya Qriqoriu: Azərbaycanın torpaqlarının işğal altında saxlanması əsl təcavüzdür
05.05.2016 [09:54]
Bakı Slavyan Universitetində (BSU) “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans çərçivəsində Moldova İctimai Palatasının sədri, sabiq ombudsman Aureliya Qriqoriu mayın 4-də BSU-nun müəllim və tələbələri ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində gənclərlə bu cür görüşlərin keçirilməsinin elm və təhsil sahəsində əhəmiyyət daşıdığını bildirib. Moldova Respublikasının Ombudsmanı olduğu 2008-2015-ci illərdə A.Qriqoriunun obyektiv və ədalətli fikirləri ilə tanındığını deyən A.Hacıyev qonağın separatçı Ermənistanın işğalçı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında da böyük səy göstərdiyini vurğulayıb.
Bakıya gəlişindən məmnunluğunu bildirən A.Qriqoriu Azərbaycanın dövlət siyasətində multikulturalizmin aparıcı yer aldığı qabaqcıl ölkələrdən olduğunu vurğulayıb.
Qonaq 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransdakı çıxışı barədə danışıb. Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalı soyqırımını törətməkdə günahlandırdığını bildirib: “Konfransda Ermənistan parlamentinin üzvləri qarşısında bəyan etdim ki, bu ölkənin 25 ildən çoxdur Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaması əsl təcavüzdür və bu hərəkətlər beynəlxalq hüquqa ziddir. Beynəlxalq tədbirdə olmağıma baxmayaraq işğalçı ölkədə anlaşılmaz, aqressiv münasibətlə qarşılandım. Ermənilər tərəfindən müxtəlif təzyiq və təhdidlərə məruz qaldım. Mənim həyatım təhlükə qarşısında idi, ölümlə hədələnirdim. Başqa ölkələrdən olan nümayəndələrin köməyi ilə Ermənistanı tərk edə bildim”.
Moldovalı qonaq Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmasını arzulayıb, iştirak etdiyi Beynəlxalq Elmi Konfransın yüksək səviyyədə təşkili üçün BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda A.Qriqoriu sualları cavablandırıb, universitetin kollektivinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

