Gəncədə keçirilən konfransda müasir oftalmologiyanın son nailiyyətləri müzakirə olunub
26.11.2016 [09:35]
Noyabrın 25-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların X konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi Elmar Qasımov, şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov və bir sıra tibb müəssisələrinin əməkdaşları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov tədbiri açaraq bildirib ki, müasir oftalmologiyanın son nailiyyətlərinə həsr edilən konfransda bu sahədə dünyadakı elmi və texnoloji yeniliklər, onların Azərbaycanda tətbiqi məsələləri müzakirə olunacaq.
Konfransın əhəmiyyətindən danışan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, son illərdə ölkənin bütün bölgələrində olduğu kimi, Gəncədə də tibbi xidmətin səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısından söz açan Elmar Vəliyev bildirib ki, 2016-cı ildə Gəncədə fəaliyyətə başlayan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı nəinki şəhər sakinlərinin, o cümlədən ətraf rayonların əhalisinə yüksək tibbi xidmət göstərir. Mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında konfransın mövzusunun aktual məsələlərə həsr olunduğunu qeyd edib, insanlar arasında tibbi maarifləndirmə işinin aparılmasının zəruriliyini, profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra konfrans iştirakçılarının məruzələri dinlənilib, müasir oftalmologiyanın son nailiyyətləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

