Naftalan şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub
23.12.2016 [09:29]
Respublikamızın mühüm turizm bölgələrindən sayılan, dünya əhəmiyyətli, unikal müalicəvi kurort və sanatoriyaların yerləşdiyi Naftalan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində şəhərin su-kanalizasiya infrastrukturu tamamilə yenidən qurulub, Naftalan Sukanal İdarəsi üçün yeni tikilmiş müasir tipli inzibati bina istifadəyə verilib.
Dekabrın 21-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, “Azərsu” ASC-nin və Naftalan şəhər İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Naftalan Sukanal İdarəsinin yeni inzibati binasının açılışı olub. Açılış mərasimində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son illər şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışıb, içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasını şəhərin sosial-iqtisadi inkişafı, turizm potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi qeyd edib ki, kurort şəhəri sayılan Naftalanda içməli su və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması sevindirici haldır və Yaponiya hökuməti bundan sonra da Azərbaycanda su və kanalizasiya layihələrinin icrasına dəstək verəcək.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə genişmiqyaslı içməli su və kanalizasiya layihələrinin icra edildiyini bildirib: “Bu layihələr sırasında kurort şəhəri sayılan Naftalanda su və kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması mühüm əhəmiyyət daşıyır. 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış layihədən Naftalan şəhərində 9800 nəfər, Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin faydalanması nəzərdə tutulmuşdur. Artıq Naftalan şəhəri və Qasımbəyli kəndinin sakinləri yeni mənbənin keyfiyyətli suyundan istifadə edir. Dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilmişdir. 2013-cü il sentyabrın 10-da möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda şəhərə saniyədə 54 litr su verilir ki, bu da istehlakçıların tələbatını tam ödəyir”.
Qeyd olunub ki, layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılıb, ev birləşmələri verilib, abonentlər sayğacla təmin olunub, şəhərdə 120-dən artıq yanğın hidrantı quraşdırılıb. Bununla paralel olaraq Naftalan şəhərində 39,4 km kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya quyusu, 1750 m uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Abonentlərin yeni yaradılmış kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Layihənin sonuncu mərhələsində Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulub. Tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edilib.
Şəhər ictimaiyyəti adından Hatəm Qocayev çıxış edərək şəhərin içməli su və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Tədbir iştirakçıları inzibati binaya baxış keçirib, burada yaradılmış şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, Naftalan Sukanal İdarəsi üçün 1600 kvadratmetr ərazidə tikilmiş yeni inzibati binanın ümumi sahəsi 484 kvadratmetrdir. İkimərtəbəli binada Ulu öndər Heydər Əliyevin büstü qoyulub, müasir tələblərə cavab verən iş otaqları, laboratoriya, zəng mərkəzi, iclas zalı, digər xidməti və yardımçı otaqlar yerləşir. İdarəyə müraciət edən vətəndaşların qəbulu üçün lazımi şərait yaradılıb.
Tədbirdən sonra Yaponiyanın ölkəmizdəki səfiri və qonaqlar Naftalan şəhərindəki müalicəvi kurort müəssisələri ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Naftalan şəhəri ilə yanaşı, Xaçmaz, Qusar, Xızı və Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, digər rayonlarda isə layihələrin icrası davam etdirilir.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

