Azərbaycan Prezidentinin tapşırıqlarının icrası diqqət mərkəzindədir
29.12.2016 [09:56]
Dekabrın 28-də Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, insanlara qayğılı münasibətin göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tapşırıqlarının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçən kollegiya iclasında vətəndaşların hüquqlarının etibarlı təmin olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, əhalinin daha çox təmasda olduğu qurumların fəaliyyətinin təkmilləşdirilərək bu sahədə müasir elektron xidmətlərin geniş tətbiqi, ədliyyə orqanlarına və məhkəmələrə çatımlığının asanlaşdırılması, habelə korrupsiyaya qarşı tədbirlərin davam etdirildiyi bildirilib. Həmçinin mövcud nöqsanlar qeyd olunaraq əlavə təsirli tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.
Bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunaraq, ədliyyə fəaliyyəti üzrə növbəti il üçün əsas prioritetlər müəyyən edilib, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi, açıq hökumətin təşviqi, vətəndaşlara daim qayğı ilə xidmət göstərilməsi və bu zaman etik davranış qaydalarına dönmədən əməl olunması, ədliyyə və məhkəmə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi, işçilərin peşəkarlığının artırılması üzrə və digər konkret tapşırıqlar verilib.
İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5,6 faiz artaraq 62 mini ötüb. Onlardan 1365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.
Kollegiya iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, regional ədliyyə qurumlarının imkanlarından geniş istifadə olunmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi aktların layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

